GÖY ÜZÜNDƏ "GƏZƏN"
ÜRƏK...
"...Azad etmək
nə deməkdir? Mən səhrada heç
bir yerə getməyə can
atmayan bir adamı azad edirəmsə, onun
azadlığı nəyə dəyər? Azadlıq
yalnız o kəs üçündür
ki, o hara
isə can atır. Səhrada insanı azad etmək onda atəş
oyatmaq və ona quyunun yolunu göstərmək
deməkdir. Yalnız bu zaman
onun fəaliyyəti məna kəsb edər.
Əgər cazibə qüvvəsi yoxdursa,
daşı azad etmək mənasızdır.
Ona görə ki, azad edilmiş daş yerindən tərpənməyəcəkdir..."
- deyən müəllifi lap yeniyetməlik
çağlarımdan oxumuşdum. Və o vaxtlar
mənə elə gələrdi ki, mən
ya bu sətrlərin
müəllifi ilə nə vaxtsa
danışmışam - sadəcə yeri
və zamanı unutmuşam - ya da, nə bilim, sanardım ki, həyatımda
nə vaxtsa ona rəst
gələcəyəm. Amma bu gerçəklik deyildi,
ola da bilməzdi. Ən
azı ona görə ki,
mən həyata gözlərimi açanda
o çoxdan bu dünyadan köçüb getmişdi.
Bəlkə də onun Bərabərlik,
Azadlıq, Həyat, İnsanlıq... haqqında
düşüncələri, yazdıqları içimdən
xəbər verirdiyi üçün
belə zənn edirdim. Amma bir
həqiqət vardı ki, o
mənim üçün, hamı üçün "Balaca
şahzadə"ni, "Adamların planeti"ni, "Hərbi təyyarəçi"ni...
yazmışdı. Düzlüyü,
qardaşlığı, insanları, göy
üzünü, yüksəkliyi... sevən,
öləndən sonra cəsədi belə
tapılmayan, öldüyü yer çox sonralar, özü də
ehtimallarla söylənən Antuan de Sent-Ekzüperi...
UŞAQLIĞI
Antuan Mari-Roje de
Sent-Ekzüperi Fransanın Lion şəhərində 1900-cu il
iyunun 29-da köklü nəsl sayılan, qraf Ekzüperilər
ailəsində doğulub. Atası Jan de Sent-Ekzüperi
sığorta müfəttişi idi. Antuan beş
övladı olan ailənin üçüncü
uşağıydı. Qraf nəslindən olmaları
uşaqların yüksək səviyyədə təhsil və
tədbiyyə almasında böyük rol oynadı. Amma sakit həyat
tərzi keçirən ailə tezliklə böyük
sınaq qarşısında qalmalı oldu. Antuan dörd
yaşındaykən atası vəfat etdi və uşaqlar
anaları Mari de Fonkolombun tərbiyyəsi altında
böyüdülər. İlk illər Le-Manda iezuitlər məktəbinə
gedən balaca Antuan oranı bitirdikdən sonra İsveçrədə
katolik pansionda təhsil aldı. 17 yaşında isə gənc
Ekzüperi Paris incəsənət Məktəbinin arxitektura
fakültəsinə daxil oldu. Amma bununla belə o, daha
çox bədii ədəbiyyatla və qəribə də
olsa texnika ilə yaxından maraqlanmağa başladı.
Çox keçmədi
ki, belə demək mümkünsə, onun həyatında
böyük dəyişikliklər yaradan hadisə baş
verdi. Belə ki, 1921-ci ildə digər fransız gəncləri
kimi o da hərbi qulluğa çağırıldı və
təyyarəçilər kursuna düşdü. Onsuz da təbiətcə
texnikaya, uçmağa, genişliyə meyilli olan Antuan təyyarəçilik
sənətinə də yiyələndi. Təhsili haqqında
diplomunu alıb bir ildən sonra Parisə köçüb gəldi.
Bundan sonra yazmağa olan həvəsi onu qələmə
sarılmağa sövq etdi. Amma o, maddi cəhətdən
özünü təmin etmək üçün iş
axtarmaq məcburiyyətində idi. İş isə yox idi.
Böyük şəhərin sərt üzü onu
maşın alveri, kitab mağazasında satıcı...
işlərinə qədər aparıb çıxardı.
GÖY ÜZÜ
Yəqin ki, bütün bunlar bir tale imiş. Ekzüperi yalnız
1925-ci ildə Şimali
Afrika sahillərinə
poçt daşıyan
"Aeropostal"da özünə
pilot işi tapa bildi. Burada ağılı və
işgüzarlığı sayəsində özünə
böyük hörmət
və inam qazandı. Çox çəkmədi ki, Ekzüperini Kal-Cubidə aeroportun rəisi təyin etdilər. Bu işin
Ekzüperiyə bir də onda xeyiri
oldu ki, o sakitcə boş vaxtlarnda yaradıcılıqla,
ədəbiyyatla məşğuı
ola biləcəkdi.
Və olur da. "Cənub poçtu"
əsərini yazır.
Mart ayında o, Fransaya
qayıdır və Dənizçilik donanmasının
ali aviasa
kursunda təhsilini davam etdirir. Bundan sonra isə
Ekzüperiyə "Aeroposta-Argentina"nın texniki direktorluğu həvalə
edilir. Sent-Ekzüperi
burada bir sıra işləri qaydasına qoymağı bacarır və çətin sınaq uçuşları keçirməyə
müvəffəq olur.
Mülki
avaisiyadakı xidmətlərini
nəzərə alıb
onu mükafatla təltif edirlər.
Sent-Ekzüperi ilə
uçuşlarda iştirak etmiş və itkgin
düşmüş dostu Qiyomenin axtarışlarımda inadla
iştirak etməsi onun təbiətindən irəli gəlirdi.
O özü dəfələrlə qəzaya düşsə
də, bir neçə dəfə ölümün
ağzından qopsa da heç vaxt qorxu qarşısında
özünə xas olmayan addımlar atmadı. Hətta
Qvatemala üzərində qəzaya uğraynda onun sağ
qalacağı inandırıcı deyildi. Onda çoxları
belə hesab etdi ki, Ekzüperi sağalsa da yenidən
pilotluğa qayıtmaz Amma qayıtdı. Həmin il dostu Qiyome
ilə yanaşı o həm də gələcək həyat
yoldaşı Konsuelanı da "tapdı". Həmin
dövrlər Ekzüperi "Gecə uçuşu" əsərini
yazıdı. Dostluq, bəşəri duyğulardan bəhs edən
bu əsər 1931-ci ildə nəşr olundu. Və çox
böyük rəğbətlə qarşılandı.
"Femina" ədəbi mükafatına layiq
görüldü.
Ekzüperi bütün
bunlarla yanaşı sevə-sevə jurnalistlik fəaliyyəti
ilə də məşğul olmuş, üzvü olduğu
"Parüsüar" qəzeti üçün ən
çətin, ən gərgin səfərlərdən
reportajlar, məqalələr yazaraq oxucuların da diqqətini
cəlb eləmişdi. 1936-37-ci illərdə İspaniyada gedən
müharibə haqqında yazdıqlarını həyəcansız
oxumaq mümkün deyildi. Çünki o bu məqalələri
hadisələrin içərisindən yazırdı.
De Sent-Ekzüperi həm
bir yazıçı, həm bir jurnalist, həm də təyyarəçi
kimi artıq Avropanın, hətta bütün dünyanın
üzərində nəhəng bir müharibə kabusunun
dolaşdığını sezirdi. Və bu illər
yazdıqlarında onun etrazla çırpınan ürəyinin
döyüntülərini görməmək mümkün
deyil. Sent-Ekzüperi üzərində işlədiyi əsərini
- "Adamların planeti" əsərini tamamladı və əsər
1939-cu ildə işıq üzü gördü.
MÜHARİBƏ
Artıq 2-ci dünya
müharibəsi bəşəriyyətin
"qapısının kandarından" içəriyə
adlamışdı. Bu sədaqətli, namuslu insan, istedadlı
yazıçı özünəxas addım ataraq Tuluzaya -
özünün keçmiş uçuş bazasına gələrək
faşizm əleyhinə mübarizədə iştirak etmək
istədiyini bildirdi. Amma nə onun həyatı
üçün əndişələnən dostları, nə
də hərbi xidmətə yararsız olduğunu bəyan edən
həkimlər Ekzüperini fikrindən daşındıra bilmədilər.
Onun həmin illər yazdığı məktubun sətrlərini
oxuyanda bu insanın daxili saflığından, insanlığa
bəslədiyi duyğulardan, səmimiyyətindən riqqətə
gəlməyə bilmirsən. Adama elə gəlir ki, məktubu
real həyata yenicə qədəm qoyan, ürəyi romantik
duyğularla alışıb yanan, iddiasız vətənpərvər...
bir yeniyetmə yazıb: ""Bu müharibədə
iştirak etmək mənim borcumdur. Hər şey - mən nəyi
sevirəmsə təhlükə altındadır. Nə vaxt
ki, Provansda meşələr yanır, hamı - kim əclaf
deyilsə vedrədən və beldən yapışır. Mən
vuruşmaq istəyirəm, məni buna içimdəki sevgi və
daxili inamım məcbur edir. Mən kənarda qalmağı bacarmıram". Antuan de Sent-Ekzüperi Kanada, Monreal, 1942-ci il".
Sent-Ekzüperi nəhayət
qərarının həyata keçməsinə nail oldu. Bir
sıra əhəmiyyətli uçuşlar keçirməyi
bacardı. Onun belə çətin tapşıraqların
yerinə yetirməsi diqqətdən kənarda qalmadı. Sent-Ekzüperini
bu şücaətlərinə görə "Hərbi
xaç"la təltif etdilər. 1942-ci ildə Nyu-Yorkda
keçirdiyi vaxtlarında Antuan de Sent-Ekzüperi heç kəsin
gözləmədiyi bir əsərlə - məşhur
"Balaca şahzadə"si ilə oxucuları heyrətləndirdi.
1943-cü ildə isə o yenidən israrla Fransa HHQ-i
sırasına qayıtdı. Bir burada da çətin reyslərdə
uçuşlara başladı. Bu haqda yazılanlardan belə məlum
olur ki, yazıçı və təyyarəçinin
sağlamlığı elə bir halda imiş ki, ona pilot
geyimini əyninə geyinmək üçün
yoldaşları kömək edirmişlər. Belə qəlbli
insanlar başqa cür ola bilməzdilər. Ekzüperi yer
üzündə dəhşətli faciələrin bitməsi
üçün əlindən gələni etməli idi...
1944-cü il idi...
ÜNVANI SİRLİ QALAN ÖLÜM
Antuan de Sent-Ekzüperi
yeni bir reysə çıxmalıydı.
1944-cü ilin iyul ayının 31-i idi. Sent-Ekzüperi
təyyarəsində xüsusi
tapşırıqla Borqo
aerodromundan havaya qalxdı. Tapşırıq
beləydi: Korsika adası marşrutu ilə kəşfiyyat uçuşları keçirib
geri qayıtmaq. Amma onun yolunu
gözləyənlər 7 saatdan
sonra Ekzüperi ilə nəyinsə baş verdiyini hiss etdilər. Çünki bu cəsur,
ölümün belə
gözünün içərisinə
dim-dik baxmağı bacaran adamın təyyarəsində cəmi
6 saata bəs edəcək yanacaq var idi. Hər dəfə qəzalardan, faciələrdən çıxmağı
bacaran Antuan həqiqətən də bu dəfə bir daha geri
qayıtmadı. Nəinki onu
gözləyənlərin yanına,
heç bu dünyaya qayıtmadı.
Onun harada həlak olduğu, hansı şəraitdə
həyatının bitdiyi
çox uzun illər müəmma olaraq qaldı. Heç kim
Ekzüperinin nəşinin
harada uyuduğunu bilmədi. Sanki o qeybə
çəkilmişdi. Hətta bəziləri belə düşünürdü ki,
Antuan heç həlak olmayıb və nə vaxtsa həmişə olduğu kimi yenə sağ-salamat onların qarşısına
çıxacaq. Başqa
cür düşəməmlər
də az
deyildi. Bunu bir əfsanə
kimi danışanlar da tapıldı. Çox sonralar bir balıqçı
Marsel yaxınlığında
Sent-Ekzüperinin qolunda
gəzdirdiyi bazubəndi
tapdı. Onun üzərində bir neçə söz yazılmışdı: "Antoine" "Konsuelo" "c/o Reynal
and Hitchcock, 386,
Daha sonra 88 yaşlı müharibə
veteranı, alman Xorst Rippert mətbuatda
bildirdi ki, məhz həmin təyyarəni o vurmuşdur
və düşmən
təyyarəsinin şturvalında
kimin olduğunu bilməmişdir. "Mən sonralar bildim ki, pilot Sent-Ekzüperi imiş".
Vəsəlam. 44 yaşlı
Ekzüperinin həyat
yolu beləcə sona çatmışdır.
Amma onun hələ bundan sonra da
uzun illər unudulmayacağı, xatırlanacağı,
oxunacağı, ürəklərdə
yaşayacağı gün
kimi aydındır.
Çünki o "Adamların
planeti"ni, "Balca
şahzadə"ni...
və özünün
yaşadığı cəsur
bir həyat "yazmışdı" insanlar
üçün...
BABƏK YUSIFOĞLU
Ədalət.- 2010.- 30 iyun.- S. 3.