KOSMİK UÇUŞLARIN
EKOLOJİ FƏSADLARI
Bəşəriyyət yarandığı
gündən ətraf
mühiti çirklənməyə
məruz qoymuşdur. Qədim zamanlardan bu günəcən davam edən flora və faunanın
tədricən deqradasiyaya
uğraması prosesi insanların təbiətə
laqeyd münasibətlərindən
irəli gəlmişdir.
Alman alimi, bioloq Ernest Hekkel
1886-cı ildə müasir
elmin başlıca istiqamətlərindən olan
"ekologiya" terminini
irəli sürmüşdür.
Hekkel uzaqgörənliyi sayəsində
bilirdi ki, elmi-texniki tərəqqi dövrü gələcək
və həmin zamandan etibarən ekoloji amillərə təsir
edən tullantılar çoxalacaqdır. Eyni zamanda insanlar tərəfindən
də təbiətin flora və faunasının taleyi
ağır itkilərə məruz qalacaqdır. Həmçinin ekoloji soyqırımlar və
ekoloji repressiyaların baş verməsi labüddür. İllər
boyu fabriklərin, zavodların və kimya sənaye müəsissələrinin istehsal
tullantılarının təkrar emal edilməməsi,
tullantısız texnologiyaların tətbiq olunmaması ekoloji
çirklənmələrə gətirib
cıxarmışdır. Bunun nəticəsi olaraq çaylara
zəhərli və turşulu maddələrin
axıdılması, dənizlərin ekoloji çirklənmələri
özünü göstərmişdir.
Acınacaqlı hal odur ki, hazırda okeanların zəhərlənmə
həddi öz məcrasından çıxmağa
başlamışdır. Son illər iqlim dəyişmələri
təbii fəlakətlərin tuğyan etməsini bir az da
şiddətləndirmişdir. İqlim dəyişmələri
digər tərəfdən qlobal istilərin baş verməsində
öz təsirini göstərir. İsti qitələrdə isə
əksinə, soyuq hava şəraiti müşahidə edilir.
Göründüyü kimi artıq təbiət istənilən
an aqressiv dəyişikliyə məhkum
olunur.
1941-45 ci illər
müharibəsi zamanı ətraf mühitə dəyən zərərləri
nəzərə alsaq Yer üzündə aparılan
müharibələrdə törədilən
partlayışlar və istifadə edilən bioloji və kimyəvi
silahların sınaqları ətraf mühitin ekoloji amillərinə
vurduğu zərbələr iki dəfə cox təbiətin
ekoloji çirklənməsinə səbəb olmuşdur.
(Görəsən təbiətin
bu qədər aqressiv dəyişməsini başa
düşürükmü?)
Bəs elə isə,
kimdir günahkar?
Nəinki yalnız məskunlaşdığımız ərazilərdə
ekoloji çirklənmə mövcuddur. Təəssüf ki,
eyni zamanda bizdən qat-qat uzaqda duran səma cisimlərinin ətrafında
daha cox kosmik peyklərin Yerətrafı orbitə
uçuşları kosmik zibilliklər yaradır. Əlbəttə
ekoloji amillərə hörmətlə yanaşmaq, onları nəzarətdə
saxlamaq vacibdir. Məlumdur ki, respublikamızda kosmik
uçuşlar mövcud deyildir. Lakin ərazisindən
asılı olmayaraq hər zaman kosmik uçuşlar
başlananda Yerətrafı orbitdə özünün neqativ
təsirindən yan kecə bilmir. Təbiətin öz məcrasından
cıxmasının əsas səbəblərindən biri də
məhz kortəbii kosmonavtika elminin inkişafında ekoloji
amillərin nəzarətdən kənarda qalmasıdır.
Sitat:1961-ci ildə
elmi-texniki tərəqqilərə nail olan sovetlər birliyi
ilk kosmik uçuşlara başladı. Həmin ildən Yerətrafı
orbitdən zəhərli maddələrin ətraf mühitə
yayılmasına səbəb məhz raket daşıyıcısı
olan "Proton"da uçuş zamanı istifadə edilən 218 ton 978
kq toksiki yanacaqdır. Bu yanacaq heptil hava qatının zəhərlənməsinə
səbəb olub. Yüz tonlarla zəhərli maddə heç
də nadir hallarda işlədilmir. Belə ki, səmaya ucan raket
daşıyıcısı hava qatının zəhərlənməsində
mühüm ekoloji çirklənmələrə malikdir. Hər
dəfə Baykanurdan uçan zaman raketdən buraxılan
yanacaq və qırıntılar göydə neçə
kilometrlərlə ətrafa yayılır. Həmin vaxt heptil
yanacağı hava təbəqəsinə yayılaraq təbiətdə
antropagen fəaliyyətə ciddi təsir göstərir; qanda
zəhərlənmə, böyrək və əsəb xəstəliklərinin
yaranmasına səbəb olur. Eyni zamanda heptilin torpağa
hopması nəticəsində yüz milyon hektar sahə
yararsız vəziyyətə düşür ki, torpaqda zəhərlənmə
və erroziyalaşmaya gətirib cıxarır. Bunun nəticəsi
olaraq bu günə kimi hələ də həmin zəhərlənmələrin
və münbit torpaqların yararsız hala düşməsi
davam edir. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına əsasən "Heptil" yanacağı bir
nömrəli zəhərli maddə olaraq qəbul edilmişdir.
Cüzi dozası insanlarda ağır zəhərlənmə
və digər mənşəyi bilinməyən xəstəliklər
yaradır. Yer ətrafında fırlanan sputnik və raketlər
daimi fəaliyyət göstərmir. Onlar öz iş müddətini
başa vurmaqla yanaşı, işlək peyklərə təhlükə
yaradır. Çünki Yerətrafı orbitdə uçan kosmik obyektlər bir-biri ilə
toqquşma təhlükəsi yaşayır. Əgər
toqquşma baş verərsə onda bərk hava qatının
yanma və yaxud yanmamasına zəmanət verilməsi
müşkül məsələdir.
Bu hadisələrdə kim məsuliyyət
daşıyır?
Astronavtlar Yerətrafı
orbitdə olarkən kosmik çirklənmələri öz
gözlərilə görməsi belə deməyə əsas
verir ki, bəşəriyyətin məhvolma təhlükəsi
cox da uzaqda deyil. Onlar sanki Yerətrafı orbitə atılan tullantılarla rastlaşdıqca
hansısa manevrlərin aparılması və "Arian"
kosmik güllə parcaları, eyni zamanda arxa tərəfində
dayanmış "Planetlərarası Aysberqə" bənzədilən
tullantılarla rastlaşmalarını xatırlayırlar.
Pilotlar gördüklərini bir növ cəfəngiyyat kimi qəbul
etsələr də, gözləri ilə canlı şahidi
olduqları kosmik ekoloji fəsadların hər an baş verə
biləcəyi reallıqlarını təsdiq edirlər.
Kosmik fəzada asteroid və kometanın olması bir o qədər
də təhlükə doğurmur, nəinki Yerətrafı
orbitdə "dəmir" qırıntılarının təhlükəli
hal alması. Bunlarla yanaşı, kosmik cirklənmələr
yaradan kosmik aparatlar istifadə müddətini başa vursalar
da ekoloji təhlükə mənbəyi olaraq qalırlar. Lakin
bu təhlükələrin qarşısını almaqda məsuliyyəti heç bir dövlət
öz üzərinə götürmək istəmir. Artıq
qeyd etdiyimiz kimi, biosfer yarandığı gündən təhlükələrlə
qarşı-qarşıya dayanmaqdadır. Apardığımız
araşdırmalardan məlum olmuşdur ki, planetin zavallı bəşəriyyətə
çevrilməsi təbiətə laqeyd münasibətdən
doğur. Bir tərəfdən elmin
inkişaf etməsi nə qədər labüddürsə, digər
tərəfdən sürətlə
inkişaf edən kosmik elmi-texniki tərəqqinin təsir dairəsi
ciddi təhlükələr yaradır. Yenə də
zavallı bəşəriyyətin sağlam təbii ətraf
mühiti unudularaq kosmik tullantılarla çirkləndirilir.
Amma elm fədailəri öncə ekoloji düşüncə
mədəniyyətini irəli çəkib məhz bu
qovuşuqda elmin inkişafına nail olmalıdırlar. Yer
üzündə inkişaf etmiş dövlətlər bir-biri
ilə döyüşdüyü kimi elmləri də
qarşı-qarşıya qoymaqdan əl çəkmək istəmirlər.
Eləcə də, iqlim dəyişmələri və qlobal
istiləşmənin vüsət alması. Təbiətin
aqressiv dəyişməsinin səbəbləri ilk növbədə
elmdə aparılan inkişafın irəliləməsindən
olub əks təsirini göstərməsidir. Məlum məsələdir
ki, təbii qasırğalar nadir hallarda baş verir. Əsrlər
boyu isti qitə kimi tanınan Afrikada iqlimin dəyişdirilməsi
nəticəsində qar yağması kimi hadisə təəccübə
səbəb olub. Şimal hissələrdə istiləşmənin
baş verməsilə aysberqlərin yaranması, təhlükələr doğurmaqla
yanaşı sel-suların daşması ilə də nəticələnir.
Bu zaman baş verə biləcək qasırğalar
özünü göstərir. Əldə
edilən tektonik silahlara sahib çıxılması nəticəsində
yeraltı çatlarda zəlzələ ocaqlarının fəaliyyəti
zamanı zəlzələlərin baş verməsinə səbəb
məhz (seysmoekoloji amillərə neqativ təsiri) ekosistemin dəyişməsidir.
Polad dirəklər üzərində qurulsa da, elmdə
aparılan birtərəfli inkişaf planeti daim təhlükə
doğuran təlatümlər içində yaşadır.
Maqnit sahələrinin çoxalması insan sağlamlığına məlum olmayan
xəstəliklər gətirir, üstəlik bioloji müxtəlifliyə
də öz təsirini göstərir. Artıq planetin öz məcrasından
çıxması təsadüfi
hal kimi qəbul edilə bilməz. Yeri gəlmişkən,
inkişaf etmiş dövlətlərin Yerətrafı orbitdən
geniş istifadə etməsi günün vacib məsələsi
kimi aktualdır və onu danmaq mümkün deyildir. Həmin
dövlətlər Yerətrafı orbitdən geniş istifadə
etməklə kosmik tullantıları zibilliklərə çevirir. Lakin məsuliyyəti
üzərlərinə götürmək istəmirlər.
Kosmosda quraşdırılan peyklər və sputnik
qurğularından yaranan maqnitli sahələr iti surətlə
fəallaşır. Maqnitli sahələrin Yerətrafı
orbitdə yayılması baş verərsə kosmosda olan
enerji daşıyıcıları, hətta mobil telefonlar vasitəsilə
şüalanmanı yerə
ötürməklə qlobal partlayış yaradacaq. Maqnit sahəsinin
partlayış verməsi isə planetin dəyişməsinə
səbəb olacaqdır. İyirminci əsrin 90-cı illərindən
sovetlər birliyinin kosmik uçuşları
dayandırılsa da, sivil dövlətlər kosmik elmi-texniki tərəqqinin
surətli inkişafını davam etdirirlər. Elmin yüksək
inkişaf etməsi maraqlı məqamlar doğurur: necə
olur ki, kosmonavtika elmi inkişaf edib ekoloji çirkləndirmələr
yaratsın, amma ekoloji texnologiyaların yoxluğu və peyklərin,
gəmilərin istifadə müddəti bitdikdən sonra onlar
Yerətrafı orbitdən Yerə endirilməsin. Belə olan
halda bir elmin inkişaf etməsinin mümkünlüyü, digər
elmin isə yoxluğu təəccüb doğurmaya bilməz.
Bəs zavallı Bəşəriyyəti
kim qorumalıdır? Bu sual indi birmənalı şəkildə
haqlı olaraq hamını dərindən
düşündürür.
Sitat: Alman alimi astranom
Mixaelya Osvaldonun proqnozuna görə hal-hazırda insan əlləri
ilə yer ətrafı orbitdə 330 miliyon (təəccüblüdür deyilmi?) obyekt
quraşdırılmışdır. Bu cür obyektlərin
çoxluğu qənaətinə gəlincə atılan
tullantıları hesablasaq yer ətrafı orbitdə kosmik
çirklənmələrin həcmi daha çox təşkil
etdiyini görəcəyik. Çoxluq təşkil edən
kosmik tullantılar daimə çirkləndirmə və təhlükə
yaradan detallardan ibarətdir. Onlardan atılmış sputnik,
yanmış raketin mühərriki, itirilmiş alətlər,
kalpaklar və kalpacıklar, kilitlər,
bərkidilmələrdə istifadə edilən elementlər,
dəmir pazlar, bolt və borular, bərk yanacaqla işləyən
mühərriklər və raketlər vardır. Həmin
tullantıların bir-biri ilə yaxınlıq məsafələri
bir santimetr olub, hər an təhlükə
doğura biləcəkdir. Bunların bir-biri ilə toqquşma
zamanı elektromexaniki reaksiya verməsi sputnikdə istifadə
edilən akkumlyatorların partlayış verməsi ilə nəticələnməsidir.
Bu zaman fəzada ekoloji çirklənməyə səbəb
olan ağır itkilər ortaya çıxacaqdır. Bununla,
sonu olmayan partlayışlar, hətta Yerətrafı orbitdə
uçan sputniklərin partlayışı gözlənilməz
yanacaq çəlləklərinə də təsirini göstərəcəkdir.
Nəticə etibarı ilə kosmik ekoloji fəsadlar bəşəriyyətin
fırlanan şarına ciddi müqavimət göstərəcəkdir.
Həmçinin neçə min kilometr yerdən uzaqlarda
giostasyonar orbit qurğularına (36 min radiusunda) öz təsirini
əsirgəməyəcək. Eyni zamanda idarəetmə gəmiləri
özü ilə bərabər yerdə istifadə edilən
süni sputniklərə də sərt təsirini göstərməkdə
davam edəcəkdir. Amerika Birləşmiş
Ştatlarının Radiolokasiya Stansiyasının
müşahidə aparması nəticəsində onbir min
obyektin kosmik tullantıları təsdiq edilmişdir.
Aşağı-Yerətrafına yaxın hissələrdə
daha çox 10 santmetrlik dayanacaqlı orbitdə obyekt ətrafında
bir metrə yaxın kosmik detal qırıntılarını
görməmək mümkün deyildir.
Şimali Amerika Antikosmik Müdafiə Qərargahın
kataloq jurnalı bildirir ki, bizə məlum olan kosmik fəzada
obyektlərdən atılan tullantılar
ekoloji çirklənmə kateqoriyasına daxil edilmişdir.
Yerətrafı orbitdə mövcud
olan iri obyektlər bir-biri ilə toqquşarsa həmin vaxt
qalın detallardan olsa da belə təhlükəsizliyinin
təmin edilməsi mümkün deyildir. Səbəbi isə
odur ki, qırıntılar kosmosda iyirmi dəfə tez uçurlar. Atılan
qırıntılar kosmik gəmi ücün təhlükə
doğurur. Bu tullantılar kosmik fəzada 600 min növə
yaxın olub, qarşısını almaq
mümkünsüzdür. Həmin tullantılar
ölçüsündən və çəkisindən asılı olmayaraq kosmik gəminin
divarlarını çox asanlıqla deşə bilirlər. Əgər
bunlar saniyədə 10 kilometr surətlə irəliləyərsə,
həmin vaxt gəminin yuxarı hissəsi enerji daşıyıcısı olduğu
ücün əl qumbarası kimi partlamağa səbəb
olacaqdır. Beləliklə, göründüyü kimi kosmonovotikanın inkişafı hec də
bizə yalnız xoş gələcək vəd etmir.
Antropoloji faktor olaraq Yerətrafı fəzada istifadə edilən
obyektlər, planetin özündəki tullantı mənbələrindən
qat-qat artıq dərəcədə çirkləndirici maddələrlə
ətraf mühitə neqativ təsir göstərir ki, bunun da
acı nəticələrini biz görməsək də gələcək
nəsil görəcəkdir.
YUSUF DİRİLİ,
TEYMUR KƏSƏMƏNLİ
Ədalət.- 2010.- 22 dekabr.- S. 6.