Respublika müsabiqəsinə yekun vuruldu

 

Uşaq musiqi incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub. Lent.az-ın məlumatına görə, respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Mədəniyyət Turizm Nazirliyi tərəfindən 10 günlük uşaq musiqi incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsi baş tutub.   

   I turu zonalar üzrə Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində Ağcabədi rayonunda, müsabiqənin II turu isə 14-15 dekabr tarixlərində Bakı şəhərində keçirilib. Müsabiqədə respublikanın müxtəlif rayon şəhərlərinin uşaq musiqi incəsənət məktəblərindən 598 şagird iştirak edib. İki yaş qrupunda tar, kamança, saz, kanon, balaban qarmon musiqi alətləri üzrə keçirilən müsabiqədə münsiflər heyətinin qərarı ilə Bakı, Gəncə, Şəki, Şirvan, Ağcabədi, Göygöl, Qusar, Samux şəhər rayonlarının, habelə Naxçıvan Muxtar Respublikası uşaq musiqi incəsənət məktəblərinin şagird, müəllim konsertmeysterləri Mədəniyyət Turizm Nazirliyinin müxtəlif dərəcəli diplomları, Fəxri fərmanları pul mükafatları ilə təltif olunublar. Bundan başqa Lənkəran, Sumqayıt, Şamaxı, Ağstafa, Balakən, Füzuli, Gədəbəy, Goranboy, Qəbələ Salyan şəhər rayon uşaq musiqi incəsənət məktəbləri şagirdlərinə müsabiqədə fərqləndiklərinə görə tərifnamələr verilib.   

   Dekabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında Uşaq musiqi incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçiriləcək.

 

Ədalət.- 2010.- 22 dekabr.- S.8.