"KARVANIN SARVANI""
Stolumun üstündə bir kitab var. Tez-tez ona üz tuturam. Elə-belə vaxtı öldürmək
üçün yox, oxumaq üçün, dünənə qayıtmaq
üçün, xəyallara
baş vurmaq üçün, dünəndən
özümə baxmaq
üçün, ən
vacibi isə dünənlə bu günü üz-üzə
qoymaq üçüng
və hər dəfə də bu kitabdakı səhifələrin arasında
çox qəribə
duyğular yaşayıram.
Səmimi deyəcəm, bəzən
özümə, bu günümə şübhə
ilə yanaşıram.
İnana
bilmirəm ki, bu kitabın səhifələrindən baxan,
bu kitabla bərabər evlərə
yenidən qayıdan, bizləri öz dünyalarına çəkib
aparan neçə-neçə
ağır sanballı,
sözləri batman çəkili
olan insanlardan uzaq düşmüşük.
Daha doğrusu, onların bir qismi bizdən
ayrılıb Tanrı
dərgahına üz
tutublar.
Öncə kitabın
müəllifi barəsində...
Mən İntiqam Mehdizadəni lap çoxdan
tanıyıram. Dövlət radiosunun xalq yaradıcılığı "Bulaq" verilişi efirə yayımlanan zamandan onun imzasını
eşidib, sorağına
düşdüm. Öncə bir
məktəbli kimi həmin verilişə məktublar yazdım.
Özü də İntiqam
müəllimi yalnız
imzasını tanıya-tanıya.
Sonra Bakı mühiti başladı. Tələbəlik illərimdə gözəl
şairimiz, rəhmətlik
Eldar Baxış məni radioya dəvət etdi. Məhz rəhmtəlik Eldar müəllimin təqdimatıyla
üzbəüz tanışlığım
başladı İntiqam
Mehdizadə ilə.
Özümün kimliyimi, ona
yazdığım məktubları
xatırlatdım. Və hər
dəfə "Bulaq"ın
sonunda rəhmətlik
böyük sənət
kolifeyləri olan Səməndər Rzayevlə,
Məhqulə Sadıqova
verilişin araya-ərsəyə
gəlməsində haqqı
olanları xatırladanda
redaksiyaya məktub ünvanlamış şəxslərin
arasında mənim də adımın çəkdiyini yada saldı. İntiqam müəllim özünəməxsus
təbəssümlə yarızarafat,
yarıciddi dedi:
- Əvvəl məktubların
gəlirdi, indi də özün gəlibsən. Əməkdaşlıq
eləməyə hazırıq
- dedi.
Bu səmimiyyət
və Eldar Baxışın təqdimatı
məni bir növü ürəkləndirdi,
qol-qanad verdi
mənə. Başladım "Bulaq" verilişi
ilə, daha doğrusu İntiqam Mehdizadə ilə əməkdaşlıq etməyə.
Məhz onun sayəsində radiodan əməlli-başlı
qonorar da alırdım. Sonralar bu
əməkdaşlıq səmimi
münasibətə, doğmalığa,
dostluğa çevrildi.
Və bu gün də
davam etməkdədi.
İntiqam Mehdizadənin əksər
kitablarını oxumuşam
və onların bir qismini də
müəllif özü
mənə aftoqrafla bağışlayıb. "Karvanın sarvanı" kitabının ilk nüsxəsini
redaksiyamıza gətirəndə
onun baxışlarındakı
qeyri-adi ifadələri
bir nəfəsə oxuya bilmədim. Çünki əlindəki kitaba
çox qəribə
bir yanaşması var idi. Sanki onun ilk kitabı
idi. Düzü,
bunun səbəbini soruşmağa da utandım, amma yaxşı ki də soruşmamışam
"Karvanın Sarvanı" kitabını üz qabığından oxumağa
başladım. Bu sözlərimə
bəlkə də inanmırsınız, şübhə
edirsiniz. Amma həqiqətən
mən bu kitabı üz qabığından oxumağa
başladım. Çünki kitabın hər iki üzündə Azərbaycan xalqının
sözün həqiqi
mənasında, ədəbi,
bədii, mədəni,
elmi simaları təsvir olunmuşdu.
Şəkillərə baxdıqca Azərbaycanın
dünya elminə, ədəbiyyatına, poeziyasına,
teatrına, kinosuna, siyasətinə, bir sözlə insanı düşündürən, yaşadan,
ona qol-qanad verən simalarını gördüm. Və istər Məmməd Əmin Rəsulzadənin,
istər Ulu Öndərimiz Heydə Əliyevin, istər sözünün bütövlüyü
ilə yanaşı, tarix elmimizə olan xidmətləri ilə hər kəsin əsl qəhrəman kimi sevdiyi Ziya Bünyadovu,
istər gözəl yazıçı, səmimi
insan Mir Cəlal Paşayevi, istər səsi ilə ruhumuzu oxşayan Flora xanımı, Rübabə
xanımı, istər
poeziyası ilə bizi qanadlandıran Rəsul Rzanı, Əli Kərimi, Xəlil Rzanı, Vaqif Səmədoğlunu,
istər səhnə ustalığı ilə qanımızı coşduran
Nəsibə xanım
Zeynalovanı, Səməndər
Rzayevi, Hamlet Xanızadəni,
nəsiri ilə, ədəbi- ictimai xidmətləri ilə bu gün də
öz şəxsiyyətini,
mövqeyini uca tutan Elçin Əfəndiyevi, Ramiz Rövşəni, bütövlükdə
adlarını çəkmədiyim
neçə-neçə böyük
ədəbi simaları
yenidən tanıdım,
yenidən kəşf
etdim.
Həqiqətən bu karvan çox
böyük fiqurları,
çox böyük şəxsiyyətləri, çox
böyük simaları
İntiqam Mehdizadə
qələmi ilə böyük bir yola çıxarıb, böyük bir mənzilin yolçusu edibdi. Mən kitabdakı fəsilləri
də, ayrı-ayrı
yazı başlıqlarını
da diqqətə çatdıra bilərəm,
amma buna lüzum görmürəm.
Çünki bu kitabda mənim oxuduqlarımın
demək olar ki, çox böyük hissəsini Azərbaycan oxucuları bilmir. Çünki İntiqam müəllim
bu yazıların böyük əksəriyyətini
şəxsi təmaslarında
yaddaşına, ürəyinə
köçürüb. Həmsöhbət olanda, müsahibə
götürəndə, özü
üçün ayrıca
yığıb saxlayıb.
Məhz həmin o saxlancında olan, mücrüsündə
saxladığını yenidən
kitab halında bizlərə hədiyyə
edibdi.
Şəxsən mən bu kitabda Seyran
Səxavətlə, Nüsrət
Kəsəmənli ilə,
gözəl aktyorumuz Əliağa Ağayevlə,
Sabir Rüstəmxanlı
ilə, Şəmşad
Rza ilə, Kamil Vəli Nərimanoğlu ilə və daha neçə-neçə
söz, sənət adamı ilə İntiqam müəllimin doğma, sıcaq münasibətləri olduğunu
görüb, duydum və içimdə müəyyən səmimi
bir qısqanclıq da baş qaldırdı.
Zarafat deyil, İntiqam müəllim Məmməd Araz, Əkrəm Əylisli, Qədir Rüstəmov, Bəhram Mənsurov, Nəbi Xəzri, İlyas Əfəndiyev, Zəki Müren, Xudu Məmmədov və daha neçə-neçə
sözün, sənətin
ustadları ilə təmasda olub.
Bu yerdə yadıma "Mimino" filmi də düşür. Orda qəribə
bir məqam var. Təqribən belədir ki, əgər biri hər gün
məhşurları görürsə,
onlarla təmasda olursa, o özü də məşhur olur. İndi mənim səmimi
qısqanclığımın yozumunu yəqin ki, anladınız.
Son olaraq, səmimi bir aftoqrafla yazılmış ("Məni
duyan və mənim duyduğum duyğulu şair Əbülfət Mədətoğluna
hədiyyə olsun")
bu kitabın hər səhifəsini, hər bir yazısını
tələsmədən böyük
maraq və zövqlə oxuyuram. Bu karvana qoşulub mən də gedirəm və yol boyu da
ürəyimdən İntiqam
Mehdizadəyə xüsusi
təşəkkürlər qanadlanır. Uğur
olsun, qardaş! Karvanın yolda qalmasın.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 3 mart.- S. 7.