TORPAQLARIN ÇİRKLƏNMƏSİ VƏ QORUNMASI

 

Torpaq yerin bitki bitən qatıdır. Bizim istifadə etdiyimiz ərzağın hamısı torpaqdan alınır. Buğda, qarğıdalı, meyvə - tərəvəz torpağın məhsuludur. Biz torpaqda bitən pambıqdan paltar toxuyur, şəkər çuğundurundan isə qənd hazırlayırıq. Süd ət torpaqda otlayan heyvanlardan alınır. Torpaq olmasa, insanlar yeməyə heç tapmaz.

Hal-hazırda Yer kürəsi əhalisinin sayı artır. Get-gedə insanlara daha çox ərzaq lazım olur. Çox ərzağı isə torpağın məhsuldarlığını artırmaqla almaq olar. Ona görə insanlar torpağa gübrə verir ki, ondan alınan məhsul çoxalsın. Əgər 1 hektar təmiz torpaq 2 ton buğda verirsə, gübrə verilmiş torpaq 5 - 6 ton buğda verir. Torpağa gübrəni çox vermək olmaz. Gübrənin tərkibində çoxlu zərərli maddələr var. Bu maddələr torpağın məhsuldarlığını çoxaltsa da, onu çirkləndirir. Çox gübrə verilmiş torpaqda bitən meyvə - tərəvəzi yemək təhlükəlidir. Bu, insanlar arasında çoxlu xəstəlik yaradır.

Torpağı çirkləndirən təkcə gübrələr deyil. İri zavodların ətrafında da torpaqlar çox çirklənir. Gəncə aliminium zavodunun ətrafında çoxlu çirklənmiş torpaq var. Zavodun borularından çıxan zəhərli maddələr yavaş-yavaş ətrafa çökür. Bu torpaqlarda heç nə bitmir. Bakının neft mədənlərində isə torpaqlar neftlə çirklənir. Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirklənməsinə səbəb olur. Plastik tullantılar heç vaxt çürümür və daim torpaqda qalır.

Bu gün bütün insanlar torpaqlarının çirklənməsinin qarşısını almaq üçün yollar axtarırlar. Alimlər zəhərli gübrələri əvəz edə bilən təmiz gübrə növləri tapmaq istəyirlər.

- Hələ 1896 - cı ildə İsveç alimi Arrenius hesab edirdi ki, havada zəhərli qazların çoxalması havanın temperaturunu artıra bilər.

- Amerikada plastik butulka və avtomobil hissələrindən gəmi düzəldilib. Gəminin tikintisi zamanı 126 min plastik butulkadan 12 avtomobilin plastik hissələrindən istifadə edilib. Əgər bu qədər butulkanız olsaydı, siz düzəldərdiniz?

- Çünki bəzi vilayətlərdə torpaq çatışmazlığı üçün evlərin damında da bitki əkirlər.

- Hollandiyada dəniz sahilləri qurudulur yerində əkin sahəsi yaradırlar

- Abşeron yarımadasında neftlə çirklənmiş xeyli torpaq var. Bu torpaqlar hal-hazırda tam yararsız hala düşüb. Kənardan baxanda torpaqlar mazut rənginə çalır.

- Gəncə aliminium zavodunun ətrafında qırmızı rəngli ərazi görünür. Bu, çirklənmiş torpaq sahəsidir. Əslində, zavodun tullantıları çox - çox uzaqlarda da torpağı çirkləndirir.

 

Ekoloji təhlükəsizlik

 

İstehsalat sektorunun, nəqliyyatın, energetika, kənd təsərrüfatında sənayeləşmənin inkişafı antropogen təsirin kəskin artmasına səbəb olub. Hər il milyonlarla ton bərk və qaz halında olan tullantılar təbiətə atılır, milyard kubmetrlərlə çirkab sular su hövzələrinə axıdılır.

İnsanların məskunlaşdığı yerlər səslə, elektromaqnit sahələrlə və radioaktiv şüalanma ilə "çirkləndirilir", oksigen ehtiyatları tükənir, Yer kürəsinin ozon təbəqəsi dağılır.

Təbii mühitin çirklənməsi nəticəsində insanların sağlamlığı pisləşir, bitki və heyvanat aləmi məhv olur, materialların, bina və tikililərin dağılması sürətlənir. Ekoloji böhran təhlükəsi getdikcə reallaşır.

Ekoloji böhran - təbiət və ictimaiyyət arasında dinamik tarazlığın pozulması olub, təbii mühitin, həyatın varlığı və inkişafı üçün vacib olan şəraiti qoruması, maddələr və enerji mübadiləsi funksiyasının pozulması ilə təzahür edir.

Ətraf mühitin çirklənməsi riskinin aşağı salınmasında əsas vəzifələrdən biri əmtəə istehsalında, xidmətlərdə, texniki sistemlərin istismarında yeni, tullantısız texnoloji proseslərin yaradılıb tətbiq edilməsidir. Bununla yanaşı yaranan ekoloji böhran vəziyyətində insanların dəyişilmiş və çirklənmiş mühitin təsirindən qorunması qarşıda dayanan problemlərdən biridir. Bizim sağlamlığımız tənəffüs etdiyimiz havadan, qidalardan, işləyib yaşadığımız şəraitdən çox asılıdır.

Hava bizim yaşamamız üçün vacib komponentdir. İnsan 5 həftə qidasız, 5 sutka susuz, 5 dəqiqə havasız yaşaya bilər. Buna beşliklərin üçlüyü qanunu deyilir.

İnsanların təsərrüfat fəaliyyətləri nəticəsində hava mühiti müxtəlif maddələrlə çirklənmiş olur:

- Müxtəlif qazlar, bunlar arasında karbon oksid daha çoxdur.

- Karbohidrat və turşu buxarları.

- Metallar, üzvi və qeyri - üzvi mənşəli müxtəlif tozlar.

Zəhərli maddələr, çirklənmiş hava insanların səhhətinə təsir edir ki, bu təsiri biz birdən- birə hiss etmirik. Buna misal olaraq karbon oksidi göstərmək olar. O, iysiz, rəngsiz və dadsız qaz olub yüksək dozalarda ağır nəticələrə gətirib çıxarır. Və ya civə buxarları bilavasitə tənəffüs edəndə hiss olunmasa da, mərkəzi sinir sisteminin və böyrəklərin işini pozur.

Avtomobil vasitələrinin havaya buraxdığı qurğuşun birləşmələri də insan sağlamlığına təsir edir, sinir pozğunluğuna, qanazlığına, yaddaşsızlıq və korluğa səbəb olur. Hava çirklənmələrinin ən ağır formalarından biri də turşulu yağışlardır. Kükürd birləşmələri atmosferdə toplanıb sulfat turşusu yaradır. Buna görə kimyəvi zavodlar, istilik stansiyalarının ətrafında olan rayonlara turşulu yağışlar yağır ki, nəticədə bitki örtüyü məhv olur, yeraltı və yerüstü sular çirklənir.

Mənzillərdə olan hava da insan sağlamlığı üçün az zərər törətmir. Tədqiqatçıların verdiyi məlumata görə mənzillərimizdə olan hava ümumi şəhər havasından 4-6 dəfə çirklidir, 8-10 dəfə toksikdir. Bəs bizim mənzillərimizi nə çirkləndirir?

Əlbəttə ki, qurğuşunlu boyalar, linoleum, sintetik liflərlə olan plastik xalçalar, yuyucu tozlar və s. Amma mənzillərimizdə olan çirkli havanın çox hissəsi müasir mebellərlə əlaqəlidir. Mebellərin ağac-yonğar lövhələrində çoxlu miqdarda yapışdırıcı vasitələrdən istifadə edilir. Bundan başqa polimerlər, boyalar, laklar da havanı toksiki kimyəvi maddələrlə çirkləndirir.

Otaq havasının çirklənməsi birbaşa səhhətimizə təsir etmir. Əvvəlcə özümüzü pis hiss edirik, sonra baş ağrıları, yuxusuzluq, əsəbilik, yorğunluq yaranır.

Gündəlik həyatımızda havada olan toksik maddələrin zərərli təsirini necə zəiflədə bilərik? Bunun üçün bəzi qaydalara əməl etmək lazımdır. Hər şeydən öncə burnunuzla nəfəs almağı öyrənin. Burunun selikli qişasında çoxlu kiprikciklər olduğu üçün nəm şotka kimi zərərli tozların, mikrobların çox hissəsini özündə toplayır. Tez-tez burnunuzu təmizləyin. Avtomagistralların, zavodların yaxınlığında dərindən tənəffüs etməyin.

  

  

H. VƏLİYEV

 

Ədalət.- 2010.- 28 dekabr.- S. 7.