Dünya ədəbiyyatından seçmələr Kamran Nəzirlinin tərcüməsində

 

Milli Kitab Mükafatının onluğuna düşmüş müəlliflərdən biri, tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirlinin ingiliscədən tərcüməsində Dünya ədəbiyyatından seçmələr toplusu "Mütərcim" nəşriyyatının sifarişi ilə çapdan çıxmışdır. Kitab nəfis şəkildə 500 tirajla buraxılmış, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitaba dünya ədəbiyyatının klassik və müasir nümayəndələri- C. Qolsuorsi, E. Heminqvey, Oskar Uayld, Somerset Moyem, Uilyam Folkner, Edqar Allan Po, Cek London, Qabriel Qarsia Markes və digər yazıçıların əsərləri daxil edilmişdir. "Heç kim heç vaxt ölmür" adlanan bu tərcümələr toplusunun məsləhətçisi filologiya elmləri doktoru, professor Zeydulla Ağayevdir. Topluya ön sözü filologiya elmləri doktoru, professor Telman Vəlixanlı yazmışdır.

"Heç kim heç vaxt ölmür" toplusunda Kamran Nəzirli ötən illərdə tərcümə etdiyi dünya klassiklərinin əsərləri ilə yanaşı, yazıçılar barədə geniş məlumat da təqdim edir. Kitab bu sahədə ixtisaslaşan Universitet tələbə və müəllimləri, tərcümə mütəxəssisləri üçün də faydalı ola bilər. Kitabın satışını "Mütərcim" nəşriyyatı təşkil edir və onu əldə etmək arzusunda olanlar nəşriyyata müraciət edə bilərlər.

 

 

Ədalət.- 2010.- 19 iyun.- S. 16.