Jerar Depardye Qəbələdə
Azərbaycanda
səfərdə olan məşhur
fransız aktyoru Jerar Depardye Qəbələ
rayonuna səfər edib. Qonaq
rayondakı "Beltman"
piano fabrikində olub,
burada istehsal prosesi ilə yaxından maraqlanıb. Jerar Depardyeyə ölkədə
sənayenin, xüsusilə
qeyri-neft sektorunun inkişafının diqqət
mərkəzində olduğu
bildirilib. Regionda bənzəri
olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrikdə pianolar sexlərdə yığılaraq, xüsusi
avadanlıqla təchiz
olunmuş 6 otaqda köklənir və sazlanır.
Daha sonra aktyor
"Gilan" Holdinqin
Qəbələ konserv
zavodunda olub. Qonağa 12 hektar ərazidə
yerləşən müəssisənin
istehsal gücünə
və texnoloji avadanlığına görə
Qafqazda analoqu olmadığı barədə
məlumat verilib.
Zavodda
"Tetra Pak" xətti istismara
verilib, xaricdən gətirilmiş avadanlıq
quraşdırılıb. Müəssisənin iş
prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər
bütün prosesləri
əhatə edir və zavodun məhsulları 30-dan çox
ölkəyə ixrac
olunur.
Qonaq Qəbələyə səfəri çərçivəsində
rayonun Nic qəsəbəsindəki
alban məbədi ilə yaxından
Ədalət.- 2010.-17 dekabr.- S.8.