İQLİM DƏYİŞIİLMƏLƏRİNIN
EKOLOJİ TƏSİRİ
Elmi-texniki tərəqqinin sürətlə
inkişafı yeni-yeni mərhələlərə qədəm
qoymuşdur. Kimya sənayesinin inkişaf etməsindən irəli
gələn soyutma sistemlərinin istehsalı ilbəil
genişlənir. Soyuducu sistemlərində geniş təlabata
ehtiyac duyulan soyuducu qazların istifadəsi həyacan
doğurmaya bilməz. Belə ki, həmin qazlar bir necə
qazların qarışığından əldə edilir.
Bu kimi qazların bəşəriyyətə
nə verə biləcəyi öyrənilməsə də,
soyuducu və kondisionerlərin istehsal sənayesinə
çevrilməsi mümkün olmuşdur.
Günümüzün reallığı onu tələb edir
ki, elm və təhsildə ekoloji düşüncə və
təfəkkürün inkişafına nail olub ətraf
mühiti təhlükələrdən qoruyaq. Soyuducu
qazların əldə edilməsində xlor, flüör,
karbon və hidrogenin qarışığından ibarət olan
Freonlar 12-22 qazlarından soyuducu və kondisionerlərdə
istifadə edilməsi günümüzün
reallığıdır. Freon qazları tətbiq olunduğu
gündən bu günə qədər müəssisələrin
və təşkilatların iqtisadiyyatında dönüş
yaratmışdırsada, digər tərəfdən əks təsirini
gizlətmişdir. Son illərin elmi araşdırmaları onu
təsdiq edir ki, Freon qazlarının illər boyu istifadəsi
tədricən ozon qatının deşilməsinə səbəb
olur. Elmi araşdırmalar bir daha sübut edir ki, ozon
qatının yox olması əhəmiyyətli iqlim və hava
dəyişikliklərinə, o cümlədən qlobal istiləşmələrə
gətİrib cıxarmışdır.
Hərbi sənaye sahələrindən
olan RLS-lərdə Freon qazlarından istifadə çoxluq təşkil edir. Freon soyuducu
qazlarından istifadə nəticə etibarı ilə parnik
effektli qazların çoxalmasına gətirib
çıxarır və uzun illərdir ki, biz bunun təsirini
görürük. Parnik effektli qazların yaranma səbəbi
birmənalı şəkildə elmi-texniki tərəqqinin
inkişaf etməsidir. İqlim dəyişmələrinin bu
cür vüsət almasının səbəbi parnik effektli
qazların artmasıdır. Son illər zavallı bəşəriyyəti
təlatümlər içində yaşadan iqlim dəyişmələrinin
ekoloji və seysmoekoloji aktivliyi genişlənmişdir.
Müasir ekoloji problemlərin inkişafında avtomobillərin
xeyli artması, hava nəqliyyatından istifadələrin
çoxalması, bununla yanaşı su nəqliyyatı gəmilərinin
və tangerlərin hərəkəti zamanı atmosferə
buraxılan (Dizel) ağır yanacaqdan istifadə edilməsindən
törənən azotoksid qazlarının yaratdığı
ekoloji çirklənmələr danılmazdır. Ümumdünya ölkələrinin
ekoloqları və aidiyyatı təşkilatlar həyacan təbili
çalaraq karbon qazının artmasına öz münasibətlərini
bildirmişlər. Bunun nəticəsi olaraq respublikamızda
bir vaxtlar avtomobillərdən ətraf mühitə
buraxılan azotoksid və dəm qazına qarşı
geniş və möhtəşəm tədbirlər keçirilmişdir. Qismən də olsa,
həyata keçirilən tədbirlər
öz bəhrəsini verdi: azotoksid və dəm qazının
azalmasına nail olundu.
Lakin bununla
razılaşmaq mümkündürmü?
İqlim dəyişmələrinə
və qlobal istiləşmənin baş verməsinə
yalnız avtomobillərinmi təsiri olmuşdur?
Belə ki sözügedən
məsələ barədə, heç vaxt diqqətimizdə olmayan, həmişə ekoloji
çirkləndirmələrdə mətləbdən kənar
qalan hava nəqliyyatının təyyarələrin təsiri
barədə nə deyə bilərik?
Hava nəqliyyatı
yüksək templə inkişaf edirsədə, bir o qədər
də ekoloji amillərə təsir göstərir. Bununla belə
yenə də ekoloji sahələrə hər il ayrılan
büdcə azlıq təşkil edir. Söz yox ki, təyyarə
və kosmanavtika sənaye sahələrinin inkişafı
labüddür. Təəssüf ki, hava nəqliyyatına
ayrılan xərclər ekoloji mühafizə tədbirlərilə
müqayisədə qat-qat çoxdur. Bunun nəticəsi
olaraq parnik effektli qazların yaranmasında təyyarələrin
ekoloji çirkləndirmələrdə ciddi təsir dairəsinə
malik üstünlukləri
mövcuddur. İnkişaf etmiş ölkələrin
ekoloqlarının ekoloji elmi araşdırmalarından aldığımız məlumatda
bildirilir:
Sitat: Müasir
texnikalardan istifadə zamanı avtomobillərdən hava təbəqəsinə
buraxılan ozotoksid dəm qazları nəticəsində
karbon qazının qatılığı 9-10 %
artmışdır. Belə ki, 90-cı ildən Beynəlxalq
hava nəqliyyatının uçuşları zamanı parnik
effektli qazların yaranmasının 83%-i təyyarələrin
payına düşür. Təyyarələrin ucuşu
zamanı reaktiv mühərrikdən çıxan
sıxılmış yanacaq karbon (CO2) oksigenlə
(O2)qarışaraq iki dəfə çox zəhərli
tullantılara çevrilməklə ekoloji amillərə və
antropaloji faktorlara öz təsirini görsətməkdədir.
Yükdaşıma təyyarələri, hətta yüksək
səviyyədə ucan zaman təyyarədən buraxılan
karbon qazının ekoloji fəsadları onu təsdiq edir ki,
havada karbonun və oksigenin bir-biri ilə qarışması
zamanı səmada qalın ağ rəngli bulud kimi iz
salır.
Ekoloqların
araşdırmaları onu da təsdiq edir ki,
yükdaşıyan təyyarələrin çox yüksəkdən
uçması daha zəhərli maddələrin təsir dairəsini
aktivləşdirir. Bu da parnik effektli qazların yaranmasına rəvac
verib, iqlim dəyişmələrinə təsir edir.
Müqayisə etsək görərik ki, adi sərnişin
daşıyan təyyarələrin uçuşu vaxtı ətraf
mühitə buraxdığı parnik effektli zəhərli qazın miqdarı bir
gündə şəhərdaxili nəqliyyatdan havaya
buraxılan azotoksid və dəm qazlarından çoxdur. Əfsuslar
olsun ki, bu günə qədər hava nəqliyyatı, o
cümlədən yükdaşıma təyyarələri
zamanı ekoloji çirkləndirmələrə qarşı
ekoloji vergi siyasətindən kənar qalır. Belə ki,
ekoloji çirkləndirmələrə ekoloji vergiödəmə
siyasəti reallaşarsa hər bir müəssisə və təşkilat,
o cümlədən hava nəqliyyatı tərəfindən ətraf
mühitə parnik effektli zəhərli qazların buraxılmasının
qarşısının alınması təmin edilə bilər.
Sitat: Beynalxalq Dövlətlərarası
İqlim Dəyişmələri üzrə Ekspertin bildirdiyinə
görə təyyarələrin gecə uçuşları
üç-dörd dəfə çox iqlim dəyişmələrinə
öz təsirini göstərir ki, nəticədə karbon
dioksid qazlarının buraxılması qlobal istiləşmənin
fəallığını aktivləşdirir. Yəni səmada
əmələ gələn "ağ bulud"- zəhərli
maddələrin oksigenlə qarışması zamanı
sıxılmış qaz, su buxarına, su damcılarına,
turşulu azot və sulfata çevrilməklə
iki saata qədər hava qatında qalır.
Görkəmli rus
seleksiyaçısı Miçurinin məşhur bir deyimi
var: təbiətdən mərhəmət gözləməyək
ki, o bizə nə verəcək, biz təbiətdən onu
zorla alaq. Təbiət insanlara nə lazım olmuşdursa onu bəxş
etmişdir. Lakin bunların müqabilində biz təbiəti
ekoloji çirkləndirmələrdə zorakılığa
məhkum edirik. Dünyanı zavallı günə salmaqla məşğuluq.
Dərk etmək istəmirik ki, ekoloji təfəkkürün
inkişafına nail olaq. Daha vacibdir Ana təbiətmizin
qorunması başlıca istiqamətlərdən
olmalıdır. Canlı, lakin dili olmayan təbiətin ekoloji
çirklənmələri artıq məcrasından
çıxmışdır. Kənd təsərrüfatında
əkinçilik tərəvəzlərinin genlərinin dəyişdirilməsi-
"GMO" mənşəlli toxumlarla əvəz edilərək,
geniş yayılması ilə təbiətə qarşı
zorakılıq tətbiq edilmişdir. Öz növbəsində
bioloji amillər, mənşəyi bilinməyən
"GMO" bitkilərin qurbanına çevrilərək
süni qanunların dəyişmə təsirinə məruz
qalır. Həmin məhsullar nəinki təbiətə
neqativ təsirini görsətməkdədir, eyni zamanda
insanlarda yoluxucu xəstəliklərin
yayılmasına əsas verir. Buna səbəb
maldarlığın inkişaf etmə prosesində süni
(GMO) mayalanmaların və quşçuluq
fabriklərində tez yetişdirilən
quşların ərsəyə gəlməsində
aparılan təcrübələrin "GMO" mənşəlli
olmasıdır. Bunların inkişafına səbəb təbiətdən
istədiyimizi alıb ona qarşı zorakılıqlar
etdiyimiz halda təbiət bunları qəbul etməyib.
Təbiətin
"danışan dilinə" və qəzəbinə cavab
verə bilmirik. Belə ki, təbiətin danışan dili
onun Qasırğası, Qarı, Leysan Yağışı,
Dolusu, Şaxtası, Seysmoekoloji dağıntıları,
başqa sözlə təbii fəlakətləridir. Bu zaman
yenə də nədənsə zavallı təbiəti ittiham
edib, onu günahlandırırıq. Lakin bir istiqamətdə
inkişafın törətdiyi texnogen dağıntılar
ekoloji fəlakətlərin yaranmasına səbəbkar
olduğumuzu görmək istəmirik. Təbiətin qəzəbi
iqtisadiyyatda da öz təsirini göstərir. İnsan əlləri
ilə əkib-becərilən kənd təsərrüfatı
məhsulları təbii fəlakətlərin qurbanına
çevrilir. Dağıntıya məruz qalır. Yenə də
şüurlu elm fədailəri, məmurlar və insanlar bununla belə təbiətin ekoloji amillərinə
qarşı küt təfəkkür siyasətini davam etdirirlər.
Canlı təbiət də insan kimi xəstəliyə
düçar olur. Təbiətin sağlamlığı ondan
irəli gəlir ki, özünün varlığını,
füsunkar gözəlliyini özündə ehtiva edir. Təbiətin
xəstəliyi o zaman baş qaldırır ki, təbii sərvətlərini
özündə saxlaya bilmir. Vulkanlar, təbii zəlzələlər,
Neft-qaz püskürməsi və daş kömürün təbii
dağıntıları, şəlalələri, kəhrizləri
yaratmaqla təbiət sanki özünü sağaldır. Neft
ölkələrində baş verən təbii fəlakətlərin
yaranması məhz təbiətin xəstəliyindən əmələ
gəlmişdir. Lakin təbiət, xəstəliyindən xilas
olma zamanı həm də strateji əhəmiyyətli təbii
sərvətlərini bəxş edir. Neft, qaz və daş
kömür bu gün dünyanı təmin edən strateji əhəmiyyətli
enerji mənbələridir.
Mövcud müasir
texnologiyalar sayəsində emal edilən təbii sərvətlərin
istehsalı ilə ekoloji çirklənmələrə səbəb
oluruq. Strateji əhəmiyyətli sərvətlərimiz-neft,
qaz və kömür atmosferə çoxlu miqdarda CO2 karbon
dioksid ixrac edir. Ekosistemlərin dəyişməsində bu
maddə kifayət qədər təsirini əsirgəmir.
Kömür istehsalının emalı ekoloji mühitə
ciddi təsirini göstərərək hər an ekoloji
uçurumlara səbəb olur. Antropagen fəaliyyət
ölümlə nəticələnir. Neft məhsullarının
emal edilməsində dünya üzrə neftin 40 %
istehsalına nail olunub. Əldə olunan neftin 60 %-i yararsız
halda tullantılara çevrilib ekoloji çirklənmələr,
üfunətli iyin zəhərli kükürdlü qazı əmələ
gətirir. Zavallı bəşəriyyət insandan yüksək
biliyi və texnologiyaları əsirgəməmişdir. Digər
tərəfdən isə o, yüksək dərəcədə
təhlükə doğuran ekoloji fəsadlarla
qarşı-qarşıya qalmaqda şər və
böhtanlarla üzləşməli olub. Doğrudur, yenə də
təbii ağırlıqlar təbiətin
üzərinə düşür. Ekosistemlər dəyişir.
Ətraf mühit ekoloji cəhətdən ifrat dərəcədə
cirkli olduğu kimi insanların da ekoloji şüur və təfəkkürü
çirklənmişdir.
Belə isə nə etməliyik ki, elm adamları, məmurlar,
digər qrup insanlar ekoloji cəhətdən maariflənsinlər
və sonda, ekoloji çirklənmələrin
qarşısı alınsın. Nəhayət, təbiət də
öz axarında yaşasın. Nəticə etibarı ilə
insanlar ekoloji cəhətdən sağlam təfəkkürlü
olsunlar. Həqiqətən də yalnız bu yolla ekoloji fəsadlardan
təbiəti xilas edə bilərik.
Teymur Məmmədzadə
Ədalət.- 2010.- 4 dekabr.- S. 18.