Kartepedə Heydər Əliyev parkı
Dünən Kocaeli vilayətinin Kartepe Bələdiyyəsinin, Mərhum
Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyevin xatirəsinə Beşevler
Məhəlləsində inşa
etdirdiyi Heydər Əliyev adına Uşaq Parkının açılışı oldu.
Türkiyə ilə Azərbaycan
arasındakı davam edən dostluğun sloqanlaşan "Bir
millət iki dövlət" sözü Kartepedəki
açılışla daha da gücləndirildi. Qardaş iki
ölkə arasındakı protokol çərçivəsində
Kartepe Bələdiyyəsi tərəfindən Uzunçiftlik
Beşevler Məhəlləsində inşa və dizaynı
edilən Beşevler Heydər Əliyev Parkının
açılışında Türkiyə və Azərbaycanlı
qonaqlar iştirak ediblər. Kartepe Bələdiyyə
Başçısı Şükrü Karabalıkın ev
sahibliyi etdiyi açılışa Kocaeli Valisi (İcra
başçısı) müavinləri Mustafa Ünlüsoy və
Şükrü Çakır, Kocaeli Böyükşəhər
Bələdiyyə Başçısı İbrahim
Karaosmanoğlu və Başkan Vəkili İlyas Şəkər,
AK Partiyası Kartepe sədri Həsən Kandaz, Kocaeli Mədəniyyət
və Turizm müdiri Adnan Zamburkan, Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyasının sədri Bilal Dündar, Türkiyə Azərbaycan
Gənclər Təşkilatının sədri Anar Əsədov,
Azərbaycan Respublikası İstanbul Başkonsulu Hasan
Sultanoğlu, Azərbaycan
Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi
Türkiyə bölməsinin baş direktoru Elnar Məmmədov,
Derince Bələdiyyə Başçısı Dr.Əziz Ələmdar,
Bekirpaşa Bələdiyyə Başçısı Abdullah
Göktürk, Kocaeli dairə müdirləri, bələdiyyə
məclis üzvləri, Kartepe Bələdiyyəsi başqan
müavinləri, Kartepe Şəhər Şurası Məclis
rəhbərləri, qeyri-hökumət təşkilatı
nümayəndələri, siyasi partiya nümayəndələri
və məhəllə sakinlərindən ibarət
izdihamlı insanlar şahidlik etdi. Kartepe Bələdiyyəsi,
"Uşaqlarımız gələcəyimizdir"
şüarı ilə Kartepelilerin xidmətinə təqdim
etdiyi Beşevler Heydər Əliyev Parkının
açılışı rəngli görünüşlərə
səhnə oldu. Mərasimdə iştirak etmiş
Türkiyə Azərbaycan Gənclər Təşkilatının
sədri Anar Əsədovun "Ədalət"ə
bildirdiyinə görə, Kartepe Xalq Təhsil İdarəsi
Qars və Azərbaycan qruplarının milli rəqsləri və
Kartepe Bələdiyyəsi Uşaq Mehteran qrupunun
nümayişlərinin ardınca Beşevler Məhəlləsi
Muxtarı Mustafa Fidan və Kartepe Uşaq Məclisinin sədri
Fatmanur Kılıçarslan etdikləri
çıxışlarında parkın Kartepeye
qazandırılmasında töhfəsi olan başqan Karabalığa təşəkkür
edib.. 4950 kvm sahə üzərinə qurulan parkda futbol və
basketbol sahəsi, stolüstü tennis masası, fitness qrupları,
uşaq oyun qrupları, oturma qrupları, bulaq və peyzaj tənzimləmələri
ilə sadə bir park yaradıldığını bildirən
Kartepe Bələdiyyə Başçısı Karabalık,
"Uşaq Məclisinin təkliflərini nəzərə
alaraq parklarımızı daha funksional hala gətiririk. Bu
parkımıza da Heydər Əliyev adını da verərək
Türkiyə ilə Azərbaycan arasındakı dostluğun
yaşadılmasını hədəflədik" dedi. Kocaeli
Büyükşeher Bələdiyyə rəhbəri
İbrahim Karaosmanoğlu da, zahiri gözəlləşdirmək,
sağlam bir şəhər etmək üçün gecə-gündüz
fasiləsiz çalışdıqlarını ifadə edərək,
"Sizlərin xidmətinizdəyik. Siz nə qədər
xoşbəxt olursunuzsa biz də sizlərlə birlikdə
xoşbəxt oluruq" dedi.
Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyasının prezidenti Bilal Dündar, Azərbaycan Diasporla iş üzrə Dövlət
Komitəsi Türkiyə nümayəndəsi Elnar Məmmədov
da, bütün soydaşlarımıza bayram yasatdınız
deyərək təşəkkürünü bildirdi. Sonda
qonaqlar ərazidə yaradılmış şəraitlə
yaxından tanış oldular.
İntiqam VALEHOĞLU
Ədalət.- 2010.- 28 dekabr.- S.
6.