Ərkivan həqiqətləri
Masallı rayonunun axar-baxarlı, füsunkar
yerlərindən biri də Ərkivan qəsəbəsidir. 21 iyun
2007-ci il tarixli Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
ziyalılar, alimlər
olan bu kənd
qəsəbə statusunu
almışdır.
Bu məkanın
keçmişi, bu günü və gələcəyinə həsr
olunmuş yeni kitabın- "Ərkivan salnaməsi"nin
(Bakı şəhəri, "Viktori" nəşriyyatı,
2009-cu il, 593 səhifə) müəllifi Abdürrəhman
Qubad oglu Səmədovdur. O, Ərkivanın
Qızılaküçə məhəlləsində, 20 iyun
1936-ci ildə doğulmuşdur. Elmə olan marağı onu Gəncə, indiki Azərbaycan Kənd
Təsərrüfatı Akademiyasına gətirmiş,
1945-1950-ci illərdə baytarlıq ixtisası üzrə
burda təhsil almışdır. 1952-1972-ci illərdə
Masallı Rayon Torpaq şöbəsinin, rayon kənd təsərrüfatı
idarəsinin baytar həkimi, Dövlət Baytarlıq Müfəttişi
vəzifələrində işləmişdir. 1996-cı ildə
Azərbaycanın Əməkdar Baytar Həkimi fəxri
adına, 2003-cü ildə "Qızıl Qələm",
"Əsrin ziyalısı" və "İlin nüfuzlu
ziyalısı" mükafatlarına layiq
görülmüşdür. 2009-cu ildə Respublika
Ağsaqqallar Şurasının qurultayının nümayəndəsi
seçilmişdir. Bu yaxınlarda mən "Ərkivan salnaməsi"ni
yaradan Abdürrəhman Qubad oğlu
Səmədovla öz evində görüşüb, söhbət etdik. O, ensiklopedik biliyə
məxsus bir şəxsdir. Danışır ki, "torpaq
çörəyi ilə, insan əməyi ilə
tanınar" demişlər. Bu torpağın - Ərkivanın
minlərlə əməyi ilə tanınan insanlarından
biri kimi onun salnaməsini yazmaq fikrinə düşdüm.
Budur, artıq kitab araya-ərsəyə gəlib. Kitabın
işıq üzü görməsinə baş sponsorluq edən
Kərbəlayı Qalib Nurulla oğlu Məmmədovun
doğma yerlər üçün bir sıra xeyirxah işlərin
görülməsində payı var. Ərkivanın gözəl
təbii coğrafi şəraiti, arxeoloji, tarixi, memarlıq
abidələri, alimləri, mədəniyyət, incəsənət,
din xadimləri, insanların məşğuliyyəti,
idmançıları doğma Qarabağımız uğrunda döyüşlərdə həlak
olmuş cəsur oğulları,
iş adamları və sənətkarları haqqında
müfəssəl məlumatlar verilmişdir. Ərkivan qəsəbəsi
ərazisində aparılmış arxeoloji qazıntılar
zamanı tapılmış maddi mədəniyyət
qalıqları əsasında burada ən qədim
insanların hələ 20 min il əvvəldən
yaşamağa başlamaları müəyyən
olunmuşdur. Ərkivan tarixi abidələr yurdudur. Burada cox qədim
tarixə malik olan 4-6-cı əsrlərdə tikilən sərkərdələr
məskəni olan Ərkivan qalası, 1253-1334-cü illərdə
Şah İsmayıl Xətainin burada olub, su içdiyi məşhur
ziyarətgah sayılan "Şah Səfi" bulağı
19-cu əsrdə inşa edilən və indi də ibadətgah
sayılan məscid binası (abidəsi), müqəddəs
cəddinin sayəsində möcüzələr sahibi olan
Ağa Seyid Sadıq məqbərəsi yerləşir.
İndi Ərkivanda 13 məhəllə, 3765 ev təsərrüfatı
var. Burada 4 orta, 1 əsas məktəb, bir sağlamlıq mərkəzi
feldşer-mama məntəqəsi, poçt, ATC, uşaq
bağçaları, 2 şadlıq sarayı, 3 yanacaqdoldurma və
1 qazdoldurma məntəqəsi, yüksək gərginlikli
elektrik ötürücüsü, qazpaylayıcı stansiya, 2
kərpic sexi, 5 zürəbişirmə sexi, 37 bulaq və
artezian quyusu, 1 şəkər sexi, 10-a yaxin kollec, mədəniyyət
evi, 4 kitabxana "Türkan" və "Daştvənd"
istirahət mərkəzləri, 3 stadion, 2 idman zalı, 5
tarixi abidə, yerli istehsalla məşğul olan obyekt, 9 məscid
vardır. Hər el, hər oba özünün hörmət-izzət
sahibi kimi tanınan insanları, şəxsiyyətləri ilə
sezilir. Masallı rayonunun, eləcə
də cənub bölgəsindən olan kəndlərin hər
birində neçə-neçə ali təhsilli Nəcəf
alimi olmuşdur. Ərkivan kəndində isə belə alimlərin
sayı 19 nəfəri keçmişdir. Molla Hacı Məhəmmədəli
Axund Məhəmməd oğlu, Molla Ağarza
Axund Molla Fətəli oğlu, Şeyx Bəşir Axund Molla
Hüseynəli oğlu, Seyid Qüdrət Axund Mikayıl
oğlu, Ayətulla Şeyx Fazil Hacı
Bəşir oğlu, Ayətulla Usman Şeyx Hacı Məhəmməd
Fazil Lənkərani, Hacı Molla Əlihəsən Şeyx Bəşir
oğlu ...
Bəli, Ərkivan
yüksək ruhani təhsilə malik din xadimlərinin yurdu,
respublika və dünya şöhrətli alimlər,
ziyalılar məskənidir. Burada ruhaniyyətin ən yüksək
zirvəsini fəth edən 5 nəfər müctəhid və
20 nəfərə yaxın, 25-30 il ruhani təhsilli Nəcəfil
Əşrəf alimləri olmuşdur. Deyilənlərə
görə, 19-cu əsrin sonlarında qəsəbədə
yalnız bir nəfər Mirzə olmuşdur.
20-ci əsrin birinci
onilliyində isə qəsəbənin Göllü məhəlləsindən
Abasəli Baxış oğlu və Həsənküzədən
Qurbanəli Əliməmməd oğlu kənddə ana dilində
məktəb açmağa cəhd etmişlər.
1920-ci ildə Əkbərxan
Talışinskinin yaxından köməyi ilə Ərkivan kəndində
ilk ibtidai məktəb açılmış, o zaman kənddə
ictimai bina olmadığından ilk dəfə Abbaslı məhəlləsində,
Molla Səfər İbrahim oğlunun
evində fəaliyyətə başlamış və türk əlifbası ilə
keçirilmişdir. Tibb elmləri doktoru, professor Əvəz
Cəbiyev, geologiya-minerologiya elmləri doktoru, professor Bağır Bağırov,
tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, kənd
təsərrüfatı elmləri doktoru Bədrəddin Həsənov,
tibb elmləri doktoru Məhərrəməli Niftullayev,
fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət
Universitetinin professoru Sabir Mirzəyev, coğrafiya elmləri
doktoru, Bakı Dövlət Universitetinin dossenti Nadir Məmmədov,
fizika-riyaziyyat elmləri doktoru, Rasim Cabbarov, texnika elmləri
doktoru Ədalət Cəbiyev, filologiya elmləri doktoru tənqidçi
Vaqif Yusifli və onlarca başqaları məhz Ərkivan alimləridir.
"Qızıl Qələm"
mükafatı laureatı, Azərbaycan və Rusiya Jurnalistlər
İttifaqının üzvü Əlihüseyn
Şükürov kitabın 99-103-cü səhifələrində
Rusiyada məşhur olan qəsəbə sakinləri ilə
tanış edir.
Masallı rayon mərkəzi
kitabxanasına keçirilən kitabın təqdimat mərasimini
giriş sözü ilə "Yeni Həyat" rayon qəzetinin
redaktoru, "Tərəqqi" medallı Əyyub Mehdiyev
açmışdır. "Ərkivan Salnaməsi"
haqqinda professor Əsədulla Cəfərov, "Azərbaycan"
jurnalı baş redaktorunun müavini Vaqif Yusifli, Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü Məmmədhüseyn Həsənov,
Əməkdar mədəniyyət işçisi, əslən
Ərkivanlı Maarif Teymur, din xadimi Hacı Əlihəsən,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Şirvan Əbilov, Yeni Azərbaycan Partiyası
Masallı rayon şöbəsinin məsul işçisi Ələşrəf
Niftiyev, rayon ağsaqqallar şurasının sədri
Cavanşir Əsədov və başqaları
danışmışlar.
"Ərkivan salnaməsi" sözün həqiqi mənasında
böyük əziyyətlə başa gəlmiş monumental
kitabdır. Yeni kitabın redaktoru Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, "Qızıl Qələm" media
mükafatı laureatı Həsənağa
Əliyevdir. Nəfis tərtibatla, beş yüz ədəd
tirajla çap olunan salnamə geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuşdur.
Əlihüseyn Şükürov
Ədalət.- 2010.- 30 dekabr.- S. 7.