Millətimin qeyrət rəmzi
Qəhrəmanlar qəhrəmanı,
Pəhləvanlar pəhləvanı
Aslanların ər
aslanı,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Öyünməsin Prometey,
Nə Herakl, nə də Antey,
Səsləyirəm: Hey, Hey, Hey!
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər, Mübarizdi.
Rüstəmi Zal, qaldı heyran,
Dedi yoxdur belə insan.
Ən cəngavər, mərd
qəhrəman
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Əli İbn Əbutalib,
Dedi: Gücü məndən
alıb,
Ona görə oldu qalib,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
İmam Hüseyn verdi
qeyrət,
Həzrəti Abbas verdi
cürət,
Ən dəhşətli
mərd şəhadət,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Cavanşir də, Cavidan
da,
Babək kimi qəhrəman da,
Dedi varsa bu dünyada,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi
Şah İsmayıl:
-pirdi, -dedi,
Qoç Koroğlu:
-birdi, -dedi,
Cavad xan da: -şirdi,-dedi,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Mehdi gəldi, Həzi gəldi,
İgidlərin
yüzü gəldi,
Təsdiqlədi,
düzü, dedi,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Düşmənlərin
gözün qıran,
Belin qıran,
dizin qıran,
Neçə-neçə
yüzün qıran,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Hay saldılar
hayastana,
Huy saldılar
huyustana,
Vay saldılar
vayıstana,
Dedilər ki, zəlzələdi.
Aləm uçub vəlvələdi.
Gah dedilər: Tufandı
bu,
Od püskürən
vulkandı bu,
Çatıb axır
zamandı bu,
Məhv edəcək
hayastanı,
Harda varsa xozistanı.
Gah dedilər:
-"Azərbaycan,
Hücum çəkib hər bir yandan".
Gördülər ki,
bircə oğlan,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Düşündülər
biri gəldi,
Yüzlərini məhv
elədi.
Yüzü gəlsə
nə edərdi?
Hər birisi
Mübarizdi.
Mübarizdi,
Mübarizdi.
Bəli bizim hər
birimiz,
Ən qocamız, ən
körpəmiz.
Düşmənlərlə
hər birimiz,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Ürəyində Allah
eşqi,
Vətən eşqi, pənah
eşqi,
Ümid dolu sabah
eşqi,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Fəxr eləsin Azərbaycan,
İbrət alsın hər
bir insan.
Canın verən
elə qurban,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Bu millətin qeyrət rəmzi,
İgidliyin cürət
rəmzi.
Əzəmətin hikmət
rəmzi,
Ər oğlu ər,
Mübarizdi.
Nər oğlu nər,
Mübarizdi.
Mübarizdir!
Mübarizdir! Mübarizdir!
Məmməd Zülfüqar oğlu
Ədalət.- 2010.- 29 dekabr.- S. 7.