ONLARIN DÜNƏNİ:
R.İBRAHİMBƏYOV:
"BU BİZİM NƏSİL ÜÇÜN SON
İMKANDI"-1
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın
dünəni.
Dünən onlar kim
idi,hardaydılar və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl
üçün ibratamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN insanlarının
keçdiyi yol, bu gün üçün son dərəcə
kərəkli və daha qabarıq görünməkdədi.
Bu gün davamı
önümüzdəki həftələr də
yayınlanacaq yazıyla Xalq yazıçısı Rüstəm
İbrahimbəyovun DÜNƏNKİ KİMLİYİNDƏN
söz açmaq istərdik.Heç bir izahat vermədən
dünyamızda izi qalan insanlardan biridi Rüstəm
İbrahimbəyov.
Bu günləri gətirənlərin
sırasında ilklərdəndir.
Eynən bu rubrikada daha
kimlər olacaq.İzləməyə dəyər.
DAĞIDICI MODEL
"Kino
istehsalının və film prokatının yenidən
qurulmasının əsas prinsipləri və istiqamətləri"
SSRİ Dövlət Kinematoqrafiya Komitəsi və SSRİ
kinematoqrafçıları tərəfindən təsdiq
olunmuş "Kinematoqrafın baza modeli" Azərbaycan Kino sənətində
yaradıcılıq və istehsal sahəsinin fəaliyyətinin
istiqamətini müəyyənləşdirəcək. Bu
modelin həyata keçirilməsi məsələsi və
ötən ilin yaradıcılıq yekunları Azərbaycan
kinematoqrafçılarının son plenumunda (may, 1987) əsas
söhbətlərdən olmuşdur. Kinomuzun gələcəyi
və bu vaxtadək görülən işlər və bu
işlərin nəticələri həmin plenumda iştirak eləyən
kino sənəti işçilərinin söhbətlərində,
çıxışlarında öz əksini
tapmışdır.Yeni model kino yaradıcılarından yeni
baxım və yeni yaradıcılıq bazası tələb
eləyir. Çıxışlarda qeyd olunmuşdur ki, biz hər
şeyə yenidən baxmalı, əlimizdə olan
imkanlarımızdan maksimum istifadə etməli və yeni ruhlu
əsərlər yaratmağa çalışmalıyıq.
Bu vaxta qədər çəkilmiş əsərlərin bəzisində
çox şeylər gizlədilmiş və yaranmış əsərlərdən
çoxu əsil sənət baxımından partiya və
hökumətin istəklərindən kənarda olmuşdur. Əsil
sənət əsərləri hardasa kino prokatların rəflərində
toz içində qalmış və ikinci dərəcəli
kinoşəkillər geniş tamaşaçı kütləsinin
zövqünə enmişdir, onların tərbiyə
olunmasında əhəmiyyətli olan filmlər "gizli"
saxlanılmışdır. Plenumda qeyd olunmuşdur ki, "Azərbaycanfilm"
kinostudiyasının təsərrüfat hesabına keçməsi
üçün əməli tədbirlər
hazırlanması başa çatmaq üzrədir. Göstərilmişdir
ki, yeni modelin prinsipləri əsasında "Debüt"
eksperimental yaradıcılıq studiyası mühüm rol
oynamalıdır.
Azərbaycan
Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin
birinci katibi E.Quliyevin məruzəsində, kino işçilərinin
söhbətlərində, o cümlədən SSRİ
Kinematoqrafçılar İttifaqının İdarə heyətinin
katibi R.İbrahimbəyovun məzmunlu
çıxışında haqlı olaraq qeyd olunmuşdur ki,
janr-tematika rəngarəngliyinə baxmayaraq "Azərbaycanfilm"in
bir sıra əsərləri zamanın tələblərinə
kifayət qədər cavab vermir, onların bədii-təsviri
həlli sahəsində tərəqqidən əsər-əlamət
yoxdur.
MİİLİ KİNO VƏ ONUN SİFƏTİ
Rüstəm İbrəhimbəyov:
İndi həyatımızın bütün sahələrində
olduğu kimi kinomuzda da yenidənqurma gedir. Biz kinoda yenidənqurmanı
necə başa düşürük və bunu necə həyata
keçirəcəyik? Məsələ bundadır ki, əvvəlki
illərə nisbətən, daha dəqiq desək, əvvəlki
illərdən fərqli olaraq indi ssenarilərin qəbulunda,
kinofilmlərin çəkilişində tamamilə yeni forma tətbiq
olunmaqdadır. Bu şübhəsiz təkcə kinomuzun
iqtisadi tərəfinə aid deyil. Əvvəllər hər
hansı bir ssenarinin taleyini təkbaşına bir redaktor həll
edə bilirdi və yaxud hər hansı bir çinovniksə
bu məsələdə öz sözünü deyirdi. Bununla da rejissor
bir yaradıcı və həlledici adam kimi qıraqda
qalırdı. İndi isə məhz rejissor bu işdə daha fəal olacaq... O həll
eləyəcək ki, nəyi çəkməli
və neçə çəkməli? Bununla
bərabər bizi daha
çox maraqlandırır ki, bu yenidənqurma
dövründə MİLLİ KİNO VƏ ONUN SİFƏTİ
necə olacaq? Bax, bu məsələ bizi çox düşündürür.
Nəzərə almaq lazımdır ki, hər şey
kökündən dəyişəndə, hər şey uçurulub yenidən
qurulanda məlumdur ki,
ən zəif şeylər daha tez təzyiqə məruz qalır. Bax, buna görə də
mən milli kino üçün bu yenidəqurmanı
ən vacib bir şey hesab eləyirəm.
Yəni, milli kinonun taleyi burada çox
tez sifətini itirə bilər. Bu məni daha çox düşündürür.
Biz bu məsələləri həll etməyə
çalışırıq, bilirsiniz ki, mən SSRİ Kinematoqrafçılar
İttifaqının katibi kimi
bu işə məsulam. İndi
müxtəlif tədbirlər təklif olunur
ki, bəlkə də sovet
dövləti yaranandan bəri ilk dəfədir ki, milli kino ümumsovet
kinosunun inkişafında daha əhəmiyyətli rol
oynamağa başlayır.
Bu gün həyatımızın
müxtəlif sahələrində çox uğurla tətbiq
olunan və bəzilərinin dediyi kimi tərcüməsiz səslənən
aşkarlıq, yenidənqurma müxtəlif sferalarda, müxtəlif
tutumlarda və müxtəlif məzmunlarda səslənməkdədir.
Bu ictimai bir düşüncənin çoxdan bəri
hazırladığı vəziyyətdir, bu yetişməliydi
və nəzərə alaq ki, bu vəziyyətdən
asılı olmayaraq əsil ədəbiyyat və əsil incəsənət
elə vardı. Cəmiyyət nə qədər çətinlik
çəksə də, nə qədər çox şeylər
öz yerində olmasa da uğurlu əsərlər yaranırdı.
Yəni ayıq bir ağıl, ayıq bir düşüncə
həmişə olub və olmuşdur. Cəmiyyət hətta
ən durğun dövründə də,yəni deyək ki,
lap ən dərin yuxuda yatdığı bir zamanda da ayıq
düşüncələr öz işini görüb. Və
onlar öz vicdanlarının, öz əxlaqlarının təmizliyini
qorumağa həmişə hazır idilər. Bu gün bizim
yenidənqurma adlandırdığımız bu keyfiyyətdən
çox-çox qabaq əsil yaradıcılar heç vaxt
öz mənliyini itirməmişdi və yaşamaqda idi.
Düzdü, bu ictimai durğunluq vicdanlı adamlar
üçün çətin idi, ağır idi, çoxlu
qurbanlar olmuşdu.İndi biz müqavimətləri adlayaraq, hər
şeyə yenidən baxırıq.İndi bizim dediyimiz bu
yeniləşmə, bu təzələşmə əvvəllər
olubmu? Bəli olub. İndicə Sizin dediyiniz kimi əllinci illərin
axırlarında və altmışıncı illərin əvvəllərində
keçmiş illərdəki yumşaq hava, şəxsiyyətə
pərəstişin qalıqları ilə mübarizə məsələsi
geniş meydan aldı. Və mən özüm də məhz bu
illərdə yazıçı və şəxsiyyət kimi formalaşmağa
başladım. Çox gözəl vaxtlar idi həmin vaxtlar, cəmiyyətimizə gözəl
yazıçılar, yaxşı rejissorlar
və ümumiyyətlə qabaqcıl ziyalı, sənət
adamları bəxş elədi. Bu əsil ədəbiyyatın
və incəsənətin təntənəsi illəri idi. Çox təəssüf
ki, uzun sürmədi
və bir neçə il
çəkdi və Sizin indicə dediyiniz film də beş il gecikdi,
mən "Bir cənub şəhərində"
filmini nəzərdə tuturam,
hətta onu deyim ki, bu film
lap əvəllər düşünülmüşdü,
altımış səkkizinci ildə hazır idi,
yetmişinci illərin əvvəllərində
ekranlara çıxdı. O zaman ki, həmin film yaranmışdı, çox
çətin vaxt idi. Xüsusilə bizim incəsənət
üçün çətin
dövr idi. Və buna baxmayaraq, mənim fikrimcə, məhz həmin dövr bizim kino üçün daha faydalı və tanımlı dövürdür. Ona
görə ki, həmin illərdə Anar, Maqsud, Yusif
Səmədoğlu, Eldar
Quliyev, Oqtay Mirqasımov kimi kino yaradıcıları və ümumiyyətlə
neçə famil də deyə bilərdim. Məsələ bu ad və famildə deyil. Məsələ bundadır ki,
mən indicə adını dediyim adamlardan sonra gəlmişəm kinoya, onlar altımış beşinci ildə qurtarıblar, mən altmış yeddinci ildə ssenari kurslarını bitirdim və qəribə bir hadisə oldu. İnstitutu bitirib Bakıya
gələn kimi məni Kinematoqrafçılar
İttifaqına katib katib təklif elədilər. Təklif, təklifliyində,
gərək Moskva da bunu təsdiq
eləyəydi.
HƏSƏN SEYİDBƏYLİ DURĞUNLUĞA
QARŞI HÜSEYİN SEYİDZADƏ HÜCUMU
Beləliklə, sənədlərimi
apardım Moskvaya. Orda mərhum Həsən Seyidbəylini
gördüm. Mən bu adamı çox sevirəm, ona
böyük hörmətim var, məncə kinoda bizim indi adi
hesab elədiyimiz yeni söz deməyin yolunu məhz Həsən
Seyidbəyli açmışdı. Mənim fikrimcə Həsən
Seyidbəyli öz istedadının gücü ilə ilkin
olaraq əsil, həqiqi həyat məsələlərinə
müraciət elədi. Buna qədər bizim kinomuzda qondarma
süjetli, uydurma motivli çoxlu əsərlər
yaranmışdı. Həsən məhz özünün
"Sən niyə susursan" filmi ilə bütün bu
durğunluğunun lillənmiş suyuna daş atdı.
Yadımdadır ki, kino işçilərinin plenumlarından
birində onun yaşıdları olan və uzun müddət
eynitipli əsərlər çəkən rejissorlar hücum
çəkdilər ki, bu nə filmdi, nə əsərdi? Onun
qəhrəmanları balıq alveriylə məşğuldular.
Filmin mövzusu balıq brokonyerlərindən idi. Onlar Həsəni
danlayırdılar ki, incəsənət daha böyük məsələlərlə
məşğul olmalıdır. Sənsə böyük məsələləri
buraxıb onu heçə endirirsən.
Bu sözləri deyən
Hüseyn Seyidzadə idi. O, həmişə klassik ədəbiyyat
nümunələrinə müraciət eləmişdi və
onun çəkdiyi "O, olmasın, bu olsun"
hamımıza məlumdur. O, heç vaxt müasir mövzuda
film çəkməmişdi və onu deyim ki, onun belə
inadkarlıqla tənqid eləməsi təkcə
özünün fikri və mövqeyi deyildi. O böyük bir
nəslin ideya və mövqeyini ifadə eləyirdi. Bu təkcə
sosial bir bəla deyildi, Azərbaycan kinosu yeni istiqamətdə
inkişaf eləyirdi. Və bu düşüncələrin
içindən Həsən Seyidbəyli bir refarmator kimi
çıxış elədi. O donmuş,
durğunlaşmış təsəvvürləri
dağıtdı. Və məhz elə həmin o, filmin
ardınca "Bir cənub şəhərində" əsəri
yarandı ki, bu əsər mənim ssenarim əsasında
çəkilsə də, düzünü deyim ki, həmin
film Azərbaycan kinosunun damarında təmiz qan idi. İfadəli
əsər idi. Təkcə onu deyim ki, həmin əsər həyatımızın
elə sahəsinə toxunmuşdu ki, nə ədəbiyyatımızda,
nə də kinomuzda o sahəyə toxunan, o sahəni ifadə
eləyən olmamışdı. Bizim ədəbiyyatımız
və incəsənətimiz Bakının mərkəzi
küçələrini dolaşırdı və arabir də
kənarlara çıxırdı ki, həmin kənarlarda da
həyat üzdən, qırmızı rənglərlə
göstərilirdi. Bakı təkcə Lenin prospektindən,
Neftçilər prospektindən ibarət deyil,
BAKININ XREBTOVUSU DA VARDI...
Bakının Xrebtovusu
var, Dağlıq məhəlləsi var, Gecəqonduları
var. Bildiyiniz kimi, həmin əsər povest kimi "Drujba
narodov" jurnalında çap olunmuşdu və onu gözəl
qarşılamışdılar. Məsələ bundadı
ki, bir ədəbi əsər kimi sən deyən elə
mübahisə doğurmamışdı, ancaq bunun əksinə,
film böyük söz-söhbətə səbəb oldu. Bu əsərin
tərəfdarları da oldu, əleyhdarları da.
Çoxları deyirdi ki, kino ittifaq ekranlarına
çıxır və buna görə də lazım deyil ki,
biz öz "zir-zibilimizi" özgələrinə göstərək.
Mənim fikrimcə bu çox səhvdi. Və irinləşmiş,
çirklənmiş bir yaranı nə qədər
vaxtında kəssək bir o qədər sağlam olarıq.
(Davam edəcək)
Tofiq Abdin
Ədalət.- 2010.- 19 iyun.- S. 15.