Qərbdən doğan günəş
15 iyun Milli Qurtuluş
Gününün ölkəmizdə bayram edilməsi artıq
ənənə halını almışdır.Hökumət
və qeyri-hökumət təşkilatlarında, idarə
və müəssisələrdə rayon və
şəhərlərimizin hər yerində xalq öz milli
liderinə, Azərbaycan xalqının ləyaqətli oğlu
Heydər Əliyevə hörmət və ehtiramını,
ümumxalq məhəbbətini göstərir, Ulu
öndərimizin çərçivəyə sığmayan
fəaliyyətindən danışır, onun Azərbaycan
dövlətinə, Azərbaycan xalqına etdiyi xidmətin
əzəmətindən söhbət açırlar. Bu qəbildən olan tədbirlərdən biri də "Sabitlik və İnkişaf Mərkəzi"
qeyri-hökumət təşkilatının
keçirdiyi toplantıdır.
Bakı Əyləncə
Mərkəzində keçirilən
tədbir bir çox xüsusiyyətlərinə
görə ibrətamiz
və unudulmaz idi. Adlı-sanlı elm, mədəniyyət,
səhiyyə işçiləri
və digər ziyalıların bura dəvət olunması təşkilati baxımdan
hərtərəfli düşünülmüş
rəsmi və bədii hissədən ibarət olan tədbiri, bu gün Azərbaycan kinosunda və teatr səhnəsində parlaq istedadı ilə fərqlənən, cəmiyyətimizdə
tutduğu mövqeyə
görə xüsusi çəkiyə malik olan, xalq artisti
Nurəddin Mehdixanlı
idarə edirdi. Bildirməliyik ki, tədbirin
keçirildiyi qonaq salonu və səhnəsi yüksək
zövqlə, peşəkarlıqla
hazırlanmış, ideoloji
təbliğat vasitələrinin
düzgün yerləşdirilməsi
və nümayiş olunması məqsədəuyğun
şəkildə xoş
təsir bağışlayırdı.
"Sabitlik və inkişaf dövlət siyasətimizin qayəsidir" Heydər Əliyevdən gətirilən
bu sitatın səhnədə yazılması
manitorinqdə nümayiş
olunan Ulu öndərimizlə bağlı
xatirə fotoları həmahənglik təşkil
edirdi. Salonda isə Heydər Əliyevə həsr edilmiş kitablardan ibarət sərgi, "Şərəfli ömür
yolu", "Xalqın
tükənməz sevgisi"
və "Əlçatmaz
zirvə" adda üç fotolöhvə
qonaqların diqətini
cəlb edirdi. Qonaqları salamlayandan sonra giriş sözü deyən Mərkəzin icraçı direktoru, Mədəniyyət və
İncəsənət Universitetinin
baş müəllimi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Yasəmən Hacıyeva "Milli Qurtuluş günü"nün Azərbaycanın yeni tarixində ən böyük tarixi hadisə olduğunu göstərdi
və Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısında xidmətlərinin
əvəzsiz olduğunu
faktlarla dedi. Sonra çıxış
üçün söz
"Sabitlik və inkişaf Mərkəzi"nin idarə heyətinin rəhbəri Rasim Məmmədova verildi. Rasim müəllim Mərkəzin
həyata keçirdiyi
işlərdən qısa
arayış verib tədbirin həsr olunduğu "Milli Qurtuluş" gününün
qeyd olunmasının sosial-siyasi əhəmiyyətindən
danışdı. O, dedi:
- "Milli Qurtuluş
günü"nün
qeyd olunması Heydər Əliyev siyasi kursuna olan böyük hörmət və ehtiramın nümunəsidir.
Heydər Əliyev bir şəxsiyyət kimi tarixdə təkrarolunmaz və əvəzolunmazdır. Onun
Azərbaycan tarixində
rolu çox böyükdür. Azərbaycanın
müstəqil dövlət
kimi inkişafı və möhkəmlənməsi
Heydər Əliyevin adıyla bağlıdır.
Fəlsəfə
elmləri doktoru, professor, millət vəkili Jalə
Əliyeva, xalq şairi Söhrab Tahir, Milli
Təhlükəsizlik Nazirinin keçmiş müavini,
təqaüdə olan general-mayor Bahadur Hüseynov, Milli
məclisin iqtisadiyyat daimi komitənin sədri akademik Ziyad
Səmədzadə, Nizami RPİ-nin rəisi, polis polkovniki
İsmail Əsədov, "Neftçilər"
xəstəxanasının cərrahiyyə
şöbəsinin müdiri, tibb elmləri doktoru, professor
Rəşad Mahmudov, Qeyri-hökumət təşkilatları
forumunun sədri Rauf Zeni, professor Nizaməddin
Şəmsizadə və başqaları öz
çıxışlarında ümummilli liderimiz Heydər
Əliyevin 17 il bundan əvvəl xalqın tələbi
ilə ikinci dəfə hakimiyyətə gəlməsini
və Azərbaycanı düşdüyü böyük
bəladan, yəni müstəqilliyimizin,
dövlətçiliyimizin itirilməsi təhlükəsi
ilə üzləşdiyimiz bir bəladan xilas etdiyini
söylədilər. Qeyd edək ki,
"Sabitlik və inkişaf Mərkəzinin"təsis etdiyi qızıldan "Əbədi
lider" Heydər Əliyevin şəkli həkk olunan döş nişanı ilə təltif olunan millət vəkili Jalə Əliyeva, polis polkovniki Ismail Əsədov və doktor Rəşad Mahmudov dövlət və xalq qarşısında,
elm, səhiyyə
və hüquq mühafizə sahəsində
hər biri fərdi xidmətlərinə
görə fərqləndikləri
üçün Mərkəzin
ödülünə layiq
görüldülər və
əbədi olaraq
"Əbədi lider"
qızıldan olan döş nişanının
layiqli sahibi oldular. Doktor Rəşad Mahmudov öz çıxışında
qeyd etdi: - Azərbaycan tarixinin ən şanlı səhifələrindən
birini əks etdirən "Milli Qurtuluş" günü
münasibəti ilə
təşkil olunan bu mötəbər tədbirdə qızıldan
"Əbədi lider"
döş nişanının
mənə təqdim olunması Heydər Əliyev ideyalarının
həyata keçirilməsində,
yəni, xalqımızın sağlamlığı sahəsində
gördüyüm və
görəcəyim işləri
daha səmərəli
yerinə yetirmək üçün inamım,
qüvvəm və ümidim daha da davamlı, dayanıqlı olması üçün böyük
ruh yüksəkliyi ilə çalışacağam.
Heydər Əliyevlə
bağlı nə varsa, mənim üçün bir vətəndaş kimi əziz və doğmadır. Heydər Əliyev Azərbaycana günəş kimi doğmuşdur. Sönməz
əbədi bir günəş kimi. Günəş Azərbaycana
həmişə şərqdən
doğub. Ancaq
1993-cü ildə Günəş
Azərbaycana Qərbdən,
yəni Naxçıvandan
doğdu. Zülmətdə,
bataqlıqda olan Vətənimizə bir nur saçdı. Vətəndaş müharibəsinin
qarşısını aldı.
Xaos və özbaşınalığa son
qoydu. Milli dövlətçiliyə olan
təhlükəni sovuşdurdu
və bu gün Azərbaycan dünya ölkələri
arasında xüsusi çəkisi olan bir dövlət kimi yeni inkişaf
mərhələsindədir.
Sonda
Mədəniyyət və İncəsənət
ustalarından Niyaməddin Musayev, Yaqub Zurufçu,
Məleykə Əsədova, Ağadadaş Ağayev, Azər
Zeynalov, bədii qiraət ustası Xəzər Emin və
başqalarının iştirakı ilə gözəl, musiqi
sədaları və poeziya nümunələrinin təsiri
altında, Azərbaycan mətbəxinin dadlı, ləziz
təamları ilə təchiz olunmuş süfrə
ərtafında oturmuş qonaqları yüksək
əhval-ruhiyyədə gördükdə, bütün
bunları ölkə prezidenti cənab İlham Əliyevin
respublika daxilində sabitliyi və inkişafın qarantı
kimi gördüyü xidmətin bəhrəsi kimi qəbul
etmək daha ədalətli haşiyyə olardı.
Bəli, "Sabitlik
və Inkişaf Mərkəzi"nin keçirdiyi
tədbirlər yüksək, intellektual səviyyəsinə,
siyasi, mənəvi və sosial əhəmiyyətinə
görə həmişə fərqlənmişdir. Çünki Mərkəzin Idarə
heyətinin başında
dayananlar bir ənənə olaraq insanları başına, əqidəsinə görə qiymətləndirir, qəbul edir, yola salırlar. Məhz özləri yüksək əqidəli
insanlar olduqlarına görə, yüksək əqidəli insanları da "Milli Qurtuluş günü"nə
dəvət etmişdilər.
Emin Sabit
Ədalət.- 2010.- 19 iyun.- S. 7.