ANA, AĞLAMA
Milli Qəhrəman
Mübariz İbrahimovun
anasına ithaf edirəm
Kədərin sonsuzdur,
qəmin min bölük,
Qəlbində dağ qədər çox ağır bir yük.
Səbr et buna, dərdin olsa da böyük,
Ana, ağlama.
Doyunca görmədin,
sinəndə kədər,
Səslədin sən onu, bəlkə
də gələr.
Gözün axtarsa da son günə qədər,
Ana, ağlama.
Baxıb təsəlli
tap bu ömrə yenə,
O ki, şəhid oldu Vətən naminə.
Bütün xalq şərikdir sənin qəminə,
Ana, ağlama.
Vətənə məhəbbət
verdi cürəti,
Şəhidlik zirvəsi oldu qisməti.
Sıxsa da qəlbini oğul həsrəti,
Ana , ağlama.
Elin oğulları
səf durub yenə,
Hazırdır vurmağa zərbə düşmənə.
Mübariz tək oğul verdin Vətən,
Ana, ağlama.
SƏN MƏNİM LEYLİMSƏN
Gözlərim yollarda,
açmaz sabahım,
Ucalar göylərə fəryadım,
ahım.
Mən sənə yetmədim, nəydi günahım?
Sən mənim Leylimsən, mən də Məcnunun.
Dünya belə
imiş deyim daha nə,
Eşqi duymayanlar güldülər
mənə.
Könül həsrət
qalıb o gül çöhrənə,
Sən mənim Leylimsən, mən də Məcnunun.
Bu yerdən,
bu göydən nicat istədim,
Bəxtimi şad edən büsat istədim.
Saçların ətirli
həyat istədim,
Sən mənim Leylimsən, mən də Məcnunun.
Ədalət Eşqinin
ürəyi, mələk,
Bircə səni sevdim, biləsən gərək.
Bu qısa
ömrümdə son nəfəsədək,
Sən mənim Leylimsən, mən də Məcnunun.
SON GÜNƏ QƏDƏR
O qara saçların ətri bilinməz,
Köksümdə min yara dərin, silinməz.
Sənli xatirələr
danışmaz, dinməz,
Baxacam yollara son günə qədər.
Ayrılıq çox
uzun, sonun görmürəm,
Qəm-qüssə bir bölük, sənlə bölmürəm.
Düşünmə dərdindən
daha ölmürəm,
Baxacam yollara son günə qədər.
Gülüşlərin sönüb,
solğun çiçəksən,
Bilirəm dərdinlə
baş-başa, təksən,
Baxacam yollara son günə qədər.
Ədalət Eşqinəm,
sənin eşqinəm,
Ağrı-acıları çox çəkib sinəm.
Həyatdan gileyli, gözlərimdən qəm,
Baxacam yollara son günə qədər.
ARMUD AĞACLARI ÇİÇƏKLƏYƏNDƏ
Ətirli yaz gəlir mənim elimə,
Çaylarım daşacaq, əhsən selimə.
Sərin bahar yeli dəyər telimə,
Armud ağacları çiçəkləyəndə.
Min bir arzu doğar coşan sinədə,
Sirli təbiəti duydum mən nədə?
Yada düşdü
ata yurdum yenə də,
Armud ağacları çiçəkləyəndə.
Ağ salxım
çiçəyin ətri
əlimdə,
Bir gözəl müjdəylə
başlar ilim də.
Gözəllərim gəlin
köçür elimdə,
Armud ağacları çiçəkləyəndə.
Görəndə unutdum dərdi-sərimi,
Güllərin dənlətdi ürəkdə
simi.
Sevincə qərq
etdi bu gözlərimi,
Armud ağacları çiçəkləyəndə.
Çox ilıqdır
doğan günəş
bu şəhər,
Tər çiçəklər dörd
tərəfə ələnər.
Ara-sıra yağış
yağar, çilənər,
Armud ağacları çiçəkləyəndə.
Sehrindən qopmuram,
vurğunam buna,
Çiçəyin yaraşır o sərv boynuna.
Oğul, qız
toyu et, gəlim
toyuna,
Armud ağacları çiçəkləyəndə.
Tənhalıq həsrəti
dərddi, yaradı,
Ürək sevgi gəzdi, eşqin aradı.
Gözəllər içindən
seçdi bir adı,
Armud ağacları çiçəkləyəndə.
Nədənsə qəlbimə
bir kədər dolur,
Köksümdə sızıltı saçların
yolur.
Qürbətdə ayrılıq
çox ağır olur,
Armud ağacları çiçəkləyəndə.
Sanki od gizlənib onun yayında,
Ömrümdən apardı sevgi payın da.
İtirdim yarımı
aprel ayında,
Armud ağacları çiçəkləyəndə.
Ədalət eşqini de, tapsın harda?
Hələ də gözləyir yolumu yar da.
Mən razıyam
öləm bir gün baharda,
Armud ağacları çiçəkləyəndə.
Ədalət Eşqin
Ədalət.- 2010.- 16 dekabr.- S. 6.