İnsan hüquq və azadlıqları haqqında söz
Müasir dünyada insan hüquq və azadlıqları probleminin beynəlxalq aspektləri olduqca əhəmiyyətlidir. Bütün bəşər
tarixində bu məslə aktual olsada yalnız XX əsrdə insan hüquq və azadlıqları əsas dəyər kimi tanınaraq beynəlxalq səviyyədə müzakirə
olunmağa başlanmışdır.
İinci dünya müharibəsindən sonra
isə insan resursunun dəyəri daha da artmağa
başlamışdır.
Avropada mövcud olan
insan hüquqlarının müdafiəsi mexanizminin
əsasını "İnsan hüquqlarının və
əsas azadlıqlarının müdafiəsi haqqında"
1950-ci il tarixli Konvensiya təşkil edir. Bu sənədin insan
hüquqlarının qorunmasına dair beynəlxalq
standartların bərqərar olunması istiqamətində
müstəsna rolu olmuşdur.
Azərbaycan
vətəndaşlarının hüquq və
azadlıqlarının qorunmasına ölkə
Konstitusiyası tam təminat verir. Bu məsələ
hazırda bütün
dövlətlərin diqqət
mərkəzində olan
məsələdir. İkinci
Dünya Müharibəsindən
sonra insan hüquqları ilə bağlı BMT səviyyəsində
vahid sənəd müzairə olunub və 1948-ci ildə İnsan Hüquqları Bəyannaməsi qəbul edilib. Bu, insan hüquqları ilə bağlı universal sənəddir. Demokratik ölkələrin
əksəriyyəti qəbul
etdikləri qanunlarda bu sənədin müddəalarını öz
konstitusiyalarında əks
etdiriblər. İnsan
hüquqları ilə
əlaqədar Azərbaycanın
Konstitusiyasında və
qanunlarında da mühüm müddəalar
var. Prezident Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından
sonra ölkəmizin qanunlarının qəbulu
prosesində insan hüquqlarının təmin
olunmasına doğru ciddi addımlar atılıb, mühüm
dövlət islahatları
həyata keçirilib.
Eyni zamanda, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları tam şəkildə bərqərar
olub. Təsadüfi deyil ki, Konstitusiyanın
müddəalarının böyük
hissəsi insan hüquqlarına aiddir"
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması
istiqamətində Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ciddi addımlar atılır. Eyni zamanda, ölkəmiz
müvafiq beynəlxalq
Konvensiyalara da qoşulub. Bu gün Azərbaycan vətəndaşları Bəyannamədə
göstərilən müddəlarla
təmin edilib.
Magist təhsilini
başa vurmuş gənc tədqiqatçı kimi bu
sahədə uzun müddətli araşdırma apardım. Öz tədqiqat işimə, təbii ki, bir çox
dərsliklərdən, monoqrafiyalardan
başladım. Bəzi
ədəbiyyatlar məni
tam qane etməsə də, kifayət qədər məntiqli, bu sahəni özündə
tam əks etdirən kitablara da rast gəldim.
Bunların arasında Hikmət
Babaoğlunun müəllifi
olduğu "İnsan
hüquq və azadlıqları" (Tarixi
təkamülü, beynəlxalq
və politoloji aspektləri, Azərbaycan təcrübəsi) monoqrafiyası
sözün əsl mənasında təkcə
bu sahədə tədqiqat aparan magistr və aspirantlar üçün
yox, eyni zamanda geniş oxucu auditoriyası üçün də mühüm əhəmiyyətə maikdir.
Bu kitabda insan hüquq
və azadlıqlarının təşəkkülü,
tarixi təkamülü, müasir dünyada insan
hüquqları problemləri, onların beynəlxalq-hüquqi
aspektləri təhlil olunmuşdur. Bu
kitab bir sıra yenilikləri ilə də seçilir. Məhz ilk dəfə bu kitabda Azərbaycanda
insan hüquq və azadlıqları məsələlərinin kompleks
araşdırılmasına cəhd edilmiş, ciddi nəticələr əldə edilmişdir.
Monoqrafiyada öyrənilən
məsələlər nəticə etibarı ilə
Azərbaycan Respublikasında baş verən demokratik
proseslərin, insan hüquq və azadlıqlarının
təmin edilməsi konteksində, daha ətraflı başa
düşülməsinə imkan verir.
Gündəlik
həyatda hər bir insan müəyyən sosial rolu yerinə
yetirir. Həmin rollar məcmu
halında şəxsiyətin
sosial statusunu müəyyən edir. Şəxsiyyətin sosial
statusunu özü artıq onun fərdi siyasi mövcudluğunun əsaslarını
şərtləndirir və
hətta, əgər hər hansı bir şəxs özünü siyasətdən
kənar hesab etmiş olsa da, o, bu
və ya başqa bir səviyyədə siyasi münasibətlərə cəlb
olunmuş olur. Məhz bu kitabda
bu və ya digər problemlərin
üzərindəə ciddi
araşdırmalar aparılmış,
təhlillər edilmişdir.
Kitabın ikinci fəsli
isə aktuallığı baxımından çox
mühüm əhəmiyyətə malikdir. Bu fəsildə demokratikləşmə şəraitində
insan və vətəndaşın hüquq
və azadlıqlarının
təmin edilməsi mexanizmlərinin təhlilinə
geniş yer verilmişdir. Bu hissədə bir sıra vacib, zəruri suallara aydınlıq gətirilmiş,
yuxarıda qeyd etdiyim kimi ilk
dəfə olaraq Azərbaycanda insan hüquq və azadlıqları məsələlərinin
kompleks araşdırılmasına
cddi cəhdlər
edilmişdir.
Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
konstitusion əsasları, insan hüquq və
azadlıqlarının təmin edilməsi siyasətinin əsas
istiqamətləri, Azərbaycan cəmiyyətinin
demokratikləşməsi şəraitində ombudsman
təsisatının təşəkkülü
xüsusiyyətlərini geniş şərh edən
müəllif bu istiqamətdə çox ciddi uğurlar
əldə etmiş, müxtəlif suallara aydınlıq
gətirməyə müvəffəq olmuşdur.
Müasir dünyada insan
hüquqları millətlərin mədəniyyətinin
ayrılmaz hissəsinə çevrilərək
bəşəriyyətin mənəvi-hüquqi və siyasi
ideallarının ali təzahürüdür. Bu gün insan
hüquqlarını qorumaq və onlara hörmət etmək
yalnız hər bir ölkənin daxili işi deyil, ümumi qayğı
və məsuliyyət predmeti kimi qəbul olunur.
İnsan hüquq və
azadlıqlarının gözlənilməsi müasir,
qloballaşan dünyada mədəniyyət göstəricisi,
təfəkkür və idrak tərzi hesab olunujr. Bəşər sivilizasiyasının
indiki səviyyələrə
gəlib çatmasında
bu tip əxlaq,
mənəviyat və
sosial davranış münasibətlərinin həlledici
rolu olmuşdur. Hikmət Babaoğlunun sözügedən
kitabı son dərəcə ciddi bu həyat sferaı
üzrə insanlarımızda
adekvat şüurun formalaşması, içtimai
süurdakı müəyyən
lakunaların doldurulması
və müəyyən
hüquqi nihilizmin aradan qaldırılması
baxımından son illərdə meydana gəlmiş ədəbiyyatın
içərisində
məxsusi yer tutur.
Səbuhi Abbas
Ədalət.- 2010.- 19 fevral.- S. 7.