UĞURLU BAŞLANĞIC

 

Ramin Məmmədovun kitabları barəsində düşüncələr

 

Hər bir qələm adamı yazır yazsın (onun həcminin əhatə dairəsinin ölçülərindən asılı olmayaraq), sənət əsəridi. Çünki oraya yaradıcı insanın təkcə fiziki əməyi deyil, həm duyğusu, düşüncəsi, eləcə arzuları hopur sonda bu əsər bir insanın, daha doğrusu müəllifinin övladı kimi dünyaya gəlir. Doğrudur, bəzən statistik yazılar yaxud xronologiya da kitab halında oxucuya, ictimaiyyətə təqdim edilir, amma bunların özü hər halda insan düşüncəsinin fiziki gücünün məhsuludur. Deməli, qələmlə vərəq baş-başa gələndə, yaradıcı insanın, o qələmin sahibinin istəkləri gerçəkləşəndə artıq oxucu üçün yeni bir dünya yaranır o dünya da öz oxucusunu tapanda təbii ki, qarşılıqlı surətdə bir-birini kəşf etmiş olur.

Yaxın günlərin söhbətidi. Bir zamanlar redaksiyamıza tez-tez baş çəkən dostlardan biri təqaüdə çıxandan sonra bizimlə əməkdaşlığı, görüşləri bir balaca seyrəlmişdi. Sən demə, bu özünə çəkilmənin, bu seyrək görüşmənin özünəməxsus səbəbi var imiş. Elə o səbəbə görə haqqında danışdığımız bu yazı ortaya çıxdı.

Ramin Məmmədov yaradıcılığa fəhləlikdən gəlib. Onun tərcümeyi-halında göstərilir ki, 1957-ci ildə Qəbələdə dünyaya gəlib. Sonra yaşıdları kimi orta təhsilini başa vurub, çilingər peşəsinə yiyələnib. Keçmiş sovet ordusunda xidmət edib xidmətdən sonra da taleyini Rusiya ilə bağlayıb. Elə orada da ali təhsil alıb. Svetlovski Tümen vilayətlərində sovet milisi kimi nəqliyyat sahəsində çalışıb. Ömrünün son 15 ilini isə doğma vətənində, daha dəqiqə desək Bakıda polis sıralarında xidmətə sərf edib. elə təqaüdə polis orqanlarından göndərilib. Polis mayoru Ramin Məmmədov hələ gənc yaşlarından qələmlə, yazı-pozu ilə maraqlanıb. Necə deyərlər gününün, vaxtının səmərəli keçməsi üçün mütailəyə, yazı-pozuya meyl salıb. Təqaüdə çıxandan sonra gənclik həvəsi yenidən onun qapısını döyüb Ramin böyük həyat təcrübəsi dünyagörüşlə yazı masasına qayıdıb.

Bu gün sizə təqdim etdiyimiz "Bir torpağın insanları" (rus dilində) və "Həmyerlilərimiz" (rüs dilində) kitabları Ramin Məmmədovun böyük axtarışlarının bəhrəsidi. Birinci kitabda o Rusiyada yaşayan həmyerlilərimiz barəsində söhbət açıb. Onların həyatından, güzaranından, qayğılarından, uzaq Rusiya ellərində yaşadıqları işlədikləri həyatdan müəyyən fraqmentləri göstərməklə bir yaddaş cizgisi yaradıb. Kitabı vərəqlədikcə buradakı fotolar, tərcümeyi-hallar, həyatın müxtəlif anları oxucunu özünə çəkir. hər bir yazının sonunda Rusiyada Azərbaycanı təmsil edən vətən oğulları ilə fəxr edirsən, onlarla qürur duyursan. Təbii ki, böyük zəhmət hesabına başa gəlmiş bu kitabın rus dilində çap olunması da böyük əhəmiyyətə malikdir. Belə ki, kitabın qonşu ölkədə yayılması, eləcə digər məmləkətlərə ayaq açması üçün bu dildə olması xüsusi ilə vacibdir. Kitabın birinci fəslində Azərbaycanı dünyaya tanıdan Ulu Öndərimizdən, Abbasqulu ağa Bakıxanovdan, Nəriman Nərimanovdan, Həzi Aslanovdan, Kərim Kərimovdan, Tahir Salahovdan, Fərman Salmanovdan, İkinci üçüncü hissələrində isə bu gün Rusiyada yaşayan tanınmış eloğullarımızdan bütövlükdə Azərbaycanın işıqlı insanlarından bəhs olunur.

"Həmyerlilərimiz" kitabında da Azərbaycanın elm, sənət, mədəniyyət, ədəbiyyat, siyasət, təsərrüfat, təbabət sahəsində dünya çapına çıxan böyük simalarından söhbət açılır. Tərtibat baxımından ensiklopedik xarakterli olan bu kitabda Azərbaycan aydınlarının tərcümeyi-halları, həyat fəaliyyətləri yığcam lokonik şəkildə təqdim edilir. Ümumiyyətlə, Ramin Məmmədovun yazı dili oxucunu özünə cəlb etmək gücündədi. Bu kitablarla tanış olanda təkcə yeni bilgilər əldə etmirsən, həm müəlliflə həmsöhbət ola bilirsən. Çünki o oxucu ilə səmimi aydın bir şəkildə danışır. Düşünürük ki, məhz bu üslub da Raminin hər iki kitabının yayılmasına, oxucusunu tapmasına öz təsirini göstərəcəkdir.

Son olaraq biz də öz növbəmizdə Ramin Məmmədova yaradıcılıq uğurları diləyir, bu tədqiqat xarakterli kitablarının sayının və miqyasının artmasını arzu edirik.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 26 fevral.- S. 8.