BAŞ DAŞINA YAZILAN ŞEİR
Qızımın xatirəsinə
Sən bahar fəslində saralan gülüm,
Tökülər gözümdən
yaş parça-parça,
Dərdimi Aytənim,
daşa söylədim,
Ovuldu töküldü daş parça-parça.
Sən getdin dünyalar başıma endi,
Göylər haray çəkdi, mələklər
dindi,
Ana laylasından
doymayan gülüm,
Ata laylasına qulaq as indi.
Lay-lay-lay Aytənim,
lay-lay-lay balam,
Dur səndə
atana bir layla denən,
Yumulmur gözlərim,
susmur harayım
Eşitmir qulağım
harayla denən
İstəyə, arzuya çatmayan qızım,
Atanın bükülməz
dizini yumdun,
Atasız göz yumub yatmayan qızım,
Bəs niyə əbədi gözünü yumdun.
Dur sarıl
anana, vəfasız olma,
Atan da, anan da quru
can qalıb
Darıxma, ay qızım,
darıxma balam,
Yanına gəlməyə
bircə an qalıb.
Fariz İŞIQLI
Ədalət.- 2010.- 3 iyun.- S. 7.