Akif İslamzadə:
"İnsanlarımızı
laqeydləşdirmək, tərbiyəsizləşdirmək,
problemlərə biganə
qalmağı aşılamaq
istəyirlər"
Retro ifaçısı Akif İslamzadənin Milli.Az xəbər portalına müsahibəsi
- Akif müəllim, hər bir dövr özünəməxsus
maddi, mədəni, ruhi tələbləri ilə cəmiyyətin kimliyini, səviyyəsini müəyyənləşdirir. Məsələyə bu aspektdən yanaşsaq, sizcə, bu gün musiqi mədəniyyətimiz müasir
sifarişləri yerinə
yetirə bilirmi?
- Bu gün dünyanın özündə "mənəviyyat",
"kültür" "mədəniyyət" anlayışları
sıfıra enib. Maddiyyat mahiyyətcə mənəvi dəyərləri
o qədər üstələyib ki, təkcə musiqidə deyil, mədəniyyətin
bütün sahələrində
bayağılıq, primitivlik
yaranıb. Dünən
meyxana deyənlər,
bu gün özlərini şair adlandırırlar. Dünən
özfəaliyyət səviyyəsində
musiqi anlayışı
olanlar, bir-birinə
"böyük sənətkar"
deyə müraciət
edirlər. Bəzi kişi müğənnilərimiz
nədənsə kliplərini
sükan arxasında, qadınlar isə ya vanna, ya
da yorğan-döşəkdə
çəkdirirlər. Bütün
bunlar demokratiya adı ilə insanlarda şəhvət hisslərini, ədəbsizliyi,
tərbiyəsizliyi, açıq-saçıqlığı
təbliğ etməyə
yönəlib. Adını
da qoyublar "demokratiya", "insan haqları". Görün,
iş nə yerə çatıb ki, "insan haqları" adı ilə kişi-kişiyə
ərə gedir və bunu da
normal hesab edirlər. Toplumu kütləyə çevirmək
üçün onu öz musiqisindən, öz poeziyasından ayırırlar. Əlbəttə
ki, bu gün
bəsitlik, primitivlik önə çəkilir.
Üstəgəl, cəmiyyətimizi
də matriarxata çevirmək istəyirlər.
Belə cəmiyyət
üçün Avropa,
Qərb nə qədər gözəl görünürsə, o qədər də təhlükəlidir. Ona görə də mən düz eləyib bizim televiziyalara baxmıram. Soruşa bilərsiniz ki, onda nəyə
baxırsınız? Bir
müdrik adam deyir ki, insanları
çox tanıdıqca,
heyvanları daha çox sevirəm. Mən daha çox
heyvanat, təbiət aləmi ilə bağlı sənədli
filmlərə, idman verilişlərinə baxıram.
Televizora baxıb qiybətə qulaq asmaq, elə qiybət eləmək kimi bir şeydir.
- Televiziyanı izləməmək
nəyisə dəyişəcək?
- Deyəsən,
heç nəyi. Baxın, bayramlar ərəfəsində Dənizkənarı
Parkda konsertlər düzəldirlər. Siz görün analar nə həvəslə öz qızlarını ora aparırlar. Bilirik ki, orda
necə qarışıqlıq
olur, hərə bir söz danışır.
Amma analar fikirləşirlər ki, qızlarının ər
tapması üçün
əlverişli yerdir.
Özünə hörmət
eləyən ana öz qızını ora aparar? Yox.
Deməli, təkcə
televiziyalar deyil.
- Akif müəllim, indi televiziyalar evlənmək istəynlərin
də işini asanlaşdırıb...
- Eşitmişəm.
Amma baxmıram. Belə getsə, bunlar toy gecəsini
də efirdə göstərəcəklər. Bu,
ədəbsizlikdir. Hər
tayfada, hər ailədə bir böyük olur. O, öz tərbiyəsi, əxlaqı ilə o tayfanı pisliyə də apara bilər, yaxşılığa da.
Keçmişdə, normal
cəmiyyətlərdə belə
intim məsələlər
5-3 nəfər ailənin
yaxın adamları ilə həll edilib. Eşitdiyimə görə, 70 yaşlı
kişi gəlib orda özünə arvad axtarır, 60 yaşlı arvad nəvə-nəticələri var, ərə gedir. Həyatdır, 70 yaşında da evlənmək olar. Amma bunu yaxşı
bir şey kimi çıxıb hamıya təqdim eləmək olmaz. Biz görmüşük ki, oğul öz
ata-anasının yanında
hətta öz övladını belə,
qucağına götürmürdü.
Nə oldu, biz 20 il ərzində
belə madyanlaşdıq?!
Deməli, bunun səbəbləri var. Bayaq dediyim kimi,
toplumu kütləyə,
sonra da sürüyə çevirmək
istəyirlər. Bununla
insanlarımızı laqeydləşdirmək,
tərbiyəsizləşdirmək, problemlərə biganə
qalmağı aşılamaq
istəyirlər. Torpaqları işğal
altında olan ölkənin insanları,
ümumiyyətlə, gələcəyini
işıqlı görmək
istəyən cəmiyyət
bütün vasitələri
təhsilə, gənclərin
fizioloji, psixolji sağlamlığına yönəltməlidir,
abırsızlığına yox. Əgər kimlərsə öz adını tarixə qızıl həriflərlə yazmaq istəyirsə, öz işini bu istiqamətdə
aparmalıdır.
- Bu gün "bizim dövr başqadır, sizin dövrünüz başqa idi" təsəlliverici ifadələrilə
tez-tez qarşılaşırıq.
Nəzərə alsaq
ki, "Sarı gəlin", "Qaragilə"
və bu qəbildən olan mahnılarımız bir nümunə kimi bu gün də
qəbul olunur, deməli, dövr hələ də bu mahnılar və onların ifaçıları üzərində
davam edir. Hələ də milli musiqidən danışanda irəliyə
deyil, mütləq geriyə çevrilirik. Səbəb nədir?
- Bəli, musiqi milliliyin üzərində dayanmalıdır.
Biz nə qədər milliyiksə, bir o qədər
müasirik və dünya svilizasiyasına uyğunlaşa biləcəyik.
Amma heç bir musiqi ancaq
məhdud, qapalı şəraitdə inkişaf
edə bilməz. Dünya musiqisi və onun başqa
axınları var. Bunları da öyrənmək lazımdı.
Heç kəs sənə demir ki, sən ingilis,
yaxud Amerka musiqisini bura gətir. Amma o musiqidən də xəbərdar olmalısan ki, sənətə təkan verəsən. Sən
"Qaragilə"ni,
"Sarı gəlin"i öz elminin
prizmasından, öz təfəkküründən keçirib
oxumalısan ki, bugünkü tamaşaçı
onu qəbul eləsin. Dünya qloballaşır, qloballaşdıqca
kiçikləşir. Onu
da deyim ki, bizdə istedadlı müğənnilər
var və onlar hər bir dildə, hər repertuarda olan mahnıları çox gözəl oxuya bilərlər.
- Bəs, öz mahnı müsabiqələrimiz
barədə nələri
söyləyə bilərsiniz?
- Bu müsabiqələrin keçirilməsinin
özü zəifdir.
Münsiflərin çoxu
şou göstərirlər.
Orda əyləşənlər
özlərini musiqiçi
heçab edirlər. Amma əksəriyyətinin
ya musiqi savadı yoxdur, ya da çox
dar çərçivədə
təsəvvürləri var.
Bir də, bu müsabiqələrdə
Azərbaycan musiqi sənətinin inkişafı
bir məqsəd kimi qoyulmur. Musiqi sənətinin inkişafına təkan verə biləcək istedadların axtarılması
nəzərdə tutulmur.
O müsabiqəlr təşkil
olunub ki, orda televiziyaların qazanc əldə etməsi, şirkətə
reklamların cəlb edilməsi məqsədi güdülür. Orda Azərbaycan musiqisinin inkişafı nəzərə
alınmır.
- Hər bir sənətkar
ömründən danışılanda,
hər şeydən əvvəl onun yaratdığı məktəbdən
söz açılır.
Siz necə, məktəb yarada bildiniz?
- Rəsmi olaraq elə bir şey yoxdur.
Amma müasir oxuyanlara fikir verin, görün onların arasında Akif İslamzadə var, ya yoxdur...
- Kənardan sənət aləminə baxanda, hansı hissləri keçirirsiniz?
- Fikirləşirəm
ki, bu enişin
bir yüksəliş
dövrü də gələcək. O ümidlə
yaşayıram ki, bu cür dərin
kökləri olan, dərin mədəniyyəti
olan, muğam musiqisi kimi böyük
dəyərə malik
olan millətin musiqisi yüksəkdə dayanmalı, ucuzluğa varmamaldır. Təbii ki, kənardan baxıb tənqid eləmək asandır. Amma mənim də öz çevrəm, oturub-durduğum musiqiçilər,
müəyyən sənət
adamları var. Şairi, bəstəkarı,
müğənnini heç
kəs öyrədə
bilməz, amma yönəldə bilər.
Çalışıram ki,
mən də onların arasında da öz təbliğatımızı
aparım. Onlarla
görüşəndə öz təkliflərimi, fikirlərimi bildirim.
Ədalət.- 2010.- 21 dekabr.- S. 8.