Sözün ucalığında

 

Sözlər də bu dünyadan nakam gedər - əgər onu yaşadan qələm sahibləri olmasa. Söz qələm sahibinin içindən keçir. Qələm sahibinin özü isə can dərdinin içindən keçir. Qələm sahibi ilə dərd bir-birinə doğmadır, bir-birinə bağlıdır. Tanınmış gənc jurnalist, "Azərbaycan" qəzetinin siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynlinin özündə , əməlində , hərəkət davranışlarında da sözün, dərdin, Vətənə sevginin, torpağa məhəbbətin gizli yolları var: hər yolun saysız-hesabsız ayrıcı da uzanıb gedir. bu ayrıclardan sallanıb axan bədii poetik ağrılar mühitə, dünyaya boylanır. Yalnız bundan sonra jurnalist İxtiyar Hüseynlinin fərdi keyfiyyətləri, yaradıcılıq aləmi aydın görünür.

Onda söz adi nəfəsdən, adi səsdən yaranır. söz cümlə ilə ifadə edilənədək səs kimi onun duyğularında gəzir. İxtiyar Hüseynli dərdli səsi duyğularının içərisində köklənib.

Daxildəki duyğular çoxlaylıdır. Bu duyğular çeşid-çeşiddir: səsli duyğular, səssiz duyğular var. Məhəbbətin, eşqin məkanına söykənən kədər duyğuları, qəm duyğuları var. Sevinc duyğuları var: qəmi sevdiyindədir.

İxtiyar Hüseynlidə səssiz haraylar var ki, içərisində aləmlərin ağırlığını özündə saxlayır. Bu ağırlıqdan onun ünü ərşə qalxır. Səslənib haraya çağırmır.

Bir ağır söz də var: "Dərdi çəkənin dəryalarca qəmi var". Bəs bu qəmləri çəkən kimdir? Bu qəmləri çəkən, əlbəttə o özüdür, söz sahibidir.

Sözün kamana yetməsi çətin məsələdir. İxtiyarın sözləri hələ kama yetməyib: çünki hələ fəryad qoparan yurd-yuvalar var, ağı deyən gəlinlər var, analar var. Söz qovuşuğunda nalələr qoparan ellər - Qarabağ var.

Haşiyə: Özü Bakı şəhərində dünyaya göz açsa da, valideynləri Ağdam rayonunun Gülablı kəndində anadan olub, 1977-ci il iyun ayının 20-də (görünür mən də Əkizlər bürcündə doğulduğum üçün xasiyyətlərimiz bir-birilə tutur. Amma İxtiyar hərdən zarafata salıb deyir ki, onunla yola getmirəm). Paytaxtda yaşamasına baxmayaraq, gülablılı kimi boya-başa çatıb, böyüyüb. Tofiq Məmmədov adına 239 saylı orta məktəbi əla qiymətlərlə oxuyub. 1992-ci ildən Həbibbəy Mahmudbəyov adına texniki-humanitar elmlər liseyinə daxil olub orta təhsilini akademik, dünya səviyyəli alim Azad Mirzəcanzadənin rəhbərlik etdiyi bu məktəbdə davam etdirib.

Jurnalist olmaq istəyi hələ yeniyetməlik illərindən onu rahat buraxmayıb. Elə bu həvəslə ali məktəbə daxil olub, jurnalist ixtisasına yiyələnib. Fəal jurnalistikaya isə 1997-ci ilin avqust ayında "Yeni Azərbaycan" qəzetinin səhifələrindən başlayıb. Əvvəlcə müxbir, sonra siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb. 21 yaşında, yəni 1998-ci ildə həmin qəzetdə baş redaktorun birinci müavini vəzifəsinə təyin edilib. Beləliklə, qələmini sınadıqca, fəaliyyət dairəsini artıırdıqca tanınmağa başlayıb - İxtiyar Hüseynli kimi!

2001-ci ilin dekabrından fəaliyyətini "Lider" telekanalında davam etdirən İxtiyar Hüseynli şirkətin xəbərlər xidmətində reportyorluq, "167-ci saat" verilişində şərhçilik edib. "Sədadan sonra" gündəlik ictimai-siyasi tok-şounun müəllif-aparıcısı olub. Daha sonra fəal jurnalist kimi şirkətin "Azərbaycan" redaksiyasında redaktor (ssenari müəllifi) vəzifəsində çalışıb. Həm neçə-neçə sənədli filmin müəllifi olub.

İxtiyar Hüseynli həm Azərbaycan Dövlət İdarəçiliyi Akademiyasının məzunudur. O, 2002-ci ilin may ayından ölkənin yeganə rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzetində parlament siyasət şöbəsinin redaktorudur.

Bu təqdimatı niyə etdim? Etdim ki, 33 yaşlı jurnalist hansı əziyyətlərdən keçərək bu mərtəbəyə yüksəlib.

Söhbətimin əvvəlində səsdən, sözdən danışdım. İndisə nəfəs barədə məlumat vermək istəyirəm. Onun qor saçan içərisində titrəyən nəfəslər var. O nəfəslər ki, hər zərrəsi bir sirrdir.

İxtiyar Hüseynli çağdaş jurnalistikamızda, bədii söz yaradıcılığında bir yazar kimi öz sözünü deyib. Məqalə və oçerklərinin bədii qayəsində aydınlıq onun lirik duyğularının aydınlığıdır.

İxtiyar Hüseynli yaradıcılığında sözün bir rəngi var. Elə səsin bir rəngi var: səs - ruhun nəfəsidir. Bu yaradıcılıqda müqəddəs bir sevgi hissi var - bu sevgi onun yaşantılarının səsidir. Söz haqqında da, səs haqqında da, sevgi haqqında da çox deyilib, çox yazılıb. qədər deyilsə , yazılsa da, onların hikmətinin zərrələrini aça bilməyiblər. Amma İxtiyar Hüseynli yaradıcılığı bu zərrələri açmaqda müəyyən suallara cavab verir.

O öz yazılarında sevgi ilə bərabər, səsin və sözün gücünü yaşayır. Səsin ağrısı ilə ruhun ağrısı arasında bir sirr var.

Bax, budur, İxtiyar Hüseynli şəxsiyyətinin məğzi, fəlsəfəsi, ruhu, sevgisinin gücüg Məqsədi yolunda ağrıyan başı, gözü, ürəyi yox, məhz ruhudur. İxtiyarın jurnalistikası ilə tanışlıq zamanı hiss etdim ki, o, hər hansı məqaləni yazarkən qəlbinin ağrılarını unudur. Ağrıların səsini sözlərə, cümlələrə, abzaslara hopdurur.

Sözarası: Yaradıcılığında siyasi təhlillərə, ictimai araşdırmalara, sosial problemlərə geniş yer verən bu jurnalistin publisistikasında Qarabağ itkisini, Ağdam həsrətini, Gülablı yanğısını görməmək, hiss etməmək olmur. Bu yazılarda onun öz ruhu ilə əlləşdiyini görürük. Onun ruhani duyğuları ağrıları özünə hopdurub. Nəfəsin , duyumun da öz mənası var. İxtiyar Hüseynli bu mənaları öz içində yaşadır.

Sözarası: Görünur, 2006-cı ildə Müqəddəs Məkkeyi-Mükərrəməni ziyarət edib Hacı titulunu qazanmaq da bu daxili hiss və tələbatların təzahürüdür. Ziyarət zamanı ulu Tanrının qarşısında yeganə arzusu və diləyi Qarabağın azadlığı olub.

Qeyd edək ki, səsin kəlamı var - onu Hacı İxtiyar duyur. O, səsin rəngini tam görür. Bu da sevginin səsidir, rəngidir. Bu səsi, rəngi eşitməklə, görməklə duymaq arasında fərq var - duymaq ancaq şairlərin, bəstəçilərin, laylalı dillərin hikmətindədir. Hər eşidilən duyulmaz, hər görülən hiss edilməz, hər duyulan da, hiss edilən sehir deyil.

Söz kəməndi həmişə səksəkə gətirər. İxtiyarın söz kəməndi ən dəlisov, ən qaçağan kəhərləri ram etməyə qadirdir. Mənalar, obrazlı, məcazi sözlər onun yaradıcılığında bir-birinə qüvvət verir, beləcə, söz düyünü açılır

Onun iç dünyasında çox fəryad var: Təbrizdən Kərkükə, Qarabağdan İrəvana, Dərbənddən Borçalıya gedən qəm, dərd karvanına qoşular. Hamımız bilirik ki, zəncirlənmiş köpəklər Azərbaycan torpaqlarının canına daraşıblar. Şuşadan, Laçından, külli Qarabağdan, vaxtilə verilən İrəvan torpaqlarından elə zəncirlənmiş köpəklərin məskunlaşdıqları ellərə ağı deyən dillərin səslərində qəm düyünləri bağlanıb. İnanırıq ki, Hacı İxtiyar Hüseynli qarşıda hələ çox zirvəni fəth edəcək, Azərbaycana, Ağdama, Gülablıya daha böyük şərəf gətirəcək.

 

 

Daşdəmir ƏJDƏROĞLU

 

Ədalət.- 2010.- 19 iyun.- S. 13.