DAĞLAR
Yazda yaşıl donlu, payızda çənli
Yay fəsli
ətirli, gülzarlı
dağlar!
Hər sizi görəndə sizcən
oluram
Qışda da axarlı-baxarlı dağlar!
Xoşdur ətəyiniz,
yalınız mənə,
Xoşdur məxməriniz,
xalınız mənə,
Siz baharda deyil yalnız mənə, -
Daim əzizsiniz,
a qarlı dağlar!
Həyatın loğmanı sizdə deyilmi?
Hər dərdin dərmanı sizdə deyilmi?
Ovçunun tərlanı sizdə deyilmi?
A şövkətli
dağlar, a varlı dağlar!
Dar keçidləriniz
dosta gen olar,
Sevincdən başınız göylə
tən olar.
Üstündən dumanı
qovar, şən olar
Qoynu toyla dağlar, mağarlı dağlar!
Qaçağa-quldura dırnaq
saldıran,
İgidi özü
tək göyə qaldıran,
Havalı qartala qanad çaldıran,
Əzəmətli dağlar,
vüqarlı dağlar!
Cavanlar oylağı,
qızlar seyranı,
Ağızlar əzbəri,
dillər dastanı,
Bizim təbiətin
şöhrəti-şanı
Tükənməz nemətli,
nübarlı dağlar!
Sizi bəyənməyən
elini sevməz,
Çiçəyini sevməz, gülünü
sevməz.
Doğma anasının
dilini sevməz
Onlardan ürəyim
qubarlı, dağlar!
Yollar, sürət
ilə keçin, a yollar!
Qaçın, irəliyə
qaçın, a yollar!
Qabil qonaq gəlir Laçına, yollar!
Sizin qoynunuza, ilqarlı dağlar.
XEYİRXAHLIQ
Döyülməklə ucalmamış
bircə nəfər,
Söyülməklə açmamışdır kimsə
qanad.
Axtar, dolan qapazaltı dahi göstər!
Hələ inkar-kəşf etməmiş
bir istedad.
Əl yetirib qaldıranda - qalxar adam,
Cövhərində vüsət olan pərvazlanar.
Belə işi görə bilməz alçaq adam
–
Alçaqların zirvələrdə nə
işi var.
ETİBAR
İnsan dözən
olur, yaxşı demişlər,
İstiyə, soyuğa, ğorana, qara.
Söksə də qəlbini acı bir kədər
Tab edər
səbrlə iztirablara.
Ümidlə, inamla yaşayır insan.
Ona təsəllidir böyük
diləklər.
Çünki gələcəyə
könül bağlayan
Bilir, qaranlığı boğacaq
səhər.
Düşünüb illərlə
ağ saçlı
loğman
Tapa bilməsə
də bir dərdə dərman,
Yenə arzusundan
üzməz əlini,
Unutmaz bir anlıq pak əməlini.
Dünyada çıxsa
da əlindən hər şey,
Xoş gün də, rəfiq də, sevimli yar da
Dostum! Taleyindən
eyləmə giley
Əzizim! Qalmasın gözün
onlarda.
Əgər sənin
qəlbin safsa sülar tək
Nə riya bilirsən, nə də xəyanət.
Yenə də üzünə bəxtin güləcək
Hamı eyləyəcək səninlə
ülfət.
Lakin bir neməti itirsən, ey dost!
Səndən üz çevirib gedəcək hər kəs
Etibar - sən
yaxşı bilirsən,
ey dost!
Onsuz ömr eyləmək əbəsdir, əbəs.
Əgər etibarın
getsə əlindən
Bir daha gözləmə kimsədən nicat.
Onsuz da sevməz səni nə dost,
nə vətən,
Nə gülməz üzünə
gələcək həyat.
AĞAR, SAÇLARIM, AĞAR!
Ağar, ay saçlarım,
razıyam, ağar!
Ağar ki, desinlər mən də müdrikəm.
Üstəlik dincəlsin
bəzi adamlar
Onsuz da mən səni,
axı, neynirəm.
Ağar, ağırlığım
bilinsin bir az,
Qara çör-çöp
kimi yatma sahilə
Dayazdakı dürrə
heç kim
inanmaz,
Onu dərinlikdən atam sahilə.
Ağar ki, mənim də fərqimə varsın,
Sorğulu baxışlar,
suallı gözlər,
Uzaq heçg
yaxını fikir aparsın! –
Yol çəksin fikirli-xəyallı
gözlər.
Mənim yaşadığım
min-min həyəcan,
Döyüntü, çırpıntı çoxuna
yetmir.
Ay qara saçlarım inan ki, inan,
Şəvən bu bazarda qiymətə getmir...
Gəlin çaşdırmayın
gözləri əbəs
Axım-axım axan ilğımlar kimi.
Qorxmayın yanılmaz
onsuz da o kəs
- O kəs
ki, qəlbiylə görür qəlbimi.
Ağarın, saçlarım,
ağarın görək,
Nə lazım yandıra çölüm özgəni.
Qurtarın, saçlarım,
qurtarın görək
Nə cürəm o cür də göstərin məni.
Necə yersizsiniz,
yersizsiniz ah,
Qara bulud kimi mavi
səmada.
Özgə heç...
özümə deyilmi
ağah,
Qışın qar nəfəsi gəzir havada.
Bəli, ömrün-günün
soyuq havası!
Qara saçlarımın xeyri
yox sənə.
Vaxtında nə verdi, onun
cəfası
İndi də səfası mən versin mənə.
Baxıram irəli,
baxıram geri,
Baxıram dövrəmə həsrət
içində.
Alnıma tökülən
qara telləri
Özgə də seyr edir həsəd
içində...
Sinnin də, yaşın da öz yaraşığı;
Məni yaraşıqdan
salma, saçlarım!
Yazın da, qışın da öz yaraşığı
Qarala-qarala qalma, saçlarım!..
HƏYAT EŞQİ
Sən ey bağrı-başı yaralı
ceyran!
Dilə gəl, dərdini aç, söylə mənə.
Sənin ürəyinin
məlalı, ceyran,
Mənim də qəlbimi etdi viranə!
Bir qansız
ovçunun zəhərli oxu
Sinəndə lalələr
bitirdi getdi...
Gəl qoyum başını dizimə,
ahu,
Sızıltın ruhumu pərişan etdi.
Vaxtsız ölümlərə
əzəldən bəri
Yanmışam bir zərif pərvanə kimi,
Hər sönən
canlının axan gözləri
İti xəncər olub yarmış qəlbimi.
Qoy mənim
göz yaşım,
isti göz yaşım
Qarışsın, ceyranım, sənin qanına.
Əyilsin köksünə
əyilməz başım,
Əlvida söyləsin mehribanına.
Həm də, gözəl ahu, sən bəxtiyarsan,
Çünki iniltini duyan var sənin.
Nə ola mən də bir can verən zaman
Bir duyan olaydı ahımı mənim.
Ey dost! Nə
şirindir dünyada həyat!
Ceyran ölümü də yandırır məni.
İstərdim hər zaman qoca kainat
Yaşatsın qoynunda həyat sevəni!
MƏHƏBBƏT DEYİL
Mən səni görməyə adət etmişəm.
Adət məhəbbət
deyil!
Səni görməyəndə xiffət
etmişəm.
Xiffət məhəbbət
deyil!
Sənə min ehtiram,
hörmət etmişəm
Hörmət məhəbbət
deyil!
Gözündə çağlayan
mehribanlığa
Heyrət etmişəm
Heyrət məhəbbət
deyil!
Yalvarıram, sən
Məhəbbət umma məndən.
Hanı iqtidarım
Məhəbbətin tufanına
sinə gərən
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım...
SAÇLARIN
Qızılı saçların
qızıl dan yerim
Gülür son səhəri son baharımın.
Qızılı saçların
odlu qürubum, -
Son odu sonuncu yanğılarımın.
Qızılı saçların
qızıl payızım
Bağçalarım əlvan,
bağlarım əlvan,
Qızılı saçların
laləli düzüm,
Sevdalar içində
rüzgarım əlvan...
Qızılı saçların
qafil ömrümün
Sonuncu altunu... sonuncu zəri.
Qızılı saçların
Qabil ömrünün
Axşama qarışan son şəfəqləri.
SƏNSİZ
Gözlərimin bulaqları
Çağlar pərişan-pərişan.
Xəyalımın buludları
Ağlar pərişan-pərişan.
Min ümidim
bir daş olub
Qalar ömrün yollarında.
Qol-qanadsız bir quş olub
Ölər ömrün yollarında.
Qəlbin yaxşı
ahənginin
Qüssə-kədər pozar gedər.
Ruhun yaşıl
çələngini
Qızıl xallar bəzər gedər.
QABİL
Ədalət.- 2010.- 1 may.- S. 20.