Arxitektonika və Azərbaycan
reallığı
"Ədəbiyyat, ədəbiyyatçılıq,
bir mədəniyyət,
kültür qurmaq, yaratmaq və bəlkə də başa çatdırmaq layihəsidir"
Arxitektonika - cüzlərdən
külliyyat "yaratma"
sənətidir. "Cəmiyyət fərdi
yaradır" əksi; "Fərdlər cəmiyyəti yaradır."
Yəni, hissələrdən tam "yaratma" sənəti...
(Enşteyn) Əlbəttə, tamla hissələr
arasındakı əlaqə hissələrə də
çox şey qatır.
Arxitektonikanın bir də ədəbiyyat
tərəfi var ki...
Kəlmələr, bir kültürün, mədəniyyətin dil ünsürünü meydana
gətirən təməl
daşlardır. Kəlmələr
vasitəsi ilə qurduğumuz hər əlaqədə biz kəlmələrə
mənalar yükləyirik. Hər kəlmənin
daşıdığı mənalardan meydana gələn xəritə
bizim mədəniyyətimizi, kültürümüzü
meydana gətirir.
Yəni, bizim kültürümüz
, Azərbaycan dili lüğətindəki kəlmələrin tək-tək daşıdıqları mənaların tamından ibarətdir.
Arxitektonikanın ədəbiyyata baxan üzü də elə burada meydana çıxır ; "Arxitektonik kəlmələrin, sözlərin var olan mənalarına başqa mənalar yükləmə sənətidir!"
Bu gün vətənimizdə bu baxımdan reallıq " Biz dinimizə,
kültür və mədəniyyətimizə
nə qədər sahib çıxsaq da, hal-hazırda kəlmələrimizin, sözlərimizin mənası
materialistdir!"
dən ibarətdir.
Çünki, vətənimiz 70 il kommunist bir
rejimin vəhşi caynaqları altında
inləmişdir. O rejim ki,
"Bir milləti yox
etmək, özünü özünə
unutdurmaq istəyirsinizsə, əvvəl onun dinini, sonra
da dilini əlindən
alın!" düsturu ilə idarə etməkdə
idi. Və, bunun nəticəsi
olaraq, dinimizi əlimizdən
almağa müvəffəq olduqları qədər,
dilimizi də əlimizdən almağa müvəffəq oldular.
Biz yaxın keçmişə qədər
xalqın bəzi yerlərdə Rus dilində
danışmağa üstünlük verdiyini pis bir
hal, dərin bir yara olaraq görərkən,
əslində çox mühüm
bir məsələni görə bilməmişik;
"Öz ana dilimizdəki
sözlərin əsl mənalarından
uzaqlaşdırılması, onlara fərqli
mənaların yüklənməsi həqiqətini."
İnsanın düşüncə zənginliyi, kəlmə
xəzinəsi zənginliyi ilə düz
mütənasibdir. Bildiyimiz kəlmələr
və onların mənaları ilə düşünürük.
Beləliklə, kəlmələrimizin
daşıdıqları mənalar materialistləşdikcə
düşüncələrimiz də eyni
nisbətdə materialistləşdi. Bir az da konkret
nümunələrlə məsələni aydınlatmağa
çalışaq.
Məsələn;
molla sözü. Molla sözünün mənası
islam dininə və islam
dininin fiqh elminə sahib olan alimdir.
Halbuki, bu gün bəlkə də eşitmək istəmədiyimiz,
eşidərkən ürkdüyümüz,
ağlımıza xoşagəlməz şeylər gətirən
bir kəlmədən başqa
heç nə deyil,
"molla".
Və ya, "ölüm,
ölmək" sözü. Kitab-i Dədə Qorquddan
belə, ulu babalarımızın
ölümə münasibətini çox
açıq şəkildə öyrənə bilirik. Bir müsəlman üçün
ölüm ən çox
sevdiyi Allaha, O-nun Rəsuluna və ölüb
getmiş yaxınlarına qovuşma
vasitəsi ikən, bir çox
könül insanları ölümü
"Ən Sevgiliyə" qovuşmaq mənasında
ən böyük toyları olaraq görərkən, ölümü
gülər üzlə, sevərək qarşılayarkən,
bizim indi "ölüm" sözü
və felinə münasibətimiz necədir? Ölüm
sözünü eşidəndə
tüklərimiz biz-biz olur!Həyatda yəqin
ki, ən çox qorxduğumuz şey də
ölümdür. Bu materialist bir
düşüncənin məhsulundan başqa
nədir ki bəyəm?
Demək olar ki, dilimizdəki
dinimizlə, kültür
və mədəniyyətimizlə
əlaqəli sözlərin
əksəriyyəti bu
xəstəlikdən öz
paylarını alıblar. Bu baxımdan "ədəbiyyatçılığa"
baxdığımız zaman,
biz gənc ədəbiyyatçıların
üstünə nə
qədər böyük
bir yükün düşdüyü məlum
olur. Ədəbiyyata
qısa və konkret olaraq bu tərif verilir:
" Ədəbiyyat bir söz sənətidir."
Madam ki, sözlər bir kültürün, mədəniyyətin təməl
daşlarıdır və
bu daşları ədəbiyyat vasitəsi
ilə yonub-yontur, şəkil verir, ona fərqli mənalar yükləyirik,
o zaman ədəbiyyata
bu tərifi də yükləmək doğru və yerində olardı: " Ədəbiyyat, ədəbiyyatçılıq, bir mədəniyyət, kültür qurmaq, yaratmaq və bəlkə də başa çatdırmaq layihəsidir"
Bütün bu problemlərimizi görə bilən
və bu baxımdan üstünə düşən
məsuliyyəti hiss edə bilən, özünü,
" yaradıcılığını"
bu yaralarımızı
sarımağa, yıxılan
kültür və mədəniyyətimizi qaldırmağa həsr edən hər fikir işçisi, hər ədəbiyyatçı
əminəm ki, gec ya da tez,
tarixdə oynayacaqları
bu mühüm rolları
ilə xalqımızın
qəlbində taxtlar quracaq, yox olan
və çürüyən mənəviyyatları
ilə ömürlərini bu yıxımları sürətləndirməyə həsr edənlər isə, məqsədlərinə
çata bilməyəcəkləri kimi,
hər zaman lənətlə
xatırlanacaqlar!
Elvin Cabay
Ədalət.- 2010.- 6 iyul.- S. 4.