Dünyada kədərsiz şair
yoxumuş
Dünyada kədərsiz
şair yoxumuş,
Şairlik taleyin qəsdindən keçir.
Asanca yazılan
şer yoxumuş,
Şer ölümlərin üstündən
keçir.
Kəsilən ağaclar
sap üçün deyil,
Hər yerindən duran balta götürdü.
Mənim yazdıqlarım
çap üçün
deyil,
Mənim yazdıqlarım kələ-kötürdü.
Uzanır torpağa
Allahın əli,
Düz yola yüz yerdən
qapı sallanır.
Hər qapı
dalında bir ev dayanıb,
Hər evin içində bir div dayanıb.
Açın mikrafonu,
söz verin mənə...
Mən atdan yazıram,
itdən yazmıram,
Qoyunun başında ipdən yazmıram.
Əl-qoyun olmuşam
atın yanında,
Dönüb ip olmuşam ipin yanında.
Baxıram quyuya gözlərim axır,
Əllərim yalındı
itin yanında...
Susun, evim yanıb, yurdum dağılıb,
Daşı üyüdənlər,
qum ələyənlər,
Hər yerə,
hər yerə dərdim dağılıb,
Acdı balalarım,
şum ələyənlər...
Mən şer yazmıram, söz ələyirəm,
Qovrulmuş ovcumda köz ələyirəm,
Hələ duz içində pörtdənir
yaram,
Dərd gəlir
üstümə
dörd divar kimi.
Bir gün öz-özümü parçalayaram,
Düzün ortasında
canavar kimi...
Deyirlər Koroğlu babamız olub.
Çənlibel elimiz, obamız olub,
Bu əyri
ülgülər kimin
oğludu,
Həmzələr, tülkülər kimin oğludu?
Açın mikrofonu
söz verin mənə...
Sən kimsən
nəslinin xar xəlifəsi,
Qanadlı qolların xor xəlifəsi.
Dağılmış Bağdadın
kor xəlifəsi,
Bura Beyləqandı,
Füzuli deyil,
Bura İmişlidi,
Zəngilan deyil...
Qeyrəti qarnında
piylənən kişi.
Namusu cibində
iylənən kişi.
Gecdi, ayılsan
da özünü yorma,
Atanı, oğlunu,
qızını yorma,
Onsuz da haramdı bu duz,
bu çörək,
Bizim üstümüzdən gör
nələr əsdi.
Bircə gün tumanın içinə girmək
Əlli il arvadlıq etməyə bəsdi!
Qızım dərsə
gedir, çantası yoxdu,
Qızım dərsə gedir, ayağı yalın.
Qırmızı toxların
xatası yoxdu,
Millət səsə gedir, ayağı yalın.
Açın mikrafonu
söz verin mənə...
Örtün, çadırların
üstünü örtün,
Çadır mənliyimin
çılpaq yeridir
Örtün çadırların
üstünü örtün,
Çadır tapdalanmış
papaq yeridi...
Mən şer yazmıram, hədə yazmıram,
Bağırıram uzun, dar qulaqlara,
Dili ərşin yarım kar qulaqlara.
Mən şer yazıram, hədə yazmıram.
Gözlərdən süzülən suyu qazıram.
Mən özüm-özümə
quyu qazıram...
***
Durma bu taleyin, baxtın qəsdinə,
Dəryası quruyar, bulağı batar.
Dəlitək yeriyib dərdin üstünə,
Elə qışqıraram qulağı
batar.
Kimsə yorğun,
arğın gəlir uzaqdan,
Bu axşam
nəyim var qalıb Allaha
Sonuncu yarpaq da
düşür budaqdan
Ağaclar elə bil odda qovrulub,
Yüz ildi doğranıb, saplaq qurumur.
Qərib qəbirləri
suyunan dolub,
Göydə bulud yoxdu,
torpaq qurumur...
Dişləri ağarır,
gözləri gülmür,
Beşiklər sallanır söz quyulara.
Vətənsiz qundaqlar
salavat bilmir,
Ay çəkib
aparır kor quyulara...
O doğma
torpaqlar harda qaldılar,
Yerin də, göyün də soyuqdu üzü.
Aysız gecələrdə
balta çaldılar,
Qurd yeyir, qurd yeyir
içərdən bizi...
***
Keçmişin altını-üstə
çevirən,
Köçə bilərsənmi bu yad evə sən.
Nəyə and içim
ki, səni sevirəm
Nəyə and verim ki, məni
sevəsən.
Ətəklər cırılıb,
əl üzülübsə,
Qabaqda nə var ki,
qalandan demə.
Özümüz yazmışıq
nə yazılıbsa,
Belə olmalıydı,
yalandan demə...
Çiçəyə oxşamır
kəsək də, daş da,
Dəlisov sevdalar uzaqdı məndən,
Sən indi Leylinin anası yaşda,
Məcnunun atası
uşaqdı məndən...
Biz kösöv
olanda söndü ocaqlar,
Külünə qovuşmaz külüm, sonsuzuq.
Ayrı-ayrılıqda övladımız
var,
İkimiz bir yerdə, gülüm sonsuzuq.
Mətbəxdə, yataqda
xoş keçən
ömrün,
Guya ki, ləzzəti, tamı
belədi.
Təsəllisi birdi, boş keçən ömrün,
Adam elə bilir hamı belədi.
Bir qapıdan
bəxtəvər tək
girmədin,
Şükür mən də öz başımın daşıyam.
Heç sən də Allahın
günün görmədin,
Qoymadın ki, qulağı dinc yaşayam...
Bu istəklər
qabağıma çıxandan,
Qazandığım, itirdiyim su olub.
O dünyada
tutacağam yaxandan,
Deyəcəm ki, Əzrayılım bu olub...
Vahid ƏLİFOĞLU
Ədalət.- 2010.- 1 may.- S. 21.