YUXUSUZ GECƏLƏR...
Hər şey məktəbdən başlanır.
Məktəbdə təlim-tərbiyə,
tədrisin keyfiyyəti
yüksək olanda, onda həmin yerdə savadlı, bacarıqlı və bilikli gənclər də yetişdirmək mümkündür. Ancaq bunun üçün gərək müəllimlər
öz üzərinə
düşən məsuliyyəti
dərindən dərk
eləsin. Bax, onda hər şey
sonda daha uğurlu olur. Bu mənada İmişli rayonunda da təhsilin inkişafına, müasirliyinə
və eyni zamanda gənclərin bilikli, savadlı yetişməsinə böyük
önəm verilir.
Bu gün İmişlidə
63 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Bu məktəblərdə 17 minə qədər şagirdin təlim-tərbiyəsi
ilə 1611 müəllim məşğul olur. Rayona təyinatla
göndərilən 14 nəfər müəllim kənd məktəblərində
vakant yerlərə göndərilib. Bir sözlə,
İmişlidə orta ümumtəhsil məktəblərində
şagirdlərin daha savadlı və
dünyagörüşlü formalaşması
üçün gözəl imkanlar yaradılıb. Bu imkanlar
isə onu deməyə əsas verir ki, hər bir şagird məktəbdə
dərin savad almaqla yanaşı, əsl vətəndaş və
kamil insan kimi yetişir.
Yeni məktəblər istifadəyə verilib
Rayonda təhsil sisteminin
daha da təkmilləşdirilməsi, müasirləşdirilməsi
ilk növbədə yeni məktəblərin istifadəyə
verilməsi böyük əhəmiyyət kəsb edir. Elə
bunun nəticəsidir ki, son vaxtlar rayonda bir çox məktəblər
əsaslı surətdə yenidən təmir edilib, bəziləri
isə tikilərək istifadəyə verilib. Belə ki,
büdcə vəsaiti hesabına Sarxanlı kənd 2 saylı
orta məktəbi üçün 220 yerlik müasir tipli yeni
məktəb dərs ilinin ilk günündə istifadəyə
verilib. Habelə yerli büdcə hesabına Muradallı kənd
orta və Allahmədətli əsas məktəbləri əsaslı
surətdə tikilərək istifadəyə verilib. Eyni
zamanda, Fövqəladə Hallar Nazirliyi tərəfindən Rəsullu
kənd tam orta məktəbi və Əlyetməzli kənd
orta məktəbləri inşa edilərək müəllimlərin
və şagirdlərin istifadəsinə verilib. Bütün
bunlar isə həmin məktəblərdə yaradılmış
əlverişli şəraitdən xəbər verir. Üstəlik
də, bir çox məktəblər müasir texnika və
texnologiya ilə təchiz edilib. Əlbəttə, yeni
texnologiyanın orta ümumtəhsil məktəblərinə
gətirilməsi şagirdlərin daha müasir və sivill
qaydada elmi biliklərə yiyələnməsinə əlverişli
şərait yaradır.
Məzunlar üz ağardır
Hər bir rayon və hər
bir məktəb yetişdirdiyi məzunları ilə fəxr
edir. Yəni o məzunlar ali məktəbə qəbul olursa,
ilk növbədə onlar müəllimlərinin
etimadlarını doğruldurlar. İmişli məktəbliləri
də demək olar ki, müəllimlərinin onların üzərində
çəkdiyi zəhməti itirməyiblər. Yəni gecə-gündüz
əziyyət çəkmələri,
çalışmaları günlərin birində öz bəhrəsini
verir. Belə ki, bu il 169 nəfər məzun müxtəlif
ali məktəblərə qəbul olaraq tələbə
adını qazanıblar. Ən çox tələbə
adı qazanan şəhər 5 saylı lisey məktəbi,
Muradxanlı, Gövhərli, Nurlu, Ölçələr, Məmmədli,
Otuziki, Qaralar, Ağəmmədli, Göbəktala kənd orta
məktəblərinin məzunlarıdı. Onu da qeyd edək
ki, rayon üzrə 21 məzun 500-dən çox bal
toplayıb. 7 nəfər isə 600-dən çox bal
yığaraq arzuladıqları ali məktəbin tələbəsi
adını qazanıblar. Ali məktəbə qəbul
olunanlardan Həmiyyə Məhərrəmova 656 bal, Toğrul
Həsənov 640 bal, Aysel Soltanlı 640 bal, Zülfü Zahidli
629 bal, Eyvaz Əzimov 606 bal, Xədicə Rüstəmli 600
bal, Selcan İsmayılova 620 bal toplayıblar. Bütün
bunlar isə onu göstərir ki, həmin məzunlar yuxusuz gecələrin
bəhrəsini görə biliblər. Bu uğurların
qazanılmasında təbii ki, rayon təhsil şöbəsinin
müdiri Ramiz Əmirovun, eləcə də məktəb
direktorlarının və müəllimlərin böyük
payı var.
Müəllimlər öz üzərlərində
işləyirlər
Yaxşı şagird
yetişdirmək üçün ilk növbədə həmin
pedaqoji kollektivdə savadlı müəllim olmalıdır. Əgər
müəllim öz üzərində işləməsə,
müasir texnika və texnologiyadan istifadə etməsə və
təhsildəki yeniliklərdən bəhrələnməsə,
şagirdlərdən əvvəl onun özü
"axsayacaq". Amma İmişlidə ilk növbədə
müəllimlər öz üzərinə düşən məsuliyyəti
dərindən dərk edir və həmişə elmi yenilikləri
öyrənib şagirdlərinə ötürməyə
çalışırlar. Daha doğrusu, müəllim
savadlı olanda onun yetişdirdiyi şagirdlər də bilikli
və elmli olur. Elə ona görə də İmişlidəki
bir neçə müəllim Respublika Prezidenti İlham Əliyevin
sərəncamı ilə yüksək ada layiq
görülüb. Belə ki, Qızılkənd orta məktəbinin
direktoru, rəhmətlik Qurbanəli Məmmədov "Əməkdar
müəllim", RTŞ-nin aparıcı məsləhətçisi
Səttar Atakişiyev "Tərəqqi medalı" ilə
təltif olunublar. Eyni zamanda, təhsil nazirinin əmri ilə
RTŞ-nin müdir müavini Vahid Tağıyev və şəhər
5 saylı məktəb-liseyin direktoru Validə
Zülfüqarova "Qabaqcıl təhsil işçisi"
adına layiq görülüb.
Olimpiadalar sınaq mərkəzidir
Ölkənin hər
yerində olduğu kimi, İmişlidə də fənn
Olimpiadalarının keçirilməsinə böyük diqqət
yetirilir. Belə ki, rayonun iki şagirdi Respublika
Olimpiadasında iştirak edib. Onlardan biri 5 nömrəli məktəb-liseyin
XI sinif şagirdi Xədicə Rüstəmova, digəri isə
şəhər 8 nömrəli orta məktəbin IX sinif
şagirdi Arzu Feyziyevadır. Xədicə kimya fənnindən,
Arzu isə biologiya fənnindən qaliblər sırasında
yer alıb. Bununla yanaşı, rayonun bir neçə
şagirdi ümummilli lider Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümü münasibəti ilə
məktəblər arasında inşa, rəsm və şahmat
üzrə keçirilən müsabiqədə iştirak
ediblər. Yalavac kənd orta məktəbinin IX sinif şagirdi
Türkan Bahadurlu Bakı şəhərində keçirilən
inşa müsabiqəsində respublika üzrə 3-cü yeri
tutub. Onun adı fəxri kitaba qeyd olunub. O, pul mükafatı,
kompüter dəsti və Heydər Əliyev Fondu hesabına
Fransa, Almaniya, Belçika, Hollandiya ölkələrinə
göndərilib. Digər bir məktəbli - Elnur Mehdiyev
respublika şahmat turnirində 1-ci yeri tutub.
Şagird müəllimə güvənəndə...
Rayon təhsil
şöbəsinin müdiri Ramiz Əmirov təhsil sistemindəki
islahatlar, yeniliklər və uğurlarla bağlı bizə
xeyli məlumat verdi. Onu da bildirdi ki, İmişlidə həmişə
təhsilə böyük önəm və diqqət yetirilib.
Ən azından ona görə ki, bu gün ölkəmizdə
təhsilə yüksək səviyyədə qayğı
göstərilir. Ölkə prezidenti İlham Əliyevin və
eləcə də təhsil naziri Misir Mərdanovun bu sahədəki
dəstəyi pedaqoji kollektivlərdə xoş ovqat
yaradıb. Üstəlik də ziyalı və savadlı bir
insan olan rayon icra hakimiyyətinin başçısı Əbülfəz
Ağayevin təhsilə çox isti bir münasibəti var. Bütün
bunlar bütövlükdə rayonda təhsilin sistemli
inkişafına böyük təkan verir. Artıq təhsilin
bütün sahələrində uğurlar əldə edilir.
Düzdür, müəllimlik peşəsi məsuliyyətli
işdir, ancaq müəllim savadlı olanda, məsuliyyət
hiss edəndə, bax, onda istənilən nəticəni əldə
etmək mümkündür. Rayonun bütün pedaqoji
kollektivlərində tam məsuliyyətlə deyə bilərəm
ki, sağlam atmosfer yaradılıb. Elə bunun nəticəsidir
ki, müəllim, şagird və valideyn münasibətləri
yüksək səviyyədə qurulub. Bizim əsas məqsədimiz
təhsil müəssisələrində savadlı, vətənpərvər
gəncləri cəmiyyətə hazırlamaqdır. İnamla
deyə bilərəm ki, bu işin öhdəsindən
bütün pedaqoji kollektivlərdə bacarıqla gəlinir və
bizim hər bir şagirdimiz gələcəkdə həyata
müstəqil addım atarkən məktəbdə
aldığı biliklər ona hər an böyük kömək
edəcək.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2010.- 28 dekabr.- S. 6.