Ermənilərinki bu dəfə də gətirmədi

 

Olmayan bir olayı necə qanuniləşdirməli?

 

Ötən həftə erməni diasporu, erməni lobbisinin cəhdləri növbəti dəfə iflasa uğradı. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Məclisində "erməni soyqırım"ı məsələsi müzakirəyə çıxarılmadı. Amerikanın erməniəsilli seçicilərinin sayəsində konqresmen olan və yaxın zamanlarda keçiriləcək seçkilərdə təkrar bu dəstəyi qazanmaq istəyən Konqresin Nümayəndələr Məclisinin başçısı Nensi Pelosinin bütün cəhdləri fayda verməyib. Xanım Pelossi 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınmasını nəzərdə tutan 252 saylı "erməni qanunu" çıxarmağa çalışırdı. Vəziyyəti belə görən Amerikalı ermənilər Nümayəndələr Məclisinin sədri Nensi Pelosinin üzərinə hücuma keçiblər.

Qeyd edək ki, Nümayəndələr Məclisinin 11 sentyabr terror aksiyasıyla bağlı qanunu müzakirə etdiyi sonuncu iclasında "erməni soyqırımı" qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənilirdi. Ancaq erməni diasporunun, ermənipərəst deputatların təzyiqlərilə üzləşən "erməni soyqırımı" layihəsini gündəmə çıxarmadan vəzifədən getməyi üstün tutdu. Bu onu deməyə əsas verir ki, Nümayəndələr Palatasının səlahiyyət müddəti başa çatan sədri, Kaliforniyadan seçilmiş ermənipərəst Nensi Pelosinin və onun əlbir olduğu erməni lobbisinin cəhdləri növbəti dəfə iflasa uğrayıb. Nensi Pelosi iclas zalından çıxarkən "Anadolu" agentliyinin müxbirinin "erməni qətnamə layihəsini gündəmə gətirmədiniz" replikasına "bəli, gətirmədik" cavabını verib. Bildirək ki, bu Nensi Pelosinin sonuncu imkanı idi. Çünki gələn ilin yanvarında Nümayəndələr Palatası yeni tərkibdə fəaliyyətə başlayacaq və çox güman ki, ermənipərəst xanım ya konqresmen olmayacaq, ya da olsa belə əvvəlki postu tutmayacaq.

 

Münasibətləri korlaya biləcək addım

 

Yeri gəlmişkən qeyd edək ki, bu məsələnin yenidən gündəmə gətirilməsi qardaş ölkənin ciddi etirazına səbəb olmuşdu. Prosesin belə bir sonluqla bitməsi Türkiyənin rəsmi şəkildə kəskin müdaxiləsi, Rəcəb Tayyib Ərdoğanın Barak Obamaya məktubu, Türkiyə və Azərbaycan cəmiyyətlərinin reaksiyası nəticəsidir. Belə bir ciddi qarşısında aciz qalan Nensi Pelosi geri çəkilmək məcburiyyətində qaldı. Baş nazirdən sonra prezident Abdulla Gül Barak Obamaya mesaj göndərərək "erməni soyqırımı" qanununun Nümayəndələr Məclisinin gündəminə gətirilməsini narahatçılıqla izlədiklərini və bunun Türkiyə-ABŞ əlaqələrinin gələcəyinə zərər vuracağını bildirdi. Gül Barak Obamadan "bu məsələnin Türkiyə-ABŞ əlaqələrinin girov götürməməsini" istədiyini açıqlayıb. Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Hillari Klintona zəng edərək layihəsinin müzakirəyə çıxarılmamasını istəmişdi.

 

Müqəddəs hiss nədir?

 

Öz növbəsində Nümayəndələr Məclisinin son toplantısı ərəfəsi müddət ərzində Birləşmiş Ştatlarda Nensi Pelosiyə təzyiq göstərmək, sözügedən "qanunun" Nümayəndələr Məclisinə çıxarılması üçün erməni diasporu, erməni lobbisi görünməmiş həyasızlıq edirdi. Hətta bu saxtakarlığa erməni porno-ulduz Kardaşyan da qoşulmuşdu. O, tvitter vasitəsiylə 5 milyon izləyicisinə müraciət edərək "erməni soyqırımı" layihəsinin Nümayəndələr Məclisinin gündəminə çıxarılması üçün Nensi Pelosiyə təzyiq göstərmələrini istəyirdi. Onu da deyək ki, ermənilərin belə saxtakarlıqlarda öz qadınlarından istifadə etməsi təəccüblü qarşılanmamalıdır. Bu yaxınlarda İrəvanın merinin arvadı prezident Serj Sarkisyanın yanında oturmaq üçün həyasızlıq edib, protokol xidmətinin əməkdaşı qadına yerini göstərmək istəsə də bir nəticə hasil olmayıb. Əksinə, İrəvan meri arvadına irad bildirən protokol əməkdaşını döydürüb. Ermənilərin tarixində öz qadınlarından yararlanmaları, onlardan öz çirkin məqsədləri üçün istifadə etmələri haqqında saysız-hesabsız misallar gətirmək mümkündür. Bəlkə də dünyada ən çox hüquqları pozulan erməni qadınlarıdır ki, erməni kişilərinin əlində yalnız vasitədirlər. Guya "milli ideya"larını həyata keçirirlər. Vətən əxlaqı ailə əxlaqı ilə sıx bağlı olduğu kimi, ailə əxlaqı olmayan xalqın əvvəl-axır dünya səhnəsindən silinib getməsi labüddür. Digər tərəfdən, əgər konkret olaraq porno-ulduz Kim Kardaşyanın özünün ermənilərə qoşulmasını və nəticəni, nəzərə alsaq, bir sıra mülahizələr irəli sürmək mümkündür. Birincisi odur ki, görünür, ABŞ mühitində erməni qadınları o qədər də gözəl sayılmır, Kim Kardaşyan nə qədər soyunsa da Birləşmiş Ştatlarda o qədər də populyar deyil. Digər tərəfdən, Nensi Pelosi Kim Kardaşyanın ortaya düşməsini o qədər də yaxşı qarşılamayıb.

 

Üç illik hədər cəhd

 

Xatırladaq ki, Nümayəndələr Məclisinin səlahiyyət müddətinin başa çatması və Nensi Pelosinin qondarma iddialarla dolu sənədi gündəmə gətirib, qəbul etdirə bilməməsi dünyanın fikrini məşğul etməklə istədiyini əldə etməyə çalışan ermənilərə son dərəcə ciddi zərbə oldu. Bununla da ermənilər hər şeyə yenidən başlamalı olacaqlar. Çünki yeni seçkilər keçirildiyindən və yeni Nümayəndələr Məclisi formalaşdırıldığından ermənilər "soyqırım qanunu"nu layihəsinin yenidən Xarici Əlaqələr üzrə Komitədən keçirmək üçün dəridən-qabıqdan çıxmalı və yenidən işə başlamalı olacaqlar. Onu da deyək ki, ermənilərin çox yaşadığı Kaliforniya ştatından Nümayəndələr Məclisinə seçilən və 2007-ci ildən bu qurumun sədri vəzifəsini icra edən Nensi Pelosi ötən 3 ildə "erməni soyqırımı" layihəsiylə Türkiyə-ABŞ münasibətlərinə kifayət qədər zərbə vurub, hətta Xarici Əlaqələr Komitəsinin sədri Hofman vasitəsiylə sözügedən qondarma sənədin 2009-cu ildə komitədən keçməsinə nail olub. Xatırladaq ki, 2007-ci ildə prezident Corc Buşun kəskin müdaxiləsindən sonra Nensi Pelosi sənədin Nümayəndələr Məclisinə çıxarılmasından imtina edib. Ancaq hakimiyyətə gələn prezident Barak Obamanın 24 aprel müraciətində erməni dilində "böyük fəlakət" deməsi, erməni lobbisinin Nümayəndələr Məclisində nüfuzlu olması bu sənədin təsdiqlənməsi imkanlarını xeyli artırmışdı.

 

Ştatların "soyqırım" məsuliyyəti

 

Onu da deyək ki, ötən ilin noyabr ayında keçirilən seçkilərdən sonra Nümayəndələr Məclisində üstünlük Demokratlardan Respublikaçılara keçib. Hansi Pelosinin yerinə isə türk dostu Cohn Bohnerin gələcəyi dəqiqləşib. Ermənilər vəziyyəti belə görüb aktivləşmişdilər, amma arzuları gözlərində qaldı, Nensi Pelosi sənədin gündəmə çıxarılması üçün son şansını əldən verdi. Qeyd edək ki, qondarma soyqırımı Birləşmiş Ştatların 43 ştatı tanısa da, hər hansı sanksiyanı nəzərdə tutmur, amma simvolik əhəmiyyəti çoxdur. Xatırladaq ki, qondarma iddialar ilk dəfə 1915-ci ildə ABŞ Nümayəndələr Məclisində gündəmə çıxarılıb, erməni xalqının "ağır şərtlər içində olduğu" tanınıb. 1975, 1984, 1996-cı illərə aid sənədlərlə yanaşı, prezident Ronald Reyqan 1981-ci ildə hadisələri "soyqırım" olaraq xarakterizə edib, hətta eyni ildə qanun Nümayəndələr Məclisində qəbul olunub, Senat qanunu təsdiqləməyib.

İllərdən bəri erməni mənşəli elektoratının istəklərini yerinə yetirən kaliforniyalı demokrat, ABŞ Konqresinin hazırkı spikeri xanım Nensi Pelosi erməni seçicilərinin kütləvi tənqidinə məruz qalıb.

 

İttiham-ittiham ardınca

 

Qeyd edək ki, Amerikanın Erməni Milli Komitəsinin sədri Ken Xaçikyan qətnamənin səsverməyə qoyulmamasına görə məsuliyyətin bütünlüklə spiker Pelosinin çiyinlərinə düşdüyünü bildirib. Onun sözlərinə görə, xanım Pelosi demokrat çoxluq, səlahiyyət və imkana malik olduğu halda, "soyqırım" qətnaməsini səsverməyə çıxararaq onun keçməsini təmin edə bilməyib. Amerika erməniləri qanunvericilərin bu addımından "qəzəbləndiklərini və məyus olduqlarını" diqqətə çatdırıb. Ken Xaçikyan onu da deyib ki, layihənin keçməsi üçün kifayət qədər əlverişli mühit də var idi. O cümlədən, Ağ ev bu dəfə məsələyə güclü müxaliflik nümayiş etdirməyib, rəsmi Ankaranın İran, İsrail və Sudanla bağlı siyasəti ABŞ qanunvericiləri arasında Türkiyəyə qarşı narazılıq yaradıb. Nensi Pelosinin Konqres spikeri kimi son 4 illik fəaliyyətinə qiymət verən Amerika erməniləri xanım spikerin qətnaməni irəli apara bilməməsini öz mövqelərinə zərbə kimi dəyərləndiriblər. Erməni Milli Komitəsi bəyanatında vurğulayıb ki, prezident Barak Obama erməni "soyqırımı"nı tanıyacağı haqda vədlərini yerinə yetirmədikdən sonra spiker Pelosinin qətnaməni səsverməyə çıxarmaması erməni mənşəli seçicilərin ona olan etimadına ciddi ziyan vurub.

Mərkəzi Nyu Yorkda olan Türk Amerikan Dərnəkləri Federasiyası (TADF) başçısı Qaya Boztəpə isə 1915-ci il hadisələriylə əlaqədar qanunun ABŞ Nümayəndələr Məclisi gündəminə gəlməməsini belə qiymətləndirib: "Ədalət yerini tapıb". Boztəpə TADF olaraq, Türk-Amerikan Dərnəkləri Asambleyası (ATAYA) və Turkish Coalition of America (TCƏ) ilə birgə apardıqları kampaniyanın nəticə verdiyini söyləyib.

 

 

Gültəkin

 

Ədalət.- 2010.- 28 dekabr.- S. 4.