Xınalıq - açıq səma
altında muzey
Şimaldan Şahdağ, Şimal-Şərqdən Qızıl Qayada yerləşən Heydər Zirvəsi, Şimal - Qərbdən Tufan Zirvəsi, Cənub - Qərbdən Qiblə dağı ilə əhatə olunmuş qədim Xınalıq... Ötən qərinələrdə"şəhərləşən", "kəndləşən", "yenidən şəhərləşən" Xınalıq... Qubanın qədim yaşayış məskənlərindən biri kimi, 4 minillik tarixi olan, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıqda hazırda 1500 nəfərə qədər əhali yaşayır. Maldarlıqla məşğul olan Xınalıq camaatının bir neçə minillik tarixi ənənəsi var. Maddi mədəniyyətlə yanaşı, mənəvi mədəniyyət nümunələri, qədim adət-ənənələr də qorunub saxlanmışdır.
Qədim mədəniyyət məskənlərindən biri olan Xınalıq özü səma altında açıq muzeydir. Uca dağların ətəyində yerləşən bu kəndinhər daşında, sanki qədim, bir sirli tarix yaşayır. Bir neçə yüzillik yaşayışevlərini seyr etdikcə keçmişdə bu kənddə baş verən şirinli-acılı hadisələrin izlərini görür, əsrlərlə növbələşə-növbələşə, mərhələ-mərhələ ulu bir tarix yaşandığını düşünürsən. Kəndin əhatəsində olan çox qədim qəbristanlıqlar, türbələr, qədim qəbirüstü abidələr, daşlar üzərindəki yazılar bu kəndin uzaq tarixini "seyretməyə" imkan yaradır. Fikirləşirsən: əgər çoxəsrlik hadisələrin şahidi olan buabidələr, daşlar dil açıb danışsaydi, qədim mədəniyyətimizin bu günə qədər açılmamış cox sirrlərindən biz xəbərdar olardıq, dünya mədəniyyəti daha da zənginləşərdi...
Bu yerin tarix və mədəniyyətinin çox cüzi bir hissəsini özündə cəmləşdirən və kəndin mərkəzi hissəsində yerləşən Xınalıq Tarix - Etnoqrafiya Muzeyini 2001-ci ildə kənd ağsaqqalı Xəlil-Rəhman Abdürrəhman oğlu yaratmışdır. Xəlil - Rəhman Cabbarov camaatın köməyi ilə kolleksiya yığmış və muzeydə cəmləşdirmişdir. 160 kvadratmetrlik iki zaldan ibarət olan bu muzey, sanki "Muzey içərisində muzey"dir.
Ekspozisiyada eksponatlar qarışıq yerləşdirilmişdir. Muzeyin binası qədim qalanı xatırladır. Girəcəkdə Xınalıq şairi Rəhim Alxasın əsərləri düzülmüşdür. Şairin öz doğma kəndinə sıx bağlılığını əksetdirən bir şer diqqətimizi cəlb edir:
Bahar çağı
Xınalığım,
Girən zaman dondan-dona,
Dəyişmərəm bu kəndimi,
Yüz Parisə,
min Londona.
Xınalığın digər yaradıcı adamlarının və şairlərinin əsərləri
də maraq doğurur. Birinci zaldakı eksponatlar
arasında qoyun bağırsağından toxunmuş,
XIX əsrə aid kilə,
müxtəlif taxıl
ölçən üçün
səbətlərkəndin taxılçılıqla məşğul
olduğundan xəbər
verir. Kətan parçalar və
digər geyim əşyalarının işlənilməsində
istifadə edilən qədim alətlər kolleksiyası da Xınalıqda parça,
xalça istehsalının
mövcudluğunusübut edir.
Biçinçilikdə istifadə olunmuş
müxtəlif ölçülü
oraq nümunələri
diqqəti cəlb edir. Çarıqlar və digər
ayaq geyimləri Xınalıqda dəri məmulatlarının istehsalını
göstərir. Müxtəlif ölçülü kotanucluqlar
əkinçiliyin inkişafına
sübutdur. Ekspozisiyada
XVII - XIX əsrlərə aid dəvə və at üzəngiləri də
var. At buxovları, yabalar və digər kənd təsərrüfatı nümunələri
XVIII - XIX əsrlərə aiddir.
Maraq doğuran
nümunələr içərisində
XVIII-XIX əsrlərə aid müxtəlif ölçülü,
üzərində təsvirləri
olan xurcunlar, gəbələr, namazlıqlar,
corablar, uşaq geyimləri, qurşaqlar, pul kisələri təbii rənglərlə
boyanmış, yundan
toxunmuşdur.XIX əsrə aid daş ütülər də diqqətçəkəndir.
Kənd təsərrüfati bitkilərinin
çəkisini təyin
etmək üçün
muzeydə qorunan qədim tərəzilər
həm xarici görünüşü, həm
də zahiriməzmunu baxımından maraq doğurur. Onlar forma etibarı ilə
simmetrikquruluşa malikdir.
Çox
nadir əşyalar sırasında
XIX əsrə aid saz Xınalığın orta
əsrlərə aid musiqi
mədəniyyəti nümunəsi
kimi qəbul edilir.
Zalın baş tərəfində
qədim, nadir əlyazmalar
və daşbasmalar nümayiş etdirilir. XII - XIX əsrlərə
aid zəngin kitab kolleksiyası tarixi, dini, təbiət,etnoqrafiya,
dil baxımından əhəmiyyətlidir. Bu əsərləriçərisində bədii ədəbiyyat nümunələri də
vardır. Bu mənbələrdən bir
daha aydın olur ki, ayrı-ayrı
dövrlərdə Xınalıq
əhalisi müxtəlif
mərkəzlərin məktəb
və mədrəsələri,
elm ocaqları ilə əlaqələryaratmış və eyni zamanda
Xınalığın özündə
də belə məktəb və mədrəsələr fəaliyyət
göstərmişdir. XVIII əsrə aid yerli ustaları tərəfindən orijinal
naxışlarla bəzədilmiş
sandıq Xınalığın
ailə-məişətmərasimləri nümunəsidir. Müxtəlif dövrlərdə düzəldilmiş
belə sandıqlar və məişət əşyaları gəlinə
cehiz verilərdi.
Eksponatlar arasında XVII-XVIII əsrlərə
aid təqvimlər də
nümaiş etdirilir ki, bu da
Xınalıqda astronomik
müşahidələr aparıldığını
təsdiq edir. Xınalıqlı
dini alim, Şamaxı mədrəsəsinin
məzunu vəhəmin
mədrəsəsinin müəllimi
olmuş Əhməd Əfəndinin öz müəllim və tələbələri ilə
çəkdirdiyi fotoşəkil
Xınalıq ziyalılarının
maarifçifəaliyyətini nişan verir.
Nümunələr içərisində məişət
əşyalarını, yorğan-döşək
yığmaq və atla aparmaq üçün
XIX əsrə aid məfrəş
diqqəti cəlb edir. Məlum olur ki, belə məfrəşlərdən
həm yaxın, həm dəuzaq yerlərə müxtəlifməqsədlərlə
səyahətlər zamanı,
köçmək məqsədi
ilə də istifadə edilirmiş.
Muzeydə XVIII-XIX əsrlərə aid misdən hazırlanmış
müxtəlif ölçülü
samovarlar qorunur. Çox təəssüf ki, samovarlarıdüzəldən ustaların
adları əks etdirilməmişdir. Burada müxtəlif
tarixi dövrlərə
aid kağız pullar və sikkələr də nümayiş etdirilir. XX əsrə
aid ağacdan hazırlanan
kilə nadir eksponatlar
sırasındadır.
XVIII - XIX əsrlərin
Xınalıq zərgərləri,
dəmirçiləri və
duluzçuları tərəfindən
zəngin bəzəklər
həkk edilmiş mis zəncirlər, sinilər,kəfkirlər, qaşıqlar, camlar, süzgəclər, sərpuşlar,
məcməyilər, parçlar,həvəngdəstələr,
saxsı küplər,
dolçalar maraqlı
bədii sənətkarlıq
nümunələridir. Saxsıdan hazırlanmış
çıraqlar, dolçalar,
camlar 500 - 600 illik tarixə malikdir.
XIX əsrə aid dəstəmaz
almaq üçün
mis ləyən, XVII əsr ustaları tərəfindən hazırlanmış
mis qazanlar, səhənglər ekspozisiyanı
daha da zənginləşdirir.
Maraqlı nümunələr içərisində
müxtəlif tarixi dövrlərdə neftdaşımaq
üçün istifadə
edilmiş küp qablar Xınalığın
başqa şəhərlərlə,
yaşayış yerləri
ilə əlaqəsini
təsdiqləyir. Müxtəlif tarixi dövrlərdə
istifadəedilən körüklər,
dəmirçi ustalarınfəaliyyətini
sübut edir. Taxıl döymək üçün
vəllər Xınalıqda
taxılçılığın geniş yayıldığını
sübut edir. Arıçılığın inkişafını göstərən daşlaşmış
arı pətəkləri
nadirliyi ilə seçilir.
XV-XVIII əsrlərə aid daş
kitabələr isə
dərin maraq doğurur. Qəbirüstü abidələrdə öz əksini tapan belə yazılar bir daha göstərir ki, Xınalıqda qədim xəttatlıq mədəniyyəti də
olmuşdur.
Xınalığın ayrı-ayrı tarixi dövrlərdə kənar
həmlələrdən qorunması
üçün ustalar
tərəfindən hazırlanan
silahlar bu günə çatıb. Bu eksponatlariçərisində
naqanlar, tüfənglər,
müxtəlif ölçülü
qılınclar,xəncərlər,nizə
ucluqları XV - XVII əsrlərə
aid digər silahlar xüsusi ilə diqqəti cəlb edəndir.
Yerli ustalarının əl işlərini özündə
əks etdirən nümunələr və fiqurlar xüsusi ilə qeyd edilməlidir. Belə mahir
əl işləri üzərində həmin
tarixi dövr hadisələrini əks etdirən çox incə naxışlar, bəzəklər həkk
olunmuşdur.
Muzeydə Xınalığın İkinci
Dünya müharibəsi
iştirakçılarının və qəhrəmanlarının
təltif edildiyi medallar da toplanıb.
Bu muzeyin kolleksiyalarına əlavə ediləcək
külli miqdarda Xınalıq nümunələri
mövcuddur, lakin təəssüf ki, bir çox dəyərli nümunələr,
qədim daş kitabələr, məişət
əşyaları və
digər zinət əşyalarıkənarda qalıb. Muzey binasının
genişləndirilməsi və
eksponatların mütəxəssislər
tərəfindən toplanması
vacibdir. Yeni muzey
binasına və mütəxəssislər qrupuna
ehtiyac var. Xınalıq
kimi qədimmədəniyyət
mərkəzinə qonaq
gələn hər bir insanın orada fəaliyyət gəstərən muzeylə
də maraqlanması təbiidir. Buna görə də bu muzeyin daha
da zənginləşdirilməsi
və fəaliyyətinin
genişləndirilməsi günün
tələbidir.
ELNUR MUSAYEV
Ədalət.- 2010.- 12 iyun.- S. 18.