APARIR
Su üzündə üzən yarpaq,
Səni bir güman
aparır.
Uça-uça
düşən yarpaq,
Hər şeyi
zaman aparır!
Nə var o getdiyin yerdə,
Yarpaq olarasanmı bir də!
Doğrayır qolumu
gürzə,
Əllərimi qan
aparır!
Nə var zamandan o yana,
Nə var məkandan o yana,
Qalın dumandan
o yana,
Məni o yaman aparır!
Hər şey nisbi, hər
şey kölgə,
Var olanlar yoxdur bəlkə?!
Bir taleyi neçə
döngə,
Sularda saman aparır!
AYRILAQ
Payız alıb
dağı-düzü,
Saralıb
astarı-üzü,
Könlümün bu sevən
gözü,
Kül edib ocaqda
közü,
Bu söhbətdən biz
ayrılaq!
Ulduzları görəmmədik,
İşığına
bələnmədik,
Sevildik, ya sevəmmədik,
Qiymətini biləmmədik,
Səadətdən biz
ayrılaq!
Dolu döymüş
ağac kimi,
Qurumuş qarağac
kimi,
Təndirindən qaxac
kimi,
Həm doymuş, həm
də ac kimi,
Məhəbbətdən
biz ayrılaq!
Nisgili az xiffət elə,
Nə dərd, nə də
möhnət elə,
Ürəyini göynət
elə,
Sevdiyinə nifrət elə,
Bu nifrətdən biz
ayrılaq!
HƏR GÜN BİR QARIŞ
Hər gün bir
qarış böyüdüm,
Özüm içimdə-içimdə
Özüm elə yerdə
idim,
Gözüm içimdə-içimdə!..
Nə əvvəli, nə
də sonu,
Damar qaçır, damar
hanı,
Qaldırammır
damcı qanı,
Dözüm içimdə-içimdə!..
Əyilən kölgəni
yıxır,
Qaranlıq qəlbimi
sıxır,
Gecə
düşür, yoxa çıxır,
İzim içimdə-içimdə!..
Gözümdən
yuxular enir,
Gümüşü
sularda sönür,
Susduqca qızıla
dönür,
Sözüm içimdə-içimdə!..
Xəqani AYXAN
Ədalət.- 2010.- 30 dekabr.- S. 7.