Bakıda "Gəncləşən
muğam" təntənəsi
Heydər Əliyev adına Sarayda "Gəncləşən muğam-2" adlı böyük konsert proqramı keçirilib. Lent.az-ın
məlumatına görə,
Heydər Əliyev adına Sarayın təşkilatçılığı ilə ikinci ildir keçirilən
"Gəncləşən muğam -2" layihəsinin
bədii rəhbəri
xalq artisti Mənsum İbrahimov olub. Konsert sarayda "online" sistemdə
yayımlanan ilk layihə
kimi yadda qalıb.
Konsertin 20 dəqiqəsi internet istifadəçiləri
üçün Heydər
Əliyev Sarayının
"www.ha-saray.az" rəsmi
internet saytında göstərilib. Qeyd edək
ki, bu yeniliyin
mütəmadi olaraq növbəti konsertlərdə
də həyata keçirməsi nəzərdə
tutulub. Konsertdə izləməyə muğam sahəsinin biliciləri, görkəmli
ustadlar gəliblər.
Xalq artistləri Əlibaba Məmmədov, Canəli Əkbərov, Arif Babayev və digər sənət ustaları konserti böyük maraqla izləyiblər. Açılışdan öncə Milli Konservatoriyanın nəzdində
musiqi kollecinin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov qısa nitq söyləyib. O bildirib
ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğama böyük dəstək verir: "Bir neçə muğam layihələri həyata keçirilib. O muğam layihələrindən biri
də bu gün Heydər Əliyev Sarayında baş tutan konsert proqramıdır".
Konsertdə məlum
olub ki, milli konservatoriyanın rektoru Siyavuş Kərimi bu tədbirdə iştirak edə bilmir: "Siyavuş müəllim iştirak edə bilmir, çünki bu gün səhərə
yaxın xalq artisti Aygün Bayramova, əməkdar artistlər Elçin Həşimov, Elmir Əhmədovla birgə Amerikadan gəliblər. İki sutkada Moskvada qalıblar, Bakıya gələ bilməyiblər".
Xalq artisti Mənsum İbrahimov da qonaqları salamlayıb, onlara iki saatlıq konsert proqramında xoş istirahətlər arzu edib: "Hörmətli qonaqlar, bu muğam layihəsi
artıq keçən
ildən həyata keçirilir. Məqsədimiz odur ki, yeni sənətə gələn istedadlı gənclər ilk addımlarını
Sarayda atsın, xeyir-dualarını alsın.
Necə ki, biz vaxtilə ustadlarımızdan dəstək
almışıq, onlar
da belə dəstək alsınlar."
Xalq artisti konserti işıqlandıran Azərbaycan
Dövlət Televiziyasına
da təşəkkürünü
bildirib.
Konsert Elnur Zeynalovun ifasında "Mahur təsnifi" ilə başlayıb. Qeyd edək ki, konsertdə xanəndənin
26 tələbəsi və
12 gənc ifaçı
çıxış edib.
Elşad Aydınoğlu,
Elnur Zeynalov, Qızılgül Babayeva,
Şəmsəddin İbrahimov,
Sabir Həsənov, Oksana Aslanova, Rizvan Həsənov, Anar Məmmədov, Aida Əliyeva, Malik Həsənov, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər
Əkbərov, Vahid Abdullayev, Mirpaşa Şükürov, Şəhriyar
Səxavətoğlu, Tuqay
İsmayılov, Xəyal
Əliyev, Şaiq İbayev, Aytən Məhərrəmova, Elgiz
Əliyev, Arzu Əliyeva, Günay İmamverdiyeva, Fizzə Mirzəyeva, Ramiz Zeynalovun ifası tamaşaçıların alqışları
ilə qarşılanıb.
Gənc muğam
ustalarının ifasında
"Qarabağ şikəstəsi",
"Leyli və Məcnun" operasından
görüş səhnəsi,
"Çahargah", "Segah" təsnifi, "Əzizim Şirvan gözəl", "Olmaz,
olmaz", "Heyratı",
"Şur", "Bayatı-Şiraz"
muğam və xalq mahnılarını səslənib. Onları tarda Altay Niftəliyev,
Rəşad İbrahimov,
Ədalət Behbudov, Rövşən Qurbanov, Rüstəm Müslümov,
Nahid Məmmədov, kamançada Araz Ağaverdiyev, Təbriz Yusifov, Pərviz Fərhadov, Elnur Salehov, Ceyhun Muradovun müşayiət
ediblər. Sonda isə Mənsum
İbrahimov əməkdar
artistlər Elçin
Həşimov (tar) və
Elnur Əhmədovun (kamança) müşayiəti
ilə tələbələri
ilə birgə çıxış edib.
Ədalət.- 2010.- 30 dekabr.- S.8.