AZƏRBAYCANLIYAM, AZƏRBAYCANLI
Mənim qismətimə
bir diyar düşüb,
Dünya nemətindən şirin
bar düşüb.
O elə diyardır
axar-baxarlı,
Dağları
vüqarlı, bağçası barlı.
Hər qarış
torpağı qızıldı, zərdi,
Göyləri
dalğalı mavi Xəzərdi.
Qoynunda buruqlar məskən
salıbdı,
Ömrünün
üzünü sevinc alıbdı.
Mili, Muğanı var,
Şəki, Şirvanı
Füsünkar guşədi
onun hər yanı.
Min nemət
yetirən barlı bağı var,
Ömrünün bəzəyi
Qarabağı var.
Lənkəran, Astara
sahil boyunca,
Könüllər
oxşayır ürək doyunca.
Naxçıvan, Ordubad
gözəl məkandı,
Günəşlə
nurlanan nəqşi-cahandı
Büllur çeşmələri
gözün nurudu,
Murovu, Qoşqarı
şah qürurudu!
Güllü-gülüstandı,
çölü, çəməni;
Ətrini bol
saçır bol yasəməni.
Bülbülün
eşqilə açılır gülü,
Saçını
darayır sarı sünbülü.
Ceyranın,
cüyürün ürkək baxışı
Könül pərvazıdı
çölün naxışı.
Göllərdə
şövq ilə sonası süzür,
Durnalar
köçünü qatara düzür.
Aləmə səs
salır gur şəlaləsi,
Bağrını
yandırır xallı laləsi.
Şirin nəğməlidir
hər coşan çayı,
Köksündə əks
edir gecələr Ayı.
Səmada qartalı erkən
oyanır,
Uca zirvələrdə
məğrur dayanır!..
O elə diyardı gendi
ürəyi,
Boldur süfrəsində
duzu, çörəyi.
O Odlar Yurdudu
-qonaq-qaralı,
Köksündə yer
verir olsa haralı.
Üzünün nurudu
isməti, arı;
Dillənir kamanı,
oxuyur tarı
Dönməyir getdiyi
doğru yolundan,
Ümidsiz olanın tutur
qolundan!
Yazıb bayrağına
haqq-ədaləti,
Tanrı vergisidir qədir-qiyməti.
Tanıyır
düşməni, bilir yağını
Əlindən
qoymayır saç yarağını!
Elin ocağını
alovlandırır,
Könüllər
mülkündə işıq yandırır!
Taleyi güllənən
gözəl diyardır,
Qoyununda yaşayan nə
bəxtiyardır.
Belə məkanlıyam,
belə məkanlı,-
Azərbaycanlıyam, Azərbaycanlı!
Əjdər Qiyaslı
Ədalət.- 2010.- 14 dekabr.- S .6.