QƏZET SƏHİFƏSINƏ
BÜKÜLMÜŞ ÖMÜR
Bu başlığa, bu günlərdə itirdiyimiz
qocaman jurnalist Mürsəl Qocayevin şəxsi arxivində rast gəlmişdim. Nə vaxtsa
bu başlıq altında yazı yazacağımı, xüsusilə
də ölümündən
sonra heç düşünməmişdim.
Mürsəl Qocayev 1926-cı ildə Zəngilan rayonunda anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat
fakultəsini bitirib.
1948-1949-cu tədris ilində Qubadlı rayonunda müəllimlik fəaliyyətinə
başlayıb. 1953-1955-ci illərdə tədris hissə üzrə direktor müavini işləyib.
1955-ci ildə Qubadlı rayon partiya komitəsində ideoloji şöbənin müdiri, 1957-ci ilin oktyabrından isə "Avanqard" qəzetinin redaktoru təyin olunub. 1963-cü ilin əvvəlinə kimi Azərbaycan Mərkəzi
Komitəsi və Azərbaycan Nazirlər Sovetinin həftədə
4 dəfə dərc olunan rayonlararası "Kolxozçu" qəzetinin
Qubadlı və Zəngilan rayonları üzrə xüsusi müxbiri işləyib.
1963-cü ildən isə Zəngilan rayonunda nəşr olunan "Kənd həyatı" qəzetinə
redaktor təyin olunub və 1989-cu ilə kimi bu
qəzetə rəhbərlik
edib.
Mətbuatda xidmətlərinə
görə Azərbaycan
Jurnalistlər Birliyinin
Fəxri fərmanları,
Həsənbəy Zərdabi
adına Müstəqil
Həmkarlar İttifaqı
Mərkəzi Şurasının
"Ustad Sənətkar"
ali jurnalist və "Şərəf"
media mükafatları ilə
təltif olunub.
Zəngilan rayonunun
işğalından sonra
"İki sahil",
"525-ci qəzet", "Yeni Azərbaycan",
"Ədalət", "Vətən səsi",
"və digər qəzet və jurnallarda ədəbi-bədii,
publisistik məqalələrlə
çıxış edirdi.
Mürsəl Qocayev həm də uzun illər rəhbərlik etdiyi "Zəngilanın səsi"
( "Kənd həyatı") qəzetinin
redaksiya heyətinin üzvü olub.
Qocaman jurnalistlə qohumluq münasibətlərimizin olduğu
üçün tez-tez
görüşərdik və
etiraf edim ki, mənim jurnalistikaya meyl etməyimdə də onun böyük rolu olub. Jurnalistika fəaliyyətinin
böyük bir hissəsi sovet dövrünə təsadüf
edirdi və hər dəfə görüşdükdə mətbuatın
dünəni və bu gününü müzakirə edərdik.
O illərdə mətbuatdakı
senzuranın mövcudluğunu
və rahat şəkildə istənilən
mövzuya toxunula bilməməsi ünün
heyfsilənirdi. Ancaq o illəri
heç bir zaman unutmurdu. Çəkdiyi şəkilləri və yazdığı xatirələri vərəqlədikcə
sanki o illərə qayıdırdı. Müasirləri məcburi köçkün
həyatı yaşayan
M. Qocayevi "Zəngəzurun
canlı arxivi" adlandırırdı. Mən onun
şəxsi arxivi və eləcə də özü ilə uzun müddət
təmasda olduqdan sonra bu fikrin
heç də elə belə deyilmədiyinin şahidi oldum.
Onun yazılarında vətən
həsrəti, yurd nisgili özünü açıq şəkildə
göstərirdi. Bu mövzuda
yazılan digər yazıları da ürək ağrısı
ilə oxuyardı.
Görüşlərimizin birində ermənilərin
işğal etdikləri
torpaqlarımızın adlarını
dəyişdiklərini, hətta
qondarma xəritələr
yayımlayaraq doğma
torpaqlarımızı özününküləşdirməyə
çalışdıqlarını bildirdim. Təkidlə xahiş etdi
ki, bu materialları
ona çatdırım.
Çox
keçmədi ki, mətbuatda onun imzası ilə, "Erməni xisləti" başlığı altında
geniş məqalə
ilə rastlaşdım.
O bu yazını yazmaqla sanki özündə bir təsəlli tapmış
olurdu. Erməni xislətini açmağa
çalışırdı.
Bakı məktəblərindən birində
Bəxtiyar Vahabzadə
ilə görüşə
və şair Hafiz Baxışın xatirə
gecəsinə də birgə getdiyimizi bu gün dərin
hüznlə xatırlayıram. Bu görüşlərdə də
onun sözə və söz sahiblərinə necə hörmət və ehtiramla yanaşdığının
şahidi oldum. O
həmişə itirdiyi
həmkarları haqqında
məqalə yazmaqla təskinlik tapırdı.
Son görüşümüz ölümündən
3 gün qabağa təsadüf etdi - iyul ayının 10-na. Hansı ki,
12 gün sonra keçiriləcək, mətbuatımızın
135 illiyini səbirsizliklər
gözləyirdi. Bəlkə
də mətbuat günü ilə əlaqədar keçmiş
həmkarları haqqında
öz xatirələrini
qəzetlərdən birinə
göndərəcəkdi...Lakin... Lakin indi biz onu xatırlayırıq. Son görüşümün əsas
məqsədlərindən biri də məhz
işğal olunmuş
torpaqlarımızın son görüntülərini M.Qocayevə
göstərmək idi.
Dünyaya göz açdığı
doğma kəndini, uzun müddət jurnalist kimi fəaliyyət göstərdiyi,
indi düşmən tapdağı altında olan yurd yerlərimizin
son görüntülərinə kompüter vasitəsi ilə baxdı və dərin xəyala daldı.
Ömrünün 85-ci ilini yaşayan jurnalistin ölüm xəbərini eşitdikdə
sonuncu görüşümüz
gözümün önündə
canlandı. Yazıçı
Varisin "Bir ovuc torpaq" əsərindəki qəhrəman
işğal olunmuş
yurdundan bir ovuc torpaq gözlədiyi
kimi, sanki qocaman jurnalist də yurdunun son görüntüərini gözləyirdi...Allah
rəhmət eləsin!
Eyvaz Vaqifoğlu
Ədalət.- 2010.- 22 iyul.- S. 5.