ƏDALƏT taleyimizə
yazılıb
Şəxsi tanışlığımız
başlayanda səkkiz
yaşı vardı. İnsan ömrü ilə müqayisə etsək - məktəbə
yenicə gedirdi. Ədalət adında qız da var,
oğlan da. Bizimki haqqın, dürüstlüyün təntənəsini
yaşatmaq istəyən,
buna çalışan
"Ədalət" idi.
Adı qəzet adı kimi dırnaqda yazılsa da özü Ədalətin bərpasına çalışan
Ədalət idi və bu gün
də elə həmin Ədalətdi. İndi böyüyüb,
həddi- buluğa çatıb, çoxsaylı
mətbuat nümunələri
içərisində özünə
məxsus, danılmayan
yer tutub. "Ədalət"in iyirmi yaşı
tamam olur...
Müəyyən səbəblər üzündən iş yerinə getmirəm, yazılarımı internetlə göndərirəm. Baş redaktorumuz İradə xanım telefon açdı ki, Oqtay, qəzetin yubileyi günündə sənin də yazın olmasını istərdim. Razılıq versəm də, nə yazacağımı, necə yazacağımı bilmirdim. İndiyə qədər səmimi yazmağa çalışmışam, mədhdən, redaksiyada tərif yazılarına deyildiyi kimi- bəy tərifindən qaçmağa çalışmışam. İndi, doğma qəzetin yubileyində, onun ad günündə səmimiliyimi saxlaya biləcəyəmmi, təriflərim yersiz çıxmayacaq ki?... Dadıma yenə lətifə çatır.
Deyir, bir şəkili bazarda atını satırmış. Müştəri də tapır. Görür ki, qonşusu da bazardadı. Müştəriyə deyir:
- Səən canıı yiyim, mən habı at haxda heş nə dimirəm, qoy qonşum unun tərifini söyləsin.
Qonşu vəziyyəti başa düşüb guya ki, hirslənir:
-Mən səən atıı tərifliyən-zad döyüləm,
onuynan ceyran qooluyuf tutanda ətinnən bir tikə də olsun maa verdin?
Müştəri eşidəndə
ki, bu atla
qovub ceyran tutublar, atın pulunu artıqlaması ilə verir...
İndi bir qəzet ki, iyirmi ildi xalqına,
dövlətinə, dövlətçiliyə
sədaqətlə xidmət
eləyir, onlarla qəzetə baş redaktor, bir neçə
hakim, Mədəniyyət
işçisi, respublikada
adı- hörməti
olan jurnalistlər yetişdirib, neçə
keşməkeşlərdən, burulğanlardan sağ-salamat
çıxıb, evində
oturub cızma-qarasını
edən bir qəzet əməkdaşının
tərifinə onun nə ehtiyacı var ki?..
Bu qəzetin ilk nömrəsindən onunla tanışam. Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun, Əbdürrəhimbəyin dilini, ruhunu yaşadan bu qəzet Azərbaycan mətbuatına qəzeti ilk səhifədən oxumaq marağı gətirdi. Ona qədər oxucular digər qəzetləri son səhifədən oxumağa başlayır, dilinin quru və həddən artıq rəsmiliyi ucbatından bəzən heç birinci səhifəni oxumurdu da. Ədalət isə qəzetin lap baş yerində özünə bir maraqlı deviz, loqotip yazdı: Bu bir xalq qəzetidi. Çoxları elə bildi ki, səhv gedib, sonda "R" hərfi düşüb. Amma sonra gördülər, başa düşdülər ki, qəzet elə oxucunun öz dili ilə danışır, ona doğma olan sadə, rəvan, səlis dillə yazır. Birinci səhifədə qısa, lakonik və ən əsası, münasibəti üzdə görünən xəbərlər, "Günün lətifəsi", "filan yerin maaşını filankəs alır" sancıgətirən, məmurun yuxusunu qaçıran replikalar, istisi hələ üstündə olan operativ xəbərlər, ağıllı, oxunaqlı yazılar olurdu və var "Ədalət"də.
Mən gələndə səkkiz
yaşı vardı. Artıq oturuşmuş, özünə "kruq"
yığmış, çoxlarının
kürkünə birə
salmış, çoxlarının
da müşküllərinə
yardım etmiş, əllərindən tutmuş,
səsini lazımi yerlərə çatdırmış
bir qəzetdi "Ədalət". Bir
neçə yazımı
çap edəndən
sonra rəhmətlik Yusif Misiroğlu məni təqdim elədi Aqil Abbasa. Yazılarını
oxumuşdum, amma üzünü görməmişdim.
Sən demə, o da mənim
yazılarımı oxuyubmuş.
Basıb-bağladı ki,
sən elə əsl yerinə gəlmisən, dilin də qəzetimizin dilinə uyğundu, bağ belə, bostan belə, şaftalı şələ-şələ
olacaq. Hələ olmayıb. Amma nə yatdıq ki, nə də
yuxu görək, cəmi 20 yaşımız
var, onun da 8 ilini mən
qıraqda olmuşam...
Qəzetə gələndə
onun bünövrəsinə
daş atanlardan, "koridorda, dizləri üstündə qəzet
buraxanlardan" biri, Babək Yusifoğlu ilə
20 yaşının 12 ilində
mənim də iştirakım olan "Ədalət" heç
də hamar yol keçməyib. Onu
ədavət yerinə
çevirmək istəyənlər
də oldu, ətalətdə qalmasına
çalışanlar da.
Amma "Ədalət"
küyə getmədi,
simasını, adını
və məramını
qoruya bildi. Sözsüz ki, haradasa haqsızı müdafiə eləyən
məqam da olub. Bir tanışım
deyir ki, tanıdığım polis
(onda hələ milis idi) işçisini
işdən çıxarmışdılar.
"Ədalət" dəfələrlə
yazdı, axır ki, onu işinə
bərpa etdilər. Amma avantüristin, elə ən böyük haqsızın
biri idi. Dedim ola bilər,
bəlkə də adam özünü haqlı kimi təqdim edə bilib, sənədlər onun lehinə olub, araşdıran bir az diqqətsiz
olub. Bir sözlə, "Ədalət"də bir insan
ömrü yaşayıb.
Deməli, canlı olduğu üçün
səhv edə bilmək xüsusiyyəti
ona da yad
deyil. Amma bu qəzet hələ
bir dəfə də olsun təkzib
verməyib. Hansısa
xətaya, kiçik səhvə görə oxucudan üzrxahlıq edilib, amma elə
bir xəbər, elə bir haqsız
yazımız olmayıb
ki, sonradan onu təkzib etmək məcburiyyətində
olaq.
"Ədalət"in koridorunda
bəlkə də icra hakimlərinin qəbul otağında olandan böyük növbələr olurdu. Millət
elə bilir ki, qəzet prokurordu, məhkəmədi,
polisdi - onlardan istənilməlini qəzetdən
istəyir. Amma deyəsən bu növbələrin aranmasında
Aqil Abbasın "əməyi" vardı.
İş o yerə çatmışdı
ki, uşağını
müalicəyə aparan,
hətta rayona getməyə pulu olmayan da onun
yanına gəlirdi. Aqil Abbas isə
hələ bir kəsi də naümid qaytarmayıb. Ən azından, sözlə...
Artıq üçüncü ildir
koridordan xahişçilər
yığılıb. İndi qonaqlar,
bir də şikayəti olanlar, aradabir də yazarlar gəlir, müğənnilər, musiqiçilər,
bəzən də deputatlar gəlir. İndi "Ədalət"də materarxatdı,hakimiyyətdə qadındı,
baş redaktorumuz İradə Tuncaydı. Qəzetin yönüm və istiqaməti dəyişməyib,
İradə xanım da Aqil Abbasın""
...tabeçiliyindədi axı...
Aqil Abbas dili, ruhu qalır
qəzetdə...Bir az da İradə
Tuncay məntiqi, sanbalı əlavə olunub...
Yəqin ki,
"Nəşriyyat"ın 6-cı mərtəbəsində olan
redaksiyamızın otaqlarına,
koridorlarına Mirmail müəllimin, Yusif Misiroğlunun, Pərviz Əliyevin, Baba Pünhanın...
ruhları da qonaq gəlir. Hər biri bu
qəzetə ömürlərinin,
yaradıcılıqlarının bir hissəsini qoymuşdu. Bu redaksiya özündəndeyən
əksər şairlərin,
yazarların doğma məkanıdı.Buradan Qədir Rüstəmovun səsi, Rəmişin gitarası da səslənir. Və nə yaxşı ki, deyilən bütün sözlər indiki zamandadı. Və qəti əminəm ki, hələ azından bir 20 il də
belə olacaq. Mənim oğlum əmək fəaliyyətinə
"Ədalət"də
başlayıb. Bəlkə
nəvəm də başlayacaq?! Hər halda, inanıram ki, belə bir
iş olsaydı, onunla fəxr edərdi. Bundan gözəl doğma qəzetə nə arzulamaq olar ki?..
Doğum günün
mübarək, "Ədalət"imiz!
Ədalətin keşiyində
durmaqda sənə və özümüzə
uğurlar!
Oqtay SALAMOV
Ədalət.- 2010.- 24 iyul.- S. 7.