Milyon yarım il əvvəl
məskunlaşma
Qüdrət İsmayılzadə: "Azıxı
yalnız dünyada ən qədim yaşayış məskəni
olan Olduvey dərəsi ilə müqayisə etmək
mümkündür"
Bakı Dövlət
Universiteti tarix fakültəsinin "Arxeologiya və
etnoqrafiya" kafedrasının müdiri, ötən əsrin
60-cı illərində Azıx mağarasında tədqiqat
aparmış ekspedisiyanın üzvü, tarix elmləri
doktoru Qüdrət İsmayılzadənin APA-ya müsahibəsində
maraqlı fikirlər səsələndirib.
Tarixçı deyib ki,
ötən əsrin 50-ci illərə qədər Azərbaycanda
daş dövrünə aid abidə tapılmamışdı.
Müxtəlif fikirlər var idi ki, Azərbaycan ərazisində
məskunlaşma gec başlayıb. 50-ci illərdə Milli
Elmlər Akademiyasının hazırladığı proqrama əsasən
bu dövrün izinə düşmək məsələsi
qaldırıldı: "Heç cür ola bilməzdi ki,
sonrakı dövrlərin belə zəngin abidələri
ola-ola, daş dövrünə aid heç abidə
olmasın. İndi
bu işə ürəkdən, candan yanan bir adam
lazım idi. Belə bir adam gənc tədqiqatçı Məmmədəli
Hüseynov oldu. O, böyük inamla bu işə başladı və 50-ci illərin əvvəllərində
artıq Qərb bölgəsində Damcılı,
Daşsalahlı mağaralarını
üzə çıxardı.
Amma bu mağaralar da daş dövrünün
sonrakı mərhələlərinə
aid idi. Damcılı və Daşsalahlı
mağaraları belə
bir inam yaratdı ki, daha qədim mərhələlər də
üzə çıxacaq.
Bununla əlaqədar 60-cı ildə
Kiçik Qafqazın cənub-şərq ətəklərinə
səfərimiz oldu.
Bu səfər zamanı Azıx mağarası da yoxlanıldı. Belə bir
mağaranın olması
ilə bağlı geoloqlar yazmışdılar.
Azıx mağarası
Dağlıq Qarabağın
Hadrut rayonu ərazisində, Füzuli
şəhərinin 14-17 kilometrliyində,
Tuğ kəndi çökəkliyində, Quruçayın
indiki yatağından
200 metr hündürdə
yerləşən qalın
əhəng qayalıqlarının
altındadır. Azıxda arxeoloji
kəşfiyyat işləri
60-cı ildə başladı.
Elə ilk qazıntılar
daş dövrünün
ən qədim dövrü olan alt paleolitə aid nəticələr
verdi. Azıx
mağarası milyon yarım il
əvvəli əhatə
edir. Tədqiqatların
nəticəsi təsdiqlədi
ki, Azərbaycan ərazisində ən azı milyon yarım il
əvvəl məskunlaşma
gedib, insan yaşayıb. Sonrakı qazıntılar zamanı
isə məlum oldu ki, Azıxda
qalın mədəni
təbəqələr var. Azıxda müxtəlif daş alətlərlə
yanaşı, 30 növdən
çox heyvanın daşlaşmış sümükləri
də aşkar edilib. Azıx arxeoloji baxımdan
aşkarlanandan sonra bura xarici ölkələrdən
alimlər gəlməyə
başladı".
Q.İsmayılzadənin
fikrincə, dünyada daş dövrünə aid ən qədim
yaşayış məskəni Olduvey dərəsi hesab olunur.
Azıxı yalnız onunla müqayisə eləmək olar.
"Azıx"
sözünün mənasına gəlincə,
tarixçı bunu belə izah edir: "Azıx qədim
türk xalqlarının dilində "ayı
sığınacağı" deməkdir. Bu, həqiqətə
uyğun gəlirdi. Çünki bu mağaradan ən çox
ayılar istifadə edirdi. Sonradan mağaradan ayı
sümüklərinin tapılması da bu versiyanın həqiqət
olduğunu sübut elədi. Ayı kəlləsinin
üstündə cızıqlar var idi. Bu da ilk ibtidai
insanımızın incəsənət ünsürləri
hesab edildi. Ayı kəllələri mağaranın müəyyən
bir yerlərində gizlədilmişdi. Görünür, bu da
ilk insanımız inancları ilə bağlı idi".
Elnur
Ədalət.- 2010.- 14 iyul.- S. 4.