VƏTƏN
Könlümün
sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir,
vətənim.
Məni xəlq eyləmiş
əvvəlcə xuda,
Sonra vermiş vətənim
nəşvü-nüma.
Vətənim verdi mənə
nanü-nəmək,
Vətəni, məncə
unutmaq nə demək?!
Anadır hər
kişiyə öz vətəni,
Bəsləyib sinəsi
üstündə onu.
Südüdür kim,
dolanıb qanım olub,
O mənim sevgili
cananım olub,
Saxlaram gözlərim
üstə onu mən.
Ölərəm əldən
əgər getsə vətən.
Vətənin neməti
nisyan olmaz,
Naxələflər ona
qurban olmaz.
Vətən - əcdadımızın
mədfənidir.
Vətən -
övladımızın məskənidir.
Vətənin sevməyən
insan olmaz.
Olsa, ol şəxsdə
vicdan olmaz.
SABİR
Sabir, ey aləmi-xəlqə
tərcüman!
Ey hər anda kasə-kasə zəhr udan!
Ey qoca bir qövmə
ağlarkən gülən,
Naləsilə xalqı
dağlarkən gülən.
Gülməyində
qanlı-qanlı giryələr
Hər müsəlman
könlünü məzun edər.
Qəm sənə ol qədr
təsir eyləmiş,
Giryəni hüznun
gilovgir eyləmiş.
Bir acı gülmək
olub ondan əyan,
Kəsrəti-alamını
eylər bəyan.
Şeirdə tərhi-növ
icad eylədin,
Qoqolu, hüqoları yad
eylədin.
İqtidari-şairanən
faşdır,
Sən günəşsən,
hasidin xəffaşdır.
Etmərəm qaib səvadi-naməni,
Ruhbəxş asari
-novki-xaməni.
Xatirim şerinlə
şirinkamdır,
Layiqi-təqdiri-xassü
amdır
Tərzü üslubi-bəyanın
sadədir,
Cəzbi-qəlb etməkliyə
amadədir.
Xassdır bu
şiveyi-rövşən sənə,
Mərhəbalar, Sabirim,
əhsən sənə!
Ey mücəssəm duyğu,
ey ülvi bəşər,
Ey çamurluq içrə
düşmüş saf zər.
Tənü lən eylərsə
hər nadan sənə,
Ya müsaid olmasa dövran sənə.
Qəm yemə,
təxfif ver alamına,
Az çəkər,
heykəl yaparlar namına.
YAY GECƏSİ
Axşam oldu, gün
batdı, şamlar yandı,
Ta səhərdən
axşamacan durmadan.
Gün altında tər
tökərək çalışan,
Əkinçilər,
biçinçilər uzandı.
Yorğun-arğın hərə
bir yanda yatır.
Hər şey sakit, hər
yer səssiz-səmirsiz,
Ancaq hünü,
milçəklərin vız-vızı,
Bu sükutu pozur... Əkinçi
qızı.
Uykuda bürküdən,
milçəkdən girsiz,
Qollarını buyan, o
yana atır.
Var bu kənddə yenə elə yoxsullar,
Nə cütü var, nə
kotanı, nə kəli.
Ölmək istər,
yetişməyir əcəli,
Allahpayı dilər,
ağalar, zoqquldar.
Axşamacan
xırmanları dolaşır.
Ey insanlar, fərz
deyilmi, bizlələrə,
Rəhm eyləmək, əl
tutmaq acizlərə?
Onların da var buz kimi
ürəyi,
Bir arzusu, bir eşqi,
bir diləyi.
Onlar sizdən
daha artıq çalışır,
Yaşamaqçın hər
zəhmətə alışır.
QIŞ
Bir az əvvəl
sağa-sola uça-uça fırlanan,
Parça-parça
qarlar indi yavaş-yavaş düşüyor.
Buruq-buruq bacalardan
çıxır tüstü, ağ duman,
Küçələrdə
it soyuqdan zingildəyir, üşüyor.
Hərdən külək
qalxır, yerdən qarı qapıb sovurur,
Gəlib - gedən
insanların üz-gözünü qovurur.
Dağı, daşı
qar büsbütün ağ kəfənə
bürümüş,
Pəncərənin
şüşələri bu bağlayıb donmuşdur.
Dəyirmanın,
bulaqların suyu donmuş, qurumuş,
Sərçə,
dolaş yem axtarır, qar üstünə qonmuşdur.
Dövlətlilər
isti evdə rahat yeyib yatırlar,
Un almağa
ac, yanıqlar paltar-palaz
satırlar.
Allahpayı diləyəni
acıqlanıb söyürlər,
"Allah versin, get kəsb
elə" deyib hər kəs rədd edir.
"Acam, donub ölməkdəyəm"
desə, qovub döyürlər.
Bir deyən yox fəhləliyə
bunlar getmir, kim gedir?
Bu yazıqlar deyilmidir
fabriklərdə çalışan,
Lağımlarda
külüng çalan, zəhmətlərə
alışan?!
CÜCƏLƏR
Cücələrim birər-birər,
Suyu görüb yavuq gələr,
İçər, gedən
eşələnər.
Yeyər, içər
cücələrim,
Doyub qaçar cücələrim.
Cücələrim
lümək-lümək,
Qanadları gödək-gödək,
Yem axtarır, tapar yemək,
Yeyər, içər
cücələrim,
Doyub qaçar cücələrim.
Gecə dönəndə
gündüzə
Cücələrim gəzə-gəzə,
Səhər hindən
qaçar düzə,
Yeyər, içər
cücələrim,
Doyub qaçar cücələrim.
Cücələrim bəzəklidir,
Bəzəklidir, düzəklidir,
Sarı,
çil-çil, hər rənglidir,
Yeyər, içər
cücələrim,
Doyub qaçar cücələrim.
TƏNBƏL
Çox yatma, dur, a tənbəl,
Yatsan olar iş əngəl.
Gün dağlara
yayıldı,
Hər bir yatan
ayıldı.
Yar-yoldaşın səhərlər
Tez məktəbə gedərlər.
Sən çəştədək
yatırsan,
Pal-paltarın
atırsan.
Xeyrü şərin
qan, oğlum,
Öz halına yan,
oğlum.
Bir azca himmət eylə,
Bir azca qeyrət eylə.
Hər kim dilər
şad olsun,
Getsin çalışqan olsun.
AYI VƏ ŞİR
Əlbir olub bir ayı bir
şiri lə,
Ovladılar
dovşanı tədbir ilə.
Olmadılar razı onu
bölməyə,
Çıxdı iş
axır ölüb-öldürməyə.
Çeynədilər,
dişlədilər, diddilər.
Bir-birini al qana qərq
etdilər.
Özlərini taqətdən
saldılar,
Hər biri bir səmtə
düşüb qaldılar.
Tülkü uzaqdan
görüb ol haləti,
Bildi ki, yox heç
birinin taqəti.
Gəldi
götürdü ovu, etdi fərar,
Həsrət ilə
baxdı dalınca bular.
KÖÇ
Səhər-səhər
yaz çağı,
Köçür oba
yaylağa.
Gəlinlərin
balağı,
Batır lilə,
batdağa.
Arvad, kişi, oğlan,
qız,
Gön
çarıqlı, başmaqlı,
Gedir qoruq-qaytaqsız
Gəlin, qızlar
yaşmaqlı.
Qoyun, quzu, at, eşşək,
Salmış
çölə qalmaqal,
Dəvə, maya, nər,
köşək,
Lökləyirlər
dalbadal.
Kişi əlində
çomaq,
Sürür
yüklü öküzü.
Dəvə üstə
bir uşaq
Çox oxuyur bu
sözü.
"Ağ dəvə,
alçaq gedər,
Qolunda qolçaq gedər.
Ağ dəvənin
gözləri,
Yerə dəyər dizləri.
Endi çaya yuh-yuh,
Ağca maya yuh-yuh".
ABBAS SƏHHƏT
Ədalət.- 2010.- 5 iyun.- S. 20.