ATƏT-in "Dağlıq Qarabağ problemi"

 

2010-cu ili Dağlıq Qarabağ daxil olmaqla işğal altında qalan torpaqlarımızı azad etmədən başa vurduq. İlin sonlarında ATƏT-in Qazağıstanın paytaxtı Astanada keçirilən sammitinə problemin həllində bəslənilən böyük ümidlər özünü doğrultmadı. ATƏT-in nəticəsiz başa çatan Astana sammitindən sonra beynəlxalq təşkilatların Qarabağ probleminin həllində, ümumiyyətlə maraqlı olmadıqları fikri hakim olub. Qəribə bir tərzdə sükut vəziyyəti müşahidə olunur. Hamı tərəfindən, hətta ABŞ-da, Avropanın özündə belə ATƏT-in fəaliyyətsizliyi etiraf olunur.

Vaşinqtonda yerləşən Ceymstaun fondunun baş elmi işçisi, politoloq Vladimir Sokor hesab edir ki, ATƏT qeyri-effektiv bir təşkilatdır bu təşkilat Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində birbaşa iştirak etmir. Onun qənaətincə, hətta Minsk qrupu belə danışıqlar prosesində həmsədr dövlətlərin vasitəsi ilə iştirak edir:

"ATƏT yalnız həmsədr dövlətlərin köməyi ilə əldə olunan nizamlanma formullarını ratifikasiya etmək yaxud qəbul etmək iqtidarındadır. Bu isə o deməkdir ki, ATƏT bu prosesdə yalnız simvolik rol oynayır. Danışıqlar prosesi dalana dirənib. İrəliləyiş ona görə mümkünsüzdür ki, ATƏT-in Minsk qrupunun özünün işi effektiv deyil". Ekspert vurğulayır ki, bunun bir səbəbi ATƏT-ə üzv həmsədr dövlətlərin daxilindəki siyasi vəziyyətlə bağlıdır. O bildirib ki, ABŞ, Rusiya Fransada erməni faktoru, xüsusən erməni seçiciləri, erməni biznes dairələrinin təsir etmək imkanları çox güclüdür. Hətta həmsədr ölkələrin hökumətləri Ermənistanı erməni lobbisini qane etməyən siyasətin aparılmasında müstəqil deyillər: "Bu səbəbdən üç həmsədr dövlətin formatı əvvəldən uğursuzluğa düçar oldu bununla bacarmaq mümkün deyil".

 

"ABŞ prosesi "tulladı"

 

Birləşmiş Ştatların bir sıra politoloqunun qənaətincə, ABŞ Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesindən kənarlaşıb. Bunu elə başa çatmaqda olan il ərzində aydın görmək mümkün oldu. Moskvadan fərqli olaraq Ev bu planda özünü göstərmədi. Amerikalı ekspert buna bir çox səbəb göstərib. Onlardan biri isə erməni siyasi dairələrinin Amerika administrasiyasına təsiridir. Düzdür, bu faktor sonunda Birləşmiş Ştatlara Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini öz əlinə almağa mane olmadı: "O zaman da erməni diasporunun təsiri çox güclü idi. Lakin buna baxmayaraq, Vaşinqton təşəbbüsü ələ aldı. Demək lazımdır ki, o zaman münaqişənin nizamlanması ilə bağlı Ki-Uestdə keçirilən sammitdə çox ciddi nailiyyət əldə olunmuşdu. Amma bundan sonra Birləşmiş Ştatlar prosesdən itdi, daha dəqiq desək, təşəbbüsü tulladı". Digər bir səbəb isə Birləşmiş Ştatların Cənubi Qafqaz Xəzər hövzəsində siyasətinin uğursuzluğa düçar olmasıdır. Vaşinqtonun bu regionda artıq davamlı siyasəti yoxdur. ABŞ artıq İraq Əfqanıstanda apardığı müharibə İranla münaqişənin həlli ilə məşğuldur: "Birləşmiş Ştatların terrorizmə qarşı qlobal səviyyədə apardığı siyasi hərbi metod heç bir nəticə vermədi, əksinə, əks effekt verdi. Bu gün Birləşmiş Ştatların digər problemləri həll etmək üçün maliyyə, hərbi resursları, o cümlədən siyasi diqqəti çatmır". Keçmiş diplomat hesab edir ki, bütün bu səbəblərdən faktiki olaraq Birləşmiş Ştatların Cənubi Qafqaz, Xəzər hövzəsindən çıxarılması baş verdi.

 

Boş qalmış səfirliklər

 

O, daha sonra diqqəti Birləşmiş Ştatların Azərbaycanda iki ildir ki, boş qalmış səfir vəzifəsini həll edə bilməməsinə yönəldib: "ABŞ Azərbaycanın ümumi qaz maraqlarının olduğu Türkmənistanda üç ildir ki, ABŞ səfiri yoxdur". Onun sözlərinə görə, Vaşinqtonun siyasətində Şərqi Avropanın bu digər regionlarına qarşı strateji təfəkkür boşluğu var. Bu olmayanda isə bir fikir dominantlıq edir - demokratikləşmə insan hüquqları. Onun qənaətincə, ABŞ Əfqanıstanda hərbi əməliyyatları başa çatdırmayana İranla real dialoq qurmayana kimi, onun Şərqi Avropa ölkələri ilə strategiyası olmayacaq. ABŞ demək olar ki, Belarusu, Ukraynanı, Moldovanı, Gürcüstanı, Ermənistanı Azərbaycanı yarı yaddan çıxarıb. Halbuki, strateji planda məhz bu ölkələrlə Avropanın, Avropa Birliyinin NATO-nun gələcəyi asılıdır. Bu təşkilatların gələcəyi Avropanın şərq tərəfdaşlarından asılıdır, ABŞ-ın hərbi əməliyyatlar apardığı ölkələrdən yox".

Qeyd edək ki, "WikiLeaks" saytında Ermənistanın İrana silah verməsi həmin silahın sonradan İraqa düşməsi ondan Amerikaya qarşı istifadə edilməsi öz əksini tapıb. Özü bu barədə sayt yazmamışdan öncə erməni müxalifəti həyəcan təbili çalmışdı. Bu məsələlərlə bağlı ABŞ səbəbdən Ermənistana qarşı sanksiyalar tətbiq etmədiyi ekspert üçün çox maraqlıdır. Onun sözlərinə görə, bunun birmənalı cavabı yoxdur. "Yalnız hipotetik cavab vermək olar. Yenə burada erməni diasporu faktoru var. Diqqət yetirin. "WikiLeaks" saytının məlumatı Konqresə seçkilərə bir ay qalmış ortaya çıxdı. Demokratik Partiyasının düşərgəsində demokratlar hər bir seçicinin səsini üstün tuturlar. Obama administrasiyası əvvəldən bilirdi ki, seçkilərdə məğlub olacaq. Bu səbəbdən ev təşviş içində erməni seçicilərini hirsləndirməmək üçün Ermənistana doğru barışdırıcı bəyanat verdi. Sözün düzü, burada bir ironiya var. İş orasındadır ki, İrana silah verilməsi Serj Sarkisyan müdafiə naziri olan dönəmdə baş verib. Yəni belə çıxır ki, o, bu prosesdə iştirak edib".

 

"Soyqırım" sevdası

 

Amerikalı ekspert sonda bu günlərdə qondarma erməni soyqırımı layihəsinin yenidən Konqresin Nümayəndələr Palatasında müzakirəyə çıxarılmasına da toxunub. Onun sözlərinə görə, bu məsələ hər ilin aprel ayında ABŞ-da qaldırılır. Obama bu günü erməni dilində "böyük fəlakət" adlandırır. Hər il aprelin 24-də erməni təşkilatları siyasətçiləri Konqresin həmin tarixi "soyqırımı" kimi elan olunmasına çalışır: "Sözsüz ki, bu məsələ yenə qaldırılacaq. Lakin Konqresin bununla bağlı ermənilərin xeyrinə qərar qəbul edəcəyi inandırıcı görünmür. Artıq Konqresdə respublikaçı konqresmenlərin sayı artıb onlar demokrat-konqresmenlər kimi ermənilərin səslərindən asılı deyillər. Erməni mənşəli ABŞ vətəndaşlarının çoxu Demokrat Partiyasına səs verirlər. Demokratlar əmindirlər ki, onlar ermənilərin səslərindən çox güclü şəkildə asılıdırlar. Bundan əlavə, Obama administrasiyası başa düşdü ki, Türkiyəyə qondarma erməni soyqırımı ilə bağlı təzyiq göstərmək siyasəti uğursuzluğa düçar olub. Bunu Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək olmaz. Hesab edirəm ki, dörd aydan sonra Konqresdə bu məsələ yenidən gündəmə gələcək. Lakin yenə uğursuzluğa düçar olacaq".

  

 

Gültəkin

 

Ədalət.- 2010.- 31 dekabr.- S. 18.