ONLARIN DÜNƏNİ:
R.İBRAHİMBƏYOV: "BU BİZİM NƏSİL
ÜÇÜN SON İMKANDI"-2
(əvvəli ötən şənbə
sayımızda)
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın
dünəni.
Dünən onlar kim idi,
hardaydılar və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl
üçün ibratamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN insanlarının
keçdiyi yol, bu gün üçün son dərəcə
gərəkli və daha qabarıq görünməkdədir.
Bu gün davamı
önümüzdəki həftələr də
yayınlanacaq yazıyla Xalq yazıçısı Rüstəm
İbrahimbəyovun DÜNƏNKİ KİMLİYİNDƏN
söz açmaq istərdik. Heç bir izahat vermədən
dünyamızda izi qalan insanlardan biridi Rüstəm
İbrahimbəyov.
Bu günləri gətirənlərin
sırasında ilklərdəndir.
Eynən bu rubrikada daha
kimlər olacaq.İzləməyə dəyər.
CƏFƏR CƏFƏROV FENOMENİ
Deyim ki, qəribə
dövr idi. Çox qəribə. O vaxt ideloji katib mərhum Cəfər
Cəfərov idi. Alim, teatrşünas, gözəl ziyalı.
Məsələ bundadı ki, Cəfər müəllimin
povestə qeydi var idi və bu barədə söhbət eləmişdik.
Və o filmin
müzakirəsini Dövlət başçıları səviyyəsinə
də qaldırmışdı və deyim
ki, çox tənqidi
yanaşdılar bu əsərə. O vaxt Mərkəzi Komitənin birinci
katibi Vəli Axundov idi. Cəfər Cəfərov müzakirədə
inadkarlıqla dedi ki,
lazımlı əsərdi. Bəxtə bax
ki, elə həmin gün
"Komsomolskaya pravd"
qəzeti çıxmışdı və qəzetdə
"Kinostudiyadan məktub" adlı bir məqalə çap olunmuşdu, həmin məqalədə "Azərbaycanfilm"dən
bəhs olunurdu. Və Bakı
studiyasından danışırdılar və "Bir cənub şəhərində" filmini tərifləyirdilər. Maqsud
hardansa peyda oldu və heç nəyə
baxmadan bir də gördüm ki,
çağırır, Rüstəm, Rüstəm!"
Diksindilər ki, bu kimdi, balam! Mən onun gətirdiyi qəzeti aldım və keçib Cəfər müəllimə verdim. Və o
yadımdadı ki, Vəli Yusifoviç
dedi: "Yaxşı, bunlar
cavandılar, (məni və Eldar Quliyevi nəzərdə tuturdu),
bəs siz hara
baxırdınız; o üzünü
Adil İsgəndərova - o
zaman kinostudiyanın direktoru
idi, Məmməd Qurbanova
- o, Kino komitəsinin
sədri idi - tutdu. - Görünür biz sizə
inanmışıq, inamı
doğrultmamısınız!". Məsələ o yerə çatdı ki,
Cəfərov dedi ki, onda gəlin ümumi
baxım keçirək. Və bu baxım
oldu, yadımdadı ki,
Rəsul Rza orda bir gözəl misal
çəkdi. Maraqlı bir
pritça danışdı. Məzmunu
beləydi ki, bu gün meşənin ən güclü
heyvanı olan pələngin
ayağına yara çıxır və
bu yara eləyə bilmir, hər heyvan bir qədər yalayır və ağrı
yüngülləşir. Və bir gün dovşan
gəlir, yaxınlaşıb qəfilcən həmin yaranı
deşir, pələng
qışqırır, o birisi
pəncəsi ilə başa düşür ki, onun yarasını yalayanlar,
onu məhv eləmək istəyirmişlər.
Məhz dovşan onu xilas eləyib. Və Rəsul müəllim dedi ki, gəlin biz bu iki
cavan oğlanı məhz eləməyək.
Onlar öz
xalqlarına lazımlı adamlardır, xalq
üçün gərəkli iş görmək istəyirlər.
AZƏRBAYCAN KİNOSU TƏBİİ VƏ HƏQİQİ
HƏYAT HADİSƏLƏRİNƏ MÜRACİƏT ELƏDİ
Beləliklə, sonralar
"Uşaqlığın son gecəsi", "Gün
keçdi" kimi filmlər (bunları Arif Babayev çəkib)
yarandı. Bir neçə bu cür filmlə Azərbaycan
kinosu təbii və həqiqi həyat hadisələrinə
müraciət elədi. Və burada bir məsələni unutmayaq: belə bir termin var:
ikili standart. Yəni bir var respublika
səviyyəsində əsərlər
və bir də var Ümumittifaq
səviyyəsi. Məsələ bunda idi ki,
bu filmlər hələ Ümumittifaq səviyyəsinə cavab verə bilmirdi. Və hətta "Cənub şəhəri" də
bura daxildir. Belə bir vəziyyət
yarandı: burada bu əsərləri qəbul eləmədilər
ki, həqiqətən
də əvvəlki filmlərdən yüksək
səviyyədə dururdular.
Moskvada isə dedilər ki, "bu filmlərdə
heç bir "Amerika" kəşf olunmayıb və orta səviyyəli əsərlərdir. Ümumittifaq baxımından bir qədər təriflədilər,
ancaq o biri əsərlər diqqətsiz
qaldı. Və Ümumittifaq
biganəçiliyindən və
fikirlərdən istifadə
eləyərək, bizimkilər
başladılar həmin
əsərləri "burunlamağa".
Bununla da mən kinostudiyayla
olan bütün münasibətlərimi kəsdim.
Mənim növbəti
filmim olmalıydı
"İşgüzar səfər",
onu çəkməliydi
Oqtay Mirqasımov, on beş il
keçəndən sonra
onu Rasim İsmayılov lentə aldı. Deyim ki, Oqtay Mirqasımov həmin əsərin ssenarisinin gözəl duymuşdu və mənə elə gəlir ki, çox gözəl bir film yaranacaqdı. Qoymadılar çəkməyə
və bununla da o əsərin taleyi həll olundu. Və bu müəyyən
mənada Oqtayın da taleyinə təsir elədi. Sonra Oqtay mənim
fikrimcə zəif bir film olan "Min birinci nəğmə"ni
çəkdi, baxmayaraq
ki, bu zəif
filmin özündə
də hiss olunurdu ki, onu çəkən
professional adamdır, plastika
var, ifadəlilik var, ssenarinin özündən gələn
çatışmazlıqlar onun əl-qolunu bağlamışdı. Və mənə
elə gəlir ki, bununla da
Oqtay Mirqasımovun sənət taleyini qırdılar. Əgər o zaman ona icazə
versəydilər ki, o
özü düşündüyü
kimi, özü başa düşdüyü
kimi, özü duyduğu kimi çəksin "İşgüzar
səfər"i, onda
bu gün biz çox maraqlı bir rejissorun taleyini varaqlamış olardıq.
"İCTİMAİ HƏYAT MOTİVİ"
Biz həmişə "ictimai həyat",
"ictimai həyat" deyirik və bax həmin ictimai həyat
hadisələri, bir nəfər şəxsin taleyini beləcə
puç eləyə bilir. Və məhz bu ictimai həyat
motivini əsas götürən, onun quyruğundan
yapışan bir sıra tənqidçilər və şəxslər
o zaman aşkarlıq və yenilikdən qorxaraq bütöv bir
nəslin taleyini korladılar. Və həmin nəslin neçə-neçə
nümayəndəsi çıxış yolu
tapmadığından öz yaradıcılıq səmtini dəyişməli
oldu.
Sənətkarın
qarşısında və o cümlədən kino
işçilərinin də qarşısında heç yanda
yazılmamış qəribə bir məramnamə var idi. Qəribə
bir mexanizm vardı ki, yaradıcılar onun içində
vurnuxurdular və qırağa çıxmağa can
atırdılar. Və elə bil ki kimsə onlara deyirdi:
"bax bunu çəkmək olar, bunu çəkməz
olmaz. Yarıdıcılardan bəziləri şəxsən
öz güclərinə nəyisə eləyirdilər və
hansısa maraqlı əsər yaranırdı, ancaq onlar daha
dərinliklərə getmirdilər. Nə
yazıçılar, nə dramaturqlar, nə kino
işçiləri bunu eləyirdi. Və hətta siyasi xadimlərin
özləri də beləydi. Ancaq kino sənətdi, siyasət
adamları isə tamamilə başqa, məsələ
bundadı ki, siyasət adamları bir gə görürsən
dözdülər, dözdülər və bir gün üzlərini
çevirib getdilər. Bununla da heç nə itirilmir, ancaq sənət
işçisi dözə bilməyəndə əyilir,
qırılır və məhv olur. Bununla da son beş ildə
sovet kinosunda yeni tipli yaradıcılar
meydana çıxdı.
Bunlar yuxarılardan göstəriş
gözləyirdidər, həddindən
artıq qulluq göstərirdilər və
"baş üstə"
motivləri əsasında
yaşayırdılar. Mən ad çəkə
bilərəm, ancaq bunlar böyük bir nəsildi və kimin adını
deyək biz! Bunlar sovet kinosundan
sovet həyatını
reklam eləmək üçün istifadə
eləyirdilər. Onlar yalan
ifadə vasitələriylə
guya əsil sovet həyatını əks etdirən əsərlər yaradırdılar.
Buna baxmayaraq ayrı-ayrı
şəxsiyyətlər öz
mənliklərini qoruyurdular
və əsil sənətkar borclarını
yerinə yetirirdilər.
Və həmin münasibətlər
gətirib o yerə çıxardı ki, sovet kinosunun ümumi səviyyəsi
get-gedə düşməyə
başladı. Ədəbiyyat da, teatr da
eynilə bu günə düşdü.
Ancaq kino daha geniş
auditoriyaya mənsub olduğu üçün
onun senzurası, bürokrat redaktorların insafsızlığı daha
sərt idi. Tamaşaçılar dəstə-dəstə məktublar yazmağa başladılar ki, bəs sovet kinosu əldən gedir. Qərbdən və Şərqdən gələn aşağı
səviyyəli əsərlər
ekranları tutub, az-maz səviyyəsi olan sovet filmlərini
də bir neçə seans
göstərirdilər.
Unutmayaq ki, kino təkcə
əyləncə deyil,
o yüksək sənət
növüdür, buna
görə də tamaşaçılardan çoxu
filmlərdən yarımçıq
çıxıb gedirdilər. "Anjelikalar" ekranları tutmuşdu, bu da əsil tamaşaçını
narahat etməyə bilməzdi. Və beləliklə, biz öz tamaşaçılarımızı
itirməyə başladıq.
Onu da deyək
ki, kino işçilərinin öz
"generalları" vardı,
Bondarçuk, Ozerov, Talankin, bunlar istedadlı adamlardır, şübhəsiz, ancaq bəla bundaydı ki, bunlara toxunmaq
olmurdu. Onları tənqid eləmək
mümkün deyildi.
Onlar nə çəkirdilər
çəksinlər "şedevr"
hesab olunurdu. Bununla da əsil kino
yaradıcıları ilə
hökumət adamları
arasında rəylərdə
müxtəliflik meydana
çıxırdı. Həmin o yaşlı nəsil indi belə fikirdədir ki, guya bu gələn
nəsil onların yerini tutmaq istəyir,
onlar özləri bütün vəzifələri
hardan tapırlar.
Aydın
oldu ki, bu adlı-sanlı adamlar dərs dedikləri Kino institutunda ayda-ildə bir dəfə olurlar, bu da o yerə
gətirib çıxarmışdı
ki, indi sovet kinosunda çox zəif bir nəsil yetişib. Onlar öz assisentlərini
irəli verib, emalatxana aparırdılar.
Və bütün bunlar kino işçiləri qurultayında əsil bomba kimi partladı. İllərlə baş verən bu hadisələrdə biz
danışmamışdıq, qoymayıblar, danışaq
və elə fürsət düşən
kimi başladıq öz fikirlərimizi deməyə. Ən qəribəsi
bu idi ki,
"kino generalları"
kino işçilərinin
qurultayına nümayəndə
belə seçilməmişdilər.
Və hətta idarə heyəti seçiləndə
belə həddindən
artıq səs çoxluğu ilə adamlar onların əleyhinə getdilər və demək olar ki, bununla
da kino sənətində
yenidənqurmanın əsil
başlanğıcı oldu.
Mən belə deyərdim ki, yenidənqurma kinoda məhz o qurultayda başladı. Bu yenidənqurmanın
mahiyyəti nədi: elə bir yaradıcı
və planlı-iqtisadi
mexanizm yaratmaq istedadlı adamlar üçün işləmək,
yaratmaq daha faydalı olsun. İstedadsızlar üçün çətin. Əməyimizin dəyəri işimizin nəticəsiylə qiymətləndirilsin.
Deyək ki, pis film çəkən də, eyni ilə
yaxşı və gözəl film çəkən
qədər zəhmət
haqqı almasın. İstedadlı adam
daha tez-tez film alsın, çox işləsin, çox yaratsın. Biz belə
düşünürük ki, bu yolla
ortabab və zəif filmlərin qarşısını ala bilərik.
Və məlum olur ki, bunu eləmək
bir o qədər də asan deyil.
(Davam edəcək)
Tofiq Abdin
Ədalət.- 2010.- 26 iyun.- S. 15.