"Arşın mal alan"ın
yeni dünya turu
Bir vaxtlar Rəşid Behbudovun ifasında dünyanı gəzən
bu ölməz əsər yenidən səfər üstündədir. Azərbaycan Akademik
Opera və Balet Teatrının rejissoru
Hafiz Quliyev səfərdən
qayıdıb. Rejissor
Üzeyir bəy Hacıbəylinin "Arşın
mal alan" əsərini əvvəlcə
Belorusda səhnəyə
qoyub, sonra isə Çində.
"Belorus
və Azərbaycan dövlətləri, Mədəniyyət
və Turizm nazirlikləri arasında qarşılıqlı razılaşma
ilə Üzeyir bəyin 125 illiyi ilə əlaqədar onların Akademik Musiqili Teatrında "Arşın mal alan"ı
hazırladıq. Əsər sırf
klassik üslubda və Azərbaycan kalariti ilə səhnələşdirildi. Onların da istəkləri belə idi, çünki o səhnədə
Azərbaycan, şərq
əsəri ilk dəfə
səhnəyə qoyulurdu.
Ona görə də maraq çox oldu. Teatrın rəssamı internetdə
Üzeyir bəyə,
Azərbaycan musiqisinə
aid olan bütün materialları çıxardıb,
aktyorlara da bu barədə söhbətlər edirdi"
- deyə, Hafiz Quliyev Lent.az-a bildirib.
Hafiz Quliyevin
dediyinə görə
çinlilər özləri
"Arşın mal alan"ı hələ
1959-cu ildə səhnələşdiriblər.
"Şəkilləri gördüm Əsgəri
eynilə Rəşid
Behbudova oxşadıb
qrimləmişdilər. Həmin aktyorlar indi də sağ idilər, gəlib görüşdülər, məşqlərə
də baxdılar.
Tamaşanın rəssamı
Tahir Tahirov tam yeni, təbii Azərbaycan koloritli tərtibat verdi."
Tamaşa Pekində də
Belarusda olduğu kimi uğurla oynanılıb, özü
də Çin dilində. Deyəsən
"Arşın mal alan" Rəşid Behbudovun ifasında bir dəfə olduğu kimi yeni dünya turnesini başlayıb.
Hafiz Quliyev artıq
Ədalət.- 2010.- 23 dekabr.- S.8.