AKADEMİYA AzTV-nin
UĞURUDUR
Bu yaxınlarda Azərbaycanda
yeni təhsil ocağı - Televiziya Akademiyası yaradılması
barədə geniş
xəbər yayıldı.
Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin bazasında
yaradılan yeni tədris müəssisəsinə
"Space" televiziyasının
sabiq prezidenti, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri
Etibar Babayevin rektor təyin edilməsi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılandı.
Yüksək təşkilatçılıq
qabiliyyəti, geniş
yaradıcılıq imkanları,
pedaqoji təcrübəsi,
fəal vətəndaşlıq
mövqeyi fərqlənən
ziyalımız, eyni zamanda "Ədalət"
qəzetinin köşə
yazarı kimi tanınır. Artıq neçə ildir ki, oxucularımız qəzetin hər şənbə nömrəsində
Etibar Babayevin imzasıyla təqdim olunan publisistik yazıları maraqla izləyirlər. Jurnalistin tarixi araşdırmaları,
aktual sosial problemlərə həsr olunan publisistik yazıları, dərin müşahidələr və
ibrətamiz fikirlərlə
zəngin yol qeydləri, görkəmli
şəxsiyyətlərlə bağlı xatirələr
silsiləsi dil və islubu, mövzuya yanaşma tərzi, işlənmə
texnikası, təqdimat
forması ilə xüsusi fərqləndiyindən oxucu
auditoriyasının rəğbətini
qazanmışdır.
"Ədalət"
qəzetinin kollektivi olaraq, Etibar Babayevi yeni təyinat
münasibəti ilə səmimi qəlbdən tərbik edir,
ona daha böyük uğurlar arzulayırıq. İnanırıq
ki, Televiziya Akademiyası onun rəhbərliyi ilə yaxın
gələcəkdə respublikanın ən nüfuzlu
təhsil və elm ocaqlarından birinə
çevriləcəkdir.
-Yeni nəsə yaradılanda, kənardan
müxtəlif fikirlərin səslənməsi, fərqli
proqnozların verilməsi təbiidir. Televiziya
Akademiyasının yaradılmasına
münasibət müsbət
olsa da, onun AzTV-nin tərkibində
açılması birmənalı
qarşılanmadı. Digər
telekanallarsa nədənsə
bu barədə susmağa üstünlük
verdilər. Akademiyanın
müstəqil qurum kimi, fəaliyyət göstərməsinin daha
faydalı və effektiv olacağını
söyləyənlər də
oldu. Akademiyanın açılış mərasimindən
düz bir ay ötür. Bir aylıq fəaliyyətinizdən sonra
məsələyə içdən
nəzər salanda, AzTV-nin tərkibində olmaq sizi sıxışdırmır
ki?
- Xeyr, məni əsla
sıxışdırmır, amma ola bilsin bu məsələ
kimlərisə bərk darıxdırır. Xoş niyyətlə, xeyirxah məqsədlə yaradılan və əslində təməlatma
dövrünü yaşayan
Akademiya haqda müxtəlif pessimist proqnozlar verib, fikirləri bulandırmaq kimə lazım? Məsələnin mahiyyətinə
nəzər salmaq lazımdır. Azərbaycan
müstəqillik qazanandan
sonra respublikada teleradioların sayının
ilbəil çoxalması
faktdır. Amma bəzi kanalların
səviyyəsiz verilişlərindən,
sistemsiz, məzmunsuz efir siyasətindən, proqramların zövqsüz
tərtibatı və
təqdimatından, bu
sahədə çalışanların
əksəriyyətinin qeyripeşəkarlığından
narazılıq cəmiyyətdə
getdikcə artır.
Təsadüfi deyil ki, efir məkanında
ciddi narahatlıq doğuran hallara hörmətli akademik Ramiz Mehdiyevin prinsipial mövqeyi, obyektiv qiyməti cəmiyyətdə böyük
rəğbətlə qarşılandı,
geniş müzakirələrə
səbəb oldu. Bu bir daha
göstərdi ki, mühüm ideoloji silah həvəskar əllərə düşəndə
xoşagəlməz nəticələrə
gətirib çıxara
bilər. Mülkiyyətindən
asılı olmayaraq kütləvi informasiya vasitələrində sağlam
düşüncəli, əqidəli
peşəkarlar işləməlidir.
Ən müasir
avadanlığı qısa müddətə xaricdən
gətirib quraşdırmaq mümkündür. Məsələ sadəcə
maddi imkana bağlıdır. Amma, teleradio aparıcılarını,
jurnalistləri idman aləmində olduğu kimi, digər ölkələrdən transfer
etmək ağlasığan
iş deyil. Efirdə ana dilimizdə danışan millimənəvi dəyərlərimiz,
adətənənələrimiz və əxlaq normalarımızdan qaynaqlanaraq
fəaliyyət göstərən
peşəkarları ancaq
öz məmləkətimizdə
hazırlamalıyıq. Yalnız
bundan sonra əgər ehtiyac olarsa, ixtisasartırmağa,
təcrübə toplamağa
xarici ölkələrə
göndərməliyik. Respublikada teleradionun
bütün sahələri
üçün kadrlar
hazırlayacaq yeni ali təhsil ocağının açılması
bu səbəbdən əhəmiyyəti hadisədir.
Əgər ilk milli teleradiomuz olan AzTV bu
sahədə ilk ciddi addım atıbsa, buna daralmaq yox, ürəkdən
sevinmək, mühüm
ictimai əhəmiyyət kəsb edən təşəbbüsü
alqışlamaq, dəstəkləmək
lazımdır.
-Akademiyanın gələcək fəaliyyətini siz
necə təsəvvür edirsiniz?
- Akademiya yeni yaranan qurumdur. İndi təşkilatlanma, formalaşma prosesi gedir. Adətən belə
hallarda əsas
çətinlik madditexniki
bazanın yaradılması
və peşəkar kadrların tədris prosesinə cəlb edilməsi ilə bağlı olur. Azərbaycan Televiziya
və Radio verilişləri
Qapalı Səhimdar Cəmiyyəti rəhbərliyinin
yaxından köməyi
ilə birinci məsələ ən yüksək səviyyədə
öz həllini tapıb. İnamla deyə bilərəm
ki, respublikada heç bir təhsil ocağında teleradio sahəsində kadr hazırlığı
üçün belə
şərait yoxdur.
Xüsusi avadanlıqla təmin
olunmuş auditoriyalar müəllimlərə tədris
prosesində ən müasir texniki vasitələrdən geniş
istifadə etməyə
imkan verəcək.
Pedaqoji kollektivin formalaşması
prosesinə də çox ciddi yanaşılacaq. Bu sahədə kifayət qədər təcrübəsi,
yüksək səriştəsi
olan mütəxəssislərlə
yaxından əməkdaşlıq
edəcəyik. Amma üzümüzə
gələn yeni dərs ilində, əsasən AzTV-nin əməkdaşları üçün
ixtisasartırma və
ixtisasdəyişmə kursları
nəzərdə tutulur.
Akademiyada təhsil prosesi
bir qədər fərqli olacaq. Əsas diqqət nəzəri biliklərlə
yanası, dinləyicilərin,yaxın gələcəkdə
isə həm də tələbələrin,
praktik iş qabiliyyətinin inkişafına
yönələcək. Onlara yeni
texniki avadanlıqlardan
tam gücüylə, yaradıcı
şəkildə istifadə
qaydaları öyrədiləcək.
Diplom və kurs işləri
konkret verilişlər,
proqramlar hazırlamaq,
sənədli filmlər
çəkmək olacaq.
Ən yaxşıları televiziya
ilə göstəriləcək,
radioda səslənəcək.
İşimizi mərhələli şəkildə və bir neçə istiqamətdə qurmaq niyyətindəyik. Gələn ildən
magistratura pilləsində
əsas ixtisaslar üzə tələbə
qabulu nəzərdə
tutulur. Akademiyaya
müxtəlif ixtisaslar
üzrə bakalavr diplomu almış və öz gələcəyini efir məkanı ilə bağlamaq istəyən istedadlı gənclər daxil ola
biləcək. Burada onların
yaradıcılıq qabiliyyətlərinin
tam şəkildə açılmasına
hər cür şərait yaradılacaq.
Dünyanın aparıcı telekanallarında
təcrübə keçmək,
birgə çəkilişlərdə
iştirak etmək, müştərək proqramlar
hazırlamaq isə təhsil prosesini daha səmərəli edəcək.
Akademiya tədris prosesi
ilə yanaşı, bu sahənin elmi araşdırmaları
ilə məşğul olmağı da qarşısına
məqsəd qoyub. Peşəkar televiziya
tənqidçilərinin, nəzəriyyəçilərinin
hazırlığı xüsusi diqqət mərkəzində
saxlanılacaq.
-Tədris prosesinə konkret olaraq kimləri cəlb
edəcəyiniz haqda bir qədər müfəssəl
məlumat verməyinizi rica edərdim.
- Mən bu sahədə
Amerikanın, İngiltərənin, Rusiyanın,
Türkiyənin, eləcə də digər
ölkələrin təcrübəsini müəyyən
qədər öyrənmişəm. Bəzi ölkələrdə kadr hazırlığı
prosesini yaxından müşahidə etmişəm.
Çox istərdim ki, bizim Akademiya
təkcə texniki təhcizatı ilə deyil, tədris prosesinin təşkili və səviyyəsi ilə də ən müasir tələblərə cavab
versin. Təbii ki, bunun üçün
yüksək ixtisaslı
kadrlar lazımdır.
Etiraf edək ki, bu sahədə
öyünəcək halımız
yoxdur. Hər dünya çempionundan yaxşı məşqçi
alınmadığı kimi,
hər yaxşı jurnalist, yaxud rejissor, tərtibatçı
rəssam peşəsini
mükəmməl təlim
edən pedaqoq ola bilmir. Odur
ki, tədris prosesinə xarici ölkələrdən mütəxəssislər
cəlb ediləcək.
Amma əsas yük yenə də öz kadrlarımızın üzərinə
düşəcək. Hələlik
konkret ad çəkmək istəməzdim.
Bircə
onu deyə bilərəm ki, seçim yüksək elmipedaqoji səviyyəsi,
praktik iş təcrübəsi ilə
fərqlənən və
bu kollektivin üzvlüyünə mənəvi
haqqı olan insanlar arasında aparılacaq. Çünki,
sağlam mənəvi
iqlim şəraiti, işə yaradıcı münasibət, hər kəsin əməyinə obyektiv qiymət, yüksək tələbkarlıqla yanaşı,
hər fərdə fərdi münasibət, qayğı, diqqət olmasa, istənilən nəticə alınmayacaq.
Odur ki, ilk gündən Akademiyanı sağlam təməllər üzərində
qurmağa çalışırıq.
Ceyhun Musaoğlu
Ədalət.- 2010.- 17 iyul.- S. 4.