SƏNAYE MÜƏSSİSƏLƏRİNİN
ATMOSFERƏ TƏSİRİ
Antropoloji faktorların neqativ təsiri nəticəsində, ətraf
mühitin çirklənməsi
istiləşməyə səbəb
olmuşdur. Əsas təhlükə atmosferdə
və digər texnogen qazların artmasıdır. Atmosferdə
CO2-nin miqdarı 1880-ci ildə
0,029 % olduğu halda, hazırda 0,03456 %-ə çatmışdır. Karbon
qazının atmosferdə
normadan çox artması "parnik effekti" ilə nəticələnə bilər.
Bu Yerlə Kosmos
arasındakı istilik mübadiləsi prosesinin pozulmasına gətirib
çıxarar. İstilik effektinin əmələ gəlməsində
başqa amillərlə (səhralaşma, təbii qazların
yaranması və s.) yanaşı, sənaye müəssisələrinin
ətraf mühitə buraxdığı tullantılar
xüsusi əhəmiyyət daşıyır. Sənaye sahələri
arasındakı çirkliliyə görə birinci yeri
metallurgiya sənayesi (34 %), sonrakı yerləri müvafiq
olaraq energetika sahəsi (27 %) və qaz sənayesi (7 %) tutur. Məqalədə
konkret çirklənmə mənbələri istehsal prosesi
zamanı əmələ gələn müxtəlif
tullantı məhsulları nəzərdən keçirilir və
müqayisəli şəkildə təhlil edilir.
Respublikanın sənaye obyektlərindən atmosferə
atılan istixana qazları, digər tullantı məhsullarının
azaldılması yolları barədə tövsiyyələr
edilir. İstehsalat müəssisələrinin müasir tələblərə
cavab verən avadanlıqlarla təmin edilməməsi, köhnə
qaz toz tutucu qurğularla işləməsi, Bakı,
Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan kimi iri sənaye
şəhərlərinin istehsal sahələrində
quraşdırılması qurğu və avadanlıqların
fiziki-mənəvi cəhətdən yararsız olması
çirkləndirici maddələrin tam zərərsizləşdirilmədən
atmosferə atılması ilə nəticələnir. Sənayedə
əmələ gələn bərk və maye
tullantılarının tərkibində canlı orqanizmlərə
toksiki təsir göstərən maddələr vardır. Məsələn,
metallurgiya sənayesi tullantılarında əlvan və
ağır metal duzları, maşınqayırma sənayesi
tullantılarında sionidlər, arsen birləşmələri,
berillium, plasmas və süni ipək istehsalında benzol, fenol,
kağız-selliloz istehsalında
metanol, seipidar, fenol , qazanxana qalıqları, toxuculuq, gön-dəri
müəssisələrində, sintetik fəal maddələrin
istehsalında alkil-sulfat, sulfanol, bəzi yuyucu-dezinfeksiyaedici
maddələr əmələ gəlir.1 ton çuqun
hazırlanarkən 4,5 kq toz: 2,7 kq kükürd qazı: 0,1-0,5
kq manqan, həmçinin arsen, fosfor, qurğuşun, civə,
sürmə: nadir metallar və qətranlı maddələr,
1 ton marten poladından 3000-4000m3 qaz, 60 kq dəm qazı və 3
kq kükürd qazı
ayrılır. Qara metallurgiya sənayesi ümumi çirklənmənin
15-20 faizini təşkil dir. İl ərzində
1 mln.ton məhsul istehsal edən qara metallurgiya zavodu atmosferə
350 ton/sutka toz, 200 t/sutk kükürd anhidridi, 400 t/sutk karbon
oksidi və 42 t/sutk azot oksidi atır. Metallurgiya müəssisəsində
çoxlu miqdarda tullantı (domna qazı və koks qazı) əmələ
gəlsə də, onun cəmi 34 %-i utilizə edilir və ya zərərsizləşdirilir,
qalanı ətraf mühitə yayılaraq atmosferi korlayır.
Maşınqayırmada 1 ton metaldan 260 kn tullantı yaranır
ki, bunun da 50 %-i xammalın işlənməsi zamanı
ayrılır. Hər il atmosfer havasının çirklənməsi
nəticəsində onun tərkibindəki karbon oksidi,
kükürd və azot birləşməsi, karbohidrogen və
sənaye tozlarının qatılığı artır.
İl ərzində atmosferə 200 mln. ton karbon oksidi, 20 mlrd.
tondan artıq karbon dioksidi, 150 mln. ton kükürd dioksidi, 53
mln. ton azot oksidi, 250 mln. tondan çox toz, 120 mln. ton kül, 50
mln. tondan artıq müxtəlif karbohidrogenlər
atılır. Havasının çirklənmə səviyyəsi
yüksək olan Azərbaycanın iri şəhərləri
insan sağlamlığı üçün çox təhlükəli
hesab edilir. Havanın keyfiyyəti 8 şəhərdə
yoxlanılmış və kükürd dilksid, azot oksidi, dəm
qazı, sülb hissəcikləri, tüstü,
hidrogen-flüor və başqa birləşmələrin
qalıqlarının miqdarı müəyyən
olunmuşdur. Onların arasında 5 şəhərin -
Sumqayıt, Bakı, Gəncə, Şirvan və Mingəçevirin
payına atmosferə atılmış bütün zərərli
maddələrin 96 %-i düşür. Respublikamızda Ən
böyük sənaye sahələri neftçıxarma və
neftayırmadır. Sənaye tullantılarının çoxu
bu profildən olan müəssisələrdə əmələ
gəlir. Tullantıların tərkibi və əmələgəlmə
səbəbləri müxtəlifdir.Sıxıcı
kompressorlar çatışmadığından neftlə
yanaşı çıxarılan xeyli qaz atmosferə
buraxılır. Neft qazlarını toplayan sistemlərin
yararsızlığı böyük itkilərə səbəb
olur. Bu sistemlərin sıradan çıxması problemi daha
da ağırlaşdırır. Yeni texnologiyanın tətbiqi
isə problemi xeyli azaldır. Məsələn, 1995-ci ildə
Bakıda neftçıxarma sənayesindən havaya
buraxılan uçucu orqonik hidrokarbonatın miqdarı 500 min
ton olmuşdursa, 1996-cı ildə aşağı təzyiqli
qaz emal edən kompressor stansiyası işə
salındıqdan sonra havaya atılan qaz 200 min tonadək
azalmışdır. Tullantı məhsullarının təkrar
istehsala cəlb olunması da problemin kəskin azalması ilə
nəticələnmişdir. Məsələn, 1 ton xam
malın təkrar istehsalı hesabına atmosferin çirklənməsini
86 %, tullantı məhsullarının həcmini isə 97 %
azaltmaq mümkündür. Son illər məhsul
istehsalındakı artımlar ətraf mühitə,
xüsusilə atmosferə və suya atılan tullantılarda
özünü göstərir. Belə ki, inqrediyentlər
üzrə stasionar mənbələrdən havaya buraxılan
çirkləndirici maddələr 2001-ci ildə 425,9 min ton təşkil
edib ki, onun da 391,8 min tonu qaza oxşar və maye
tullantılardan,15,5 min tonu kükürd antihidridindən, 24,2
min tonu azot 4 oksiddən, 25,4 min ton dəm qazından ibarətdir.
Qeyd edək ki, respublika üzrə stansionar mənbələrdən
425,9 min ton çirkləndirici maddə atmosferə
atılmışdır. Onun 331,4 min tonu paytaxtın, 32,3 min
tonu Sumqayıtın, 4 min tonu Gəncə, 4 min tonu
Şirvanın, 15 min tonu Mingəçevir, qalan 4 min tonu isə
digər şəhər və rayon müəssisələrinin
payına düşür.Göstərilən səbəblərdən
başqa, atmosferdə yaranan istixana effektini intensivləşdirən
amillərdən biri də istilik elektrik stansiyalarıdır.
İstilik elektrostansiyalarında yanacağın yanmasından
alınan istilik enerjisinin 50-55 %-i ətraf mühitə daxil
olaraq istiləşmə prosesini daha da artırır.
"Azneftkimyamaş" dövlət şirkətinin
timsalında problemin mahiyyətini şərh edək. Bu
şirkətin 13 iri sənaye müəssisəsini
özündə birləşdirən nəhəng istehsalat
vahidlərindən biridir. Əsasən neftçıxarma sənayesi
üçün qaldırıcı-qazma
avadanlıqlarını istehsali ilə məşğuldur.
Şirkətə daxil olan zavodların istehsal prosesindən
ayrılan tullantı və axıntılarının tərkibi
mənşəyinə görə, neft məhsulları, qələvi,
turşu, müxtəlif karbohidrogenlər, digər üzvi və
qeyri-üzvi birləşmələrdən ibarətdir.
İstehsalın kəskin azalması ətraf mühitə
yayılan çirkləndirici maddələrin miqdarına da təsir
göstərib. Tədqiqat dövrünün yalnız
üç ilinin müqayisəsi göstərir ki, şirkətin
müəssisələrində zərərli maddələrin
əmələ gəlməsilə toztutucu qurğuların
faiz göstəricisi arasında uyğunsuzluq var. 1993-cü ildə
əmələ gəlmiş 2294-216 ton zərərli maddələrdən
cəmi 8,4 faiz tutulub. 1994-cü ildə isə 1295,368 ton
tullantıdan 7,8 %-i tozuducu qurğular tərəfindən
tutulub. Bu rəqəm 1995-ci ildə artaraq 11,9 % təşkil
etsə də, bunun səbəbi keyfiyyət və kəmiyyət
dəyişiklikləri ilə yox, istehsalın əvvəlki
illərlə müqayisədə daha da azalmasıyla əlaqədardır.
Başqa sözlə, əmələ gələn 449,805 ton
tullantının 440,350 tonu havaya atılaraq, cəmi 11,9 %-i
tutulmuşdur. Beləliklə şirkətin zavodları
atmosfer havasını 1993-cü ildə 91,6 %, 1994-cü ildə
92,2%, 1995-ci ildə isə 89,1% zərərli maddələrlə
çirkləndirmişdir.
A) Ətraf mühit
problemləri ilə birgə Bakı şəhər
Epidemiologiya və Gigiyena mərkəzindən
aldığımız məlumatlarda göstərilir ki,
respublika paytaxtının atmosferini daha çox sənaye
potensialının əsasını təşkil edən Azərbaycan
Dövlət Neft Şirkəti, "Azəriqaz" ASC,
"Metallurgiya", "Azərneftkimyamaş", "Azərsənaye
Tikinti Materialları" Dövlət Komitəsinin sənaye
obyektləri çirkləndirir. 1995-ci ildən atmosfer
havasına atılan tullantının 94,9% neft şirkətinin,
1,1% "Azərsənaye" TMDK-nin, 0,9% "Azərsement"
İstehsalat Birliynin payına düşür. Bu
tullantıların tərkibinə 80,5% karbohidrogen birləşmələri,
1,3% dəm qazı, 14% toz və digər zərərli maddələr
daxildir. Müəyyənləşdirilib ki, karbohidrogen
nümunələri icazə verilən normadan 90,5%, dəm
qazı 90%, furfurol 16,7%, his 48%, azot oksidi 65,5%, hidrogensulfid isə
41% yüksəkdir. 1997-ci ildə paytaxtın atmosferi 316 iri sənaye
müəssisəsini əhatə edən 12995 stasionar mənbədən
çirklənib. Göstərilən mənbədən
yalnız 32,1 %-i qaz-toztutucu qurğularla təchiz olunub.
ARDNŞ havaya atılan tullantıların 94,5 %-ni, "Azəriqaz"
ASC 1,2 %-ni, "Azərisement" İB 1,4 %-ni təşkil
edib. Tullantıların tərkibində inqridiyentlərdən
80,1 %-i karbohidrogen, 9,7 % dəm qazı, 12 % müxtəlif
tozlar, 0,8 % azot oksidi təşkil edir ki, onlardan da karbohidrogen
birləşmələri normadan 90,2, dəm qazı 98, furfurol
15,8, azot oksidi 62,4, hidrogen sulfid 40,4, duda 47,5 %
artıqdır.1998-ci ildə paytaxtın atmosfer havasına
buraxılan tullantıların 1,1 %-i "Azəriqaz" ASC,
1,4 %-i "Azərsənayetikinti materialları" DK, 2,4 %-i
"Azərenerji" SC və 21,6 %-i avtomobil nəqliyatlarının
payına düşür. Atmosferə atılan
tullantıların tərkibində karbohidrogenlər 67,9 %, dəm
qazı 2,7 %, müxtəlif tozlar 10,2 %, azot oksidləri 1,1 %-ə
bərabərdir.
B) Stasionar müşahidə
nöqtələrində aparılan laborator müayinələr
dəm qazının 1,7 dəfə, azot oksidinin 1,5, hisin 2,1,
karbohidrogenlərin 2,8 dəfə və s. Yol verilən normadan
artıq olduğunu müəyyənləşdirib. Ətraf
mühitin normadan artıq çirklənməsi əhali
arasında müxtəlif xəstəliklərin artmasına səbəb
olub. Epidemiologiya və Gigiyena Mərkəzi statistik təhlillər
nəticəsində müəyyən edib ki, qeyri-infeksion mənşəli
xəstəliklərin azalmasına baxmayaraq, tənəffüs
orqanları, sinir və qan damarı
sistemi, həzm üzvləri, revmatizm, hipertoniya, stenokardiya,
miokard infarkt ekzema, sidik-cinsiyyət, qan və ruhi xəstəliklər
ümumilikdə 1,6-53,4 faiz artmşdır.
Beləliklə, ətraf mühitə, xüsusilə şəhər
atmosferinə daxil olan tozanaqlar, tullantı məhsulları,
xüsusilə karbon oksidləri, karbohidrogen birləşmələri,
digər üzvi-qeyri üzvi maddələr biosferin canlılar
Aləmi arasında müxtəlif mənşəli xəstəliklərlə
yanaşı, istixana effektinin əmələ gəlməsinə
səbəb olur.
Tövsiyələr:
Problemin aradan qaldırılması və ya
azaldılması istiqamətində aşağıda
tövsiyyə olunan üsullar səmərə verə bilər:
- İstehsal sahələrində texnoloji
avadanlıqların yeniləşdirilməsi və
tullantısız texnologiyadan istifadə etmək.
- Köhnəlmiş, yaxud köhnə tipli qaz-toztutucu
qurğuların çıxdaş edilməsi.
- Müəssisənin həyətyanı sahəsində,
sexlərdə fotosintez effekti yüksək olan yaşıl
bitkilərin salınması.
- Sənaye müəssisələrinin
yaşayış məntəqələrindən kənarda
yerləşdirilməsi və maksimum utilizə gücünə
malik avadanlıqlarla təchiz edilmiş yardımçı
sexlərin tikilməsi.
- Tullantı məhsullarının təkrar istehsala cəlb
olunması.
- Müəssisənin rəhbər orqanları,
mühəndis və digər işçiləri
üçün vaxtaşırı ekoloji kursların təşkil
olunması.
- Müəssisə rəhbərinin, digər məhsul
işçilərin təyinatı zamanı mövcud
qanunvericiliyə əsasın, ekoloji biliyinin
yoxlanılması.
- İstehsal prosesində əmələ gələn
və istixana effekti yaradan CO2 və digər texnogen qazları
neytrallaşdıran texnologiyanın işlənib
hazırlanması.
Yusif Dirili
Mahmudov
Ədalət.- 2010.- 9 dekabr.- S. 7.