BİR AXŞAMIN SEVİNCİ...
"Qafqaz media" İctimai Birliyi mətbuat
günü ərəfəsində 60 jurnalisti
mükafatlandırdı
Milli
mətbuatımızın yaradılmasının 135 illiyi
ərəfəsində müxtəlif ictimai təşkilatlar
kütləvi informasiya vasitələrində
çalışan jurnalistlərin əməklərini
qiymətləndirərək onları
mükafatlandırırdılar. Son bir neçə gün
ərzində ayrı-ayrı təşkilatlar
tərəfindən onlarla jurnalist müxtəlif mükafatlara
layiq görülüb.
Belə
mükafatların birini də "Qafqaz media" İctimai
Birliyi təsis edib. Öncə onu qeyd edək
ki, "Qafqaz media" hər il mətbuat günü münasibəti
ilə onlarla jurnalisti sevindirir və onları mükafatlandırır. Bu
İctimai Birlik təkcə jurnalistlərin
əməyinə qiymət
verməklə və onları sevindirməklə
öz işini bitmiş hesab etmir. Həm də İctimai Birlik kimsəsizlərə,
qocalar evində yaşayan insanlara hayan olur, onlara
arxa durur. Bu yaxınlarda Bilgəh qocalar evində keçirilən xeyriyyəçilik
aksiyasını yada salmaq kifayətdir. İyulun 19-da isə "Qafqaz media" İctimai Birliyi "Ulu Borçalı" restoranında mətbuat günü münasibəti
ilə möhtəşəm
bir tədbir həyata keçirdi. Öncə onu qeyd edək ki, "Ulu Borçalı"
restoranında təşkil olunmuş bu tədbirdə jurnalistlərin şərəfinə
şam süfrəsi açılmış və
respublikamızın tanınmış
müğənniləri maraqlı
konsert proqramı ilə çıxış
etmişlər. "Qafqaz
medya" İctimai Birliyinin sədri Hacı Azadə Hüseynova görüş
iştirakçılarını salamlayaraq, bu axşam onların darıxmayacaqlarını və
maraqlı gün yaşayacağını qeyd
etdi. "Qafqaz media" İctimai Birliyinin üzvü, BDU-nun müəllimi, fəlsəfə doktoru Kinyaz Aslan bir
daha mətbuat günü münasibəti
ilə jurnalistləri
təbrik etdi, onlara cansağlığı
və yaradıcılıq
uğurları arzuladı.
Həmin tədbirdə
"Qafqaz media" İctimai Birliyi 4 nominasiya üzrə -
"Ustad sənətkar", "Peşəkar jurnalist",
"Cəsarətli qələm", "Müqəddəs
qələm" mükafatlarının qaliblərini
müəyyənləşdirmişdi. Qaliblərə
diplom və qiymətli hədiyyələr
təqdim edildi. Bu hədiyyələr təqdim
ediləndə bir daha "Qafqaz media" İctimai Birliyinin sədri Hacı Azadə Hüseynova bir fikri xüsusi ilə vurğuladı ki, hədiyyəmiz kiçik olsa da, biz çalışmışıq
ki, 60-a yaxın jurnalisti mükafatlandıraq.
Əgər bu əziz gündə kimisə sevindirə bilmişiksə, kiminsə
ürəyində bir
ümid göyərtmişiksə,
buna görə özümüzü xoşbəxt
sayırıq. Ən başlıcası isə
mətbuat günündə
jurnalistlərimiz heç
olmasa, bir neçə saat qayğıdan, stressdən
və həyəcandan
uzaq olub maraqlı anlar yaşasınlar.
Mükafata təqdim
olunanlar arasında ölkənin tanınmış
jurnalistləri, şairləri və publisiləri var idi. İctimai Televizyanın böyük
redaktoru, şair Yusif Günaydın, şair Nürəngiz Gün, BDU-nun professoru Nəsir Əhmədov, Azərbaycan
Jurnalistlər Birliyinin
sədri Elçin Şıxlı və birliyin əməkdaşı
Şahin Babayev,
"Qarabağ" qəzetinin
redaktoru Sarvan Ağayev, qocaman jurnalist Əlabbas Əliyev və
başqaları vardı.
Təbii ki, mükafatlar təqdim olunandan sonra bu ada layiq
görülən yazarlar
onları yada saldığına görə,
"Qafqaz media" İctimai Birliyinin rəhbərliyinə, şəxsən
Hacı Azadə xanıma öz təşəkkürlərini bildirirdilər.
Çıxış edənlər
bir fikri xüsusi ilə vurğuladılar ki, əziz gündə
bu qədər jurnalisti sevindirmək hər adamın işi deyil. Əgər bir xanım bu qədər
insanı və yazarı mətbuat günündə yada salırsa, Allah da heç vaxt
onu yaddan çıxarmasın.
Tədbirdə
iştirak edən müğənnilər- Ruhəngiz
Allahverdiyeva, Rəhilə Bəndəliyeva, Nazənin, Aslan
mahnı ifa etməmişdən öncə qeyd etdilər ki,
biz jurnalistləri özümüzə dost sayırıq. Bu əziz gündə
bir daha qələm sahiblərini bağrımıza basıb
opür və onlara yaradıcılıq
uğurları arzulayırıq.
Sonra müğənnilərin
çox şirin və oynaq ifaları
səsləndi. Bir çox həmkarlarımız
ayağa qalxıb, onların ifa etdikləri mahnıların
sədaları altında
rəqs elədilər.
Bir sözlə, müğənnilər bu
məclisə elə bir şirin ovqat gətirdi ki, bir anlıq
çoxlarımız qayğımızı
unutduq və xoş anların aurasına düşdük.
Tədbirdə ən
maraqlı və həyəcanlı anlardan biri dünya
işığına həsrət qalan şair Mansur Qadirin
kövrək bir mahnını özünəməxsus bir
tərzdə ifa eləməsi oldu. Onun ifası
məclis iştirakçılarının
əksəriyyətini kövrəltdi
və ağlatdı. Bu insanda yaşamaq
eşqi o qədər güclüdür
ki, dünyanı görən insanlardan Mansur həyatı daha yaxşı görür və dərk edir. O, iki şeir kitabının
müəllifidir. Bu kitabınsa işıq üzü görməyində
"Qafqaz media" İctimai Birliyinin böyük əməyi olub.
İsti yay
günündə 60 jurnalisti sevindirən "Qafqaz media"
İctimai Birliyi bu addımı ilə bir daha təsdiq etdi ki,
həmin təşkilat heç vaxt istedadlı jurnalistləri
unutmur və onların zəhmətinə, əməyinə,
alın tərinə yüksək qiymət verir. Həmin axşamın sevincini yaşamaq doğurdan da çox gözəl idi. Bir anlıq
da olsa qayğılar,
problemlər unuduldu və insan özünü
gözəl bir aləmdə hiss elədi.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2010.- 21 iyul.- S. 4.