Ümid
Durmuşam buludlar qaynaşan yerdə,
Döyür alaçalpo
üzümə mənim.
Qışda qurşağıma
qar çıxan yerdə
Yazda gül çıxacaq dizimə mənim...
1962
***
İllər dağa
dönüb düşdü
araya, -
Ortada çox
umu, çox küsü olub.
Yaxşı ki, axşamlar Aya baxırıq,
Göylər də barışıq güzgüsü
olub.
Görəndə gözünə
çox baxmamışam,
Elə bilirsən
ki, darıxmamışam...
Axı neyləyim
ki, yalqız bir quşam,
Yuxum da bir anın mürgüsü
olub.
Yağıma yağısan...
gül açsın bağın,
Bəs nədir
özümlə bu çarpışmağın?
Vallah, val dəyişib sözdən
qaçmağın
Sozalan canımın
üzgüsü olub.
Səni tanıyandan
girincəm, girinc,
Nə könlüm
toxtaqdı, nə qulağım dinc.
Bu necə
sevgidi, bu necə sevinc, -
Dərddən oxuyanın
türküsü olub.
Sənin bir baxışın daşı
mum eylər,
Gülsən, buxarlanar
gülünc gileylər.
Halımdan halıdı
tutqunca göylər,
Buludlar başımın
tüstüsü olub.
Çəkdiyim ağrını
çəkməsin heç
kim,
Gör neçə
üzü var bu keşməkeşin.
Yarıyan eşqimi
qoruyan eşqin
Ömrümün qorxusu-hürküsü
olub.
1967
Bənək
Yalın yalaqda qaldı,
Bənək, ha Bənək!
Zəncirin mıxda
qaldı,
Bənək, ha Bənək!
Çoban bayatısından
Gecənin yarısı
girmişəm kəndə,
Ürək döyündükcə
döyükürəm mən
Yad itlər
üstümə tökülüşəndə
Alıb hənirimi
haya gəlmisən, -
Bənək, ha Bənək!
Sən necə
tanıdın boğuq
səsimi?
Duyub bu görüşü heç
yatmamısan.
Çoxunun yadından
çıxan bir kəsi
Bəs necə
olub ki, unutmamısan?
Bənək, ha Bənək!
Beş ildir uçmuşam mən ora-bura,
Uzun ayrılığın
dastanı bitmir.
Yurduna can-başla
bağlanmışlara
Qapının iti də dönüklük etmir, -
Bənək, ha Bənək!
Mənim Bənək
itim,
Mənim yetiyim!
Biz də
döşümüzü irəli
gərdik.
Örüşdə qalanda qumral itiyim
Boz qurdun yolunu qoşa kəsərdik.
Uzaqadan gördükmü
quduz pələngi,
Sən alıb
yatardın mən atılmamış.
Sən elə onda da indiki
təki
Hayıma çatardın
çağırılmamış.
Yan-yana gəzərdik
yaşl yaylanı,
Azmı dinləmisən
çətən neyimi?
Mən sənə
verərdim yağlı
yaymanı,
Anamsa öyərdi
çox yeməyimi.
Bənəyim, bəzən
də uzaq düşmüsən,
Saya salmamısan
zincir düyəni.
Yallı yalaqlardan
yan sürüşmüsən,
Qaçıb qorumusan
yoxsul dəyəni.
Bəri gəl başını sığallayım
bir,
Bəri gəl kökəlsin kefin-damağın.
Bəlkə ayrılığın
bu görüşdədir,
Bəlkə bir gileydi quzuldamağın.
Niyə sarılmısan
ayaqlarıma?
Axı diləyin
nə, umacağın
nə?
Həyan ola-ola pis çağlarıma,
Hələ minnətdarlıq
edirsən mənə.
Elə bil deyirsən:
A gecikənim,
Məndə güc qalmayıb meydan açmağa.
Elə bil deyirsən:
Daha nə qəmim,
Yerində çatmısan
vidalaşmağa.
Artıq mən görürəm, -
Sönür nəfəsin;
Ölürsən hər şeyi sən duya-duya.
Gözünə sancılır
Ayın şəfəqi.
Baxıram gözündə
son parıltıya.
Mənim Bənək
itim,
Mənim igidim!
Bu necə
ayrılıq, necə
görüşdü?!
Başına gələni
bilirmiş kimi,
Sən can tapşıranda
itlər hürüşdü!
Yenə də
Ay batır,
Uzanır gecə;
Yanında durmuşam
əldə dəyənək.
Uca bir təpəyə qalxıb
indicə,
Çağırmaq istərəm:
Bənək, ha Bənək!
Bənək, ha Bənək!
1969
Mənim gecələrim
Mənim gecələrim
hər gecə oyaq,
Mənim gecələrim
gözləri açıq.
Mənim gecələrim
özündən dümağ,
Gündüzə qarışıq,
Günə bulaşıq.
Bir tut ağacıyam - tərəcəm
masa,
Silkinib tökürəm
bütün xarımı.
Şeir yazmayanda
–
mən heç
olmasa,
Üstünü örtürəm
balalarımın.
1970
Səmimiyyət
Ərk ilə evinə gəlmişəm,
ay dost;
Görürəm, açıqdır
qaşın-qabağın.
Komanı imarət
bilmişəm, ay dost,
Nə gərək
utanıb tər axıtmağın.
Səndən dünya
Sanma bəyənmirəm
yavan loxmanı.
Doyursan qəlbimi
səmimiyyətdən
Bağrıma basaram kasıb daxmanı.
Sən danış
səmimi, kiri səmimi,
Səmimiyyət qəlbin
məhək daşıdır.
Söhbət olacaqsa qeyri-səmimi
Dinib-danışmamaq daha yaxşıdır.
Dostum, doğrultmasa
əməl niyyəti,
İnsan necə
qalxar, necə ucalar?
Bir ölçü
götürsək səmimiyyəti
Alim var, çobandan geridə qalar.
Bir acı baxışdan sınmış
ürəyi
Sağaldan o hansı
şirin nemətdir?..
Dada gətirən
də duzu, çörəyi,
Elə səmimiyyət,
səmimiyyətdir.
1970
Mənəm
Bir Günəş
var, bircənə Ay,
İkisinin biri mənəm.
Tanrısını tanıyanın
Sirdaşı mən,
piri mənəm.
Ürəyimdə istək
inlər,
Nə duyacaq dəli cinlər.
Ad qorudum
- deməsinlər
Arılığın kiri mənəm.
Uğrasam da çox sellərə,
Can yandırdım
bu ellərə,
Güc əkmişəm
könüllərə,
El qolunun
giri mənəm.
Yağısıyam yaman devin,
Varlığıma sən də sevin.
Doğma yurdda duran evin
Dirəyi mən,
tiri mənəm.
Əlim Tanrı
yazarıdı,
sözüm dərdin
azarıdı.
İndi yaltaq bazarıdı,
İrəlidə iri mənəm.
Qapan ölüm,
öpən ölüm,
Köpək kimi köpən ölüm,
Məni yerə
təpən ölüm,
Ölü sənsən,
diri mənəm.
1988
Şəhərli ağac
Şəhərli ağacı
ağ bıçaq soyar,
Buşqu da yeriklər uca boyuna.
Külək ağ kağızdan kəfən
dolayar
beli bükülmüşün
saplaq boynuna.
Dinməzcə quruşar
yol qırağında,
Üzünə tüpürər
palçıqlı təkər.
Barından üst-başa
boyaq yağanda
budağı baltalar şilləyib-tökər.
Əsən yarpaqdan
da qorxu sallaşar,
Quşlar sığnacağı
quş olar birdən;
Yaralı-yaralı mayallaq aşar
yaraq ambarının
üstündə bitən.
Tanklar çinarın
da bağrını yarar,
Qan damar söyüdün un ağlığına.
Gəlmə akasyalar
tikan batırar
yerli qovaqların
yumşaqlığına.
Şəhərli ağaclar
bic-bic öskürər,
Sağa göz gəzdirər, sola marıtlar;
Boylanıb evlərdə
gözəllik görər
baldırı əhəngli
qoca palıdlar.
Qışda başqalaşar
yazın oyunu,
Başlanar kaktusun dibdən eşimi; -
Hər gələn
bir yerdə bitirər onu
bizim buyruq qulu başçılar kimi.
Şəhərli ağaclar
yaman darıxar,
Qırın dar buxovu qırılar yenə.
Şəhərli ağaclar
çəpərdən çıxar,
Qaçar öz yerinə, öz meşəsinə...
1990
Gəlmişəm o şəhərə
Gəlmişəm o şəhərə,-
Yatmış olar acığın.
Qırxından qırx
il keçib
Görüşsüz ayrılığın.
Telefonun dəyişib,
Ünvanın da gizdənib.
O buzlaqda
ev şişib,
O təpəcik
düzdənib.
Dəyir "yoxdur"
gülləsi
"Vardır"
uman sorğuma.
Qoy sovruq qar püfləsin
Caniçi soyuğuma.
Ah, bu bəyaz çöl-bayır,
Ayın süddü-sülüyü.
Çatıldayır, sızlayır
Şiv söyüdün
sümüyü.
Bax beləcə
bir anda
Birdən gəlib
üz-üzə,
Sarı işıq
altında
Dayanırıq göz-gözə.
Evin bizə
toy qurur,
Ay sevgimin
yaşdaşı.
Çal bığıma
od vurur
Gileyinin göz yaşı.
Evin kiçik
bir qutu,
Örtülmüşük yorğana.
Qoşa qollar tabutu
Layla deyir yorğuna.
Bir yerdəyik
indi biz,
Köçmüşük kef gününə...
Bürünmüşük ikimiz
Bir nəfəs
kəfəninə.
2003
Heç nə
Varlıq, varlıq
deyib çox guruldama,-
O dəniz
heç nədi, buxarı heç nə.
Yoxluq var olanın tükənməz
varı,
Aşağı heç
nədi, yuxarı heç nə.
Sonu vaya düşür bu şən toyların,
Səsində şam yanan şimşək çayların
Çaxarı heç
nədi, çıxarı
heç nə.
Artar az savabın dərdlə dalaşsan,
İlana-çayana sümük
balıncsan.
ha yüz
də qovrulsan, yüz də alışsan
Ocaq küllüyündü,
buxarı heç nə.
Öyünmə bir belə sən özcə canın,
Düzünü söylərəm
qaralar qanın.
Hamını öldürən
diri dünyanın
Axarı heç
nədi, baxarı heç nə.
Çoxalır yağısı
çox üyüdənin,
Kəsilir hərdəmi
qara hədənin.
Bəndləri bərkiyən
bu mis bədənin
qalayı heç
nədi, paxırı
heç nə.
Yaman goplanırsan
yaxşı anında,
Utanır ağrılar
sənin yanında.
Daşı qızıl
doğan o kalanın da
Sürüsü heç
nədi, naxırı
heç nə.
Yeri yox yad elə çox
uyanların,
Özləri halsızdı
o həyanların.
Yuvası yurdunda olmayanların
Axırı heç
nədi, axırı heç nə.
2005
Yeridi
Suvanıb dörd
yanı asma saatın,-
Ürəyim divarda saat yeridi.
Sənsiz gizli-gizli
ağlayan gecə
Uyumuş diləyin
yuyat yeridi.
Bu talan könlümü tamah şaşırdıb, -
Deyə də bilmirəm inad yeridi.
Suçum mələyimi
məndən qaçırdıb,
Çiynimin çalası
qanad yeridi...
Laçınlı Ağa
Ədalət.- 2010.- 6
may.- S. 7.