ƏN AĞIR ZƏRBƏ...

 

Düşmən daha çox tariximizi məhv etməyə çalışır

 

Artıq ermənilərin Azərbaycana qarşı torpaq iddiasının rəsmi yaşı 22 ilə çatır. 1988-ci ilin fevral ayından başlanan həmin iddialar 22 ildi bütün dünyanın gözü qarşısında baş verir və bütün dünya da bu 22 ildə ağzına su alıb erməniləri müşahidə edir. ən yaxşı halda isə hardasa bir barmaq kağızla özlərini, etirazlarını nümayiş etdirmək adı altında heç erməninin tükünü də tərpətməyən bəyanatlar verir. bütün bunlar isə sabun köpüyü kimi öz-özünə əriyib gedir. həmin bu öz-özünə baş verən prosesin içərisində erməni iddiallarının da ömrü uzanır.

 

Bu gün artıq dünyanın demək olar ki, bütün dövlətlərində və xüsusi ilə həmin dövlətlərin rəhbərliyində erməni iddialarından, erməni işğallarından xəbərdardırlar. Üstəlik Xocalı, Qaradağlı faciələrindən, əsirlikdə zülümlər çəkin qadın və uşaqlarımızın müsibətlərindən dünya demək olar ki, müxtəlif vasitələrlə xəbərdar edilibdi. Verilən şəhidlər, axıdılan qanlar, hətta atəşkəsin imzalanmasına baxmayaraq, bu gün də sinaper güllələrinə tuş gələn, mina partlayışlarının qurbanı olan insanların da həyat faciləri, nakam ömürləri indii heç kimə sirr deyil.

Bütün bunlara baxmayaraq, arxasında dayanan güclərin hesabına balaca bir Ermənistan böyük dünyaya, xüsusi ilə türk-müsəlman aləminə meydan oxuyur və biz də ermənilərin hələ ki, bütün bu həyasızlıqlarına dözür və problemi sülh yolu ilə çözüləcəyinə ümid bağlayırıq. Amma son hadisələr göstərir ki, artıq sülhün seçim olaraq qəbul edilməsi müddəti dalana dirənib. Artıq irəliləyə sülhə ümid bağlayıb, addım atmağa yer qalmayıb. Hətta iki gün öncə Azərbaycan Müdafiə Nazirliyinin sərt rəsmi bəyanatı da bizim dediklərimizin əyani təsdiqidir.

Təbii ki, biz torpaqlarımızın 20 fizdən artığının işğal edildiyini, saysız-hesabsız qaçqınlarımızın, köçkünlərimizin problemini dünyanın diqqətinə çatdıranda, onlardan maddi yardım almaq niyyətində olmamışıq və bu gün də o niyyətdə deyilik. Sadəcə biz həqiqətin tanınıb qəbul edilməsinə və dünyanın ədalətin tərəfində olmasına ümid bağlamışıq. Təəssüf ki, bu itkilər, bu yurdsuz-yuvasız insanların faciəsi beynəlxalq Aləmi qətiyyət göstərməyə, işğalçını öz yerində oturtmağa hələ ki, təhrik edə bilməyib. Böyük güclər yalnız özlərinə aid, özlərinin marağında olan problemlərin həlli üçün təpkilər göstərməkdədir. Bunun özü də Qarabağ probleminə, Cənubi Qafqazdakı bu qaynar töktəyə laqeyidliyin bir göstəricisidir.

Biz işğal olunmuş torpaqlarımızın fonunda həm də böyük bir tarixi, maddi və mənvi sərvətlərin düşmənin məhv etməsinə nail olduğuna dünyanın diqqətini çəkmək üçün də xeyli cəhdlər etmişik və bu gün də həmin cəhdləri göstərməkdəyik. Əgər diqqət yetirsək görərik ki, işğal altında qalan ərazilərdə tariximizi özündə yaşadan 22 tarixdiyarşünaslıq muzeyi də qalıbdı. O muzeylər təkcə hansısa bir bina, hansısa bir tikinti deyildi. O həm Azərbaycan tarixinin həmin coğrafi ərazi üçün danışan dili, göstərən güzcüsü idi. təsəvvür edin ki, Şuşanın, Füzulinin, Ağdamın, Kəlbəcərin, Laçının, eləcə digər işğıl olunmuş rayonlarımızın tarixdiyarşünaslıq muzeyində həmin rayonun, həmin bölgənin bütöv bir tarixi tlplanmışdı. Burada həm yazılı, həm maddi mədəniyyət nümunələri qorunub saxlanırdı. Bu gün o muzeylərin hamısı ya tamamilə məhv edilib, ya da yararsız bir hala gətirilibdi.

Ekspertlərin hesablamalarına görə işğal altında qalan 22 muzeydə 40-mindən çox tarixi ekspanat talanı, onların bir çoxu ya erməniləşdirilib, ya da xırda restovrasiya ilə yeni erməni abidələri, mədəniyyət nümunələri kimi təqdim edilibdi. Yəni Azərbaycan abidələri, Azərbaycan mədəniyyətinin nümunələri indi dünyaya ermənilərin təqdimatında, erməni tarixinin göstəricisi kimi tandılmaqdadır. Təəssüf ki, bu cür hallar son illər daha tez-tez baş verir. doğrudur, Azərbaycanın əlaqədar təşkilatları, dövlət qurumları bu məsələlərlə bağlı ardıcıl iş aparır, bəyanatlar verir, məsələnin mahiyyətinin açıb göstərir, ancaq bütün bunlar erməniləri öz iyrənc əməllərindən çəkinməyə, bu qeyri-qanuni hərəkətlərə son qoymağa məcbur edə bilmir. Çünki torpaqlarımız və onun üzərində olan bütün maddi-mənəvi sərvətlərimiz hələ ki, işğal altındadı. İşğilçı da ondan öz istəyinə uyğun, öz bildiyi kimi istifadəni davam etdirir.

 

Bu günlərdə Söz Azadlığının Müdafiə Fondu QHT-lərlə birlikdə işğal altında qalan muzeylərimizin taleyi ilə bağlı toplantı keçiribdi. Fondun sədri şair Mussa Yaqub məsələnin ciddiliyini təkrar-təkrar iştirakçıların diqqətinə çatdırıbdı. Bütün bunlar bir xidmət, bir görülən iş kimi dəyərli olsa da, amma tariximizə vurulan zərbələri bu toplantılarla dayandırmaq mümkün deyil. yalnız işğala son qoymaq, düşməni həmin ərazilərdən qovub çıxartmaqla biz dağıdılan tarximizi yenidən bərpa edə bilərik. Deməli, bütün hallarda son söz Ali Baş Komandının və Azərbaycan ordusunundur!..

  

   

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 22 dekabr.- S. 2.