YOXLUĞUNA İNANMIRAM

 

Ömür-gün yoldaşımın əziz xatirəsinə

 

Bu nə təlatümdü, bu nə dəhşətdi?

Sənin yoxluğuna inanmıram mən.

Bir göz qırpınında sən yoxa çıxdın.

Sənin yoxluğuna inanmıram mən.

 

Xatirələr məni rahat qoymayır,

Gah dağa endirir,gah da arana.

İndicə burdaydın, nə tez yox oldun?

Sənin yoxluğuna inanmıram mən.

 

Görəsən biz nədən bilək bu sirri?

Sənin qədərin bura kimidir.

Səndə nə günah var, məndə nə günah?!

Sənin yoxluğuna inanmıram mən.

 

Hər gün gözləyirəm- yenə gələcək

Astaca qapını özü döyəcək.

Şirin salam verib, sözün deyəcək

Sənin yoxluğuna inanmram mən.

 

Üç qızın bir oğlun ata istəyir,

Körpə nəvələrin baba istəyir,

Sevimli dostların səni gözləyir,

Sənin yoxluğuna inanmıram mən.

 

Əziz kəslərimin gözü yoldadır,

Sənsiz keçən günüm ahu-zardadır,

Sənin yoxluğuna inanmıram mən.

Sənin yoxluğuna inananmıram...

 

 

Məryəm İsmayılova

 

Ədalət.- 2010.- 31 iyul.- S. 11.