Bu gözəl
Allahım,
Niyə məni
gizlətmədin?
Əlli il
də gözlətmədin:
Bu gözəllə bir
zamanda
Yaratmadın?
Çoxu kimi məni də sən,
yarıtmadın?
yaş hasardı aramızda,
Göynərtidi
yaramızda.
Çığırtımı,
sızıltımı
Eşidən
yox.
Tənəli
baxışlarla
Üşüdən
çox.
Bu gözəlin
Kirpiyindən
asılmış,
Gözlərinə
qısılmışam,
Boyu qədər
qısalmışam.
Utanıram yaşımdan,
Tüstüm
çıxır başımdan.
Bu gözəldən
çınqı düşüb canıma,
Alovlana-alovlana gedirəm,
Alovumu görən
yox.
Əyri yolda,
düz yolda da azıram.
hanı təndir,
hanı odlu cəhənnəm,
Atılmağa
hazıram.
Məcnunluq, Fərhadlıq,
bəla deyil ki.
Daha ağır əzablara,
iztiraba
Qatılmağa hazıram:
O qız mənə
baxmasın.
Demirəm:-
ürəyimdə
Eşq
sönüb, sevgi küsüb.
Yaşım keçib:
Məcnunluqdan
utanıram.
Qayıda bilmirəm,
Gəncliyimə
Allahım,
Niyə məni
gizlətmədin?
Bu gözəl doğulunca,
Niyə məni
gözlətmədin?
10.04.10.
İçim qoruqdu
Neyləyim, bəxt gülmədi:
Sən mənə
yar olmadın.
Eldə nə mən, nə
də ki,
Sən bəxtiyar
olmadın.
Gündüzü, gecələri
Baş
üstündən atardıq.
Həsrətin əllərindən
Sən məni, mən də
səni
Gülüm,
göydə qapardıq.
Biz ayrılıq
tacıyıq:
Bir
götürən, qoyan yox.
Mən sən də bal şirəsi,
Sən məndə Yer
kürəsi,
İkimizi duyan
yox.
Həsrətin kölgəsində
Baxışıb
bayılırıq.
Bir eldə, bir obada
Bir
yatıb-ayılırıq:
Bu qədər doğma ikən,
Özgələr
sayılırıq.
Sən məndə, mən də
səndə,
Alovlana bilməyən
Közərən
qoruq, qoruq.
Ölməsəm, səni məndə
Kimsə ovlaya bilməz –
İçim
qoruqdu, qoruq.
14.04.10.
Fikirlər
Fikirlər yanır,
sönür
göydəki uludzlar kimi.
Fikirlər diş
qıcadır
yaxınlara, uzaqlara,
böyüklərə, uşaqlara,
Quduran ulduzlar
kimi.
Fikirlərim başımda
coşan kütlədi sanki:
Burda ağız deyəni,
Orda qulaq eşitmir,
Söz sözdən od alıb
qaynayır,
Söz
sözü qınayır.
Köpüklənir
ağızlar,
Qoşulub bu kütləyə
Bığ yeri tərləyən
də,
Yanaqları sevgidən
Çiçəklənən
qızlar da.
Fikirləri başımda:
Küləklərin
ağzında
yarpaq kimi yellənir.
Yeyib doymuş
Körpə
kimi şellənir.
Gündüzlər al Günəşə,
Gecələr Ay telinə,
hörüklənib yellənir.
Bir əriyən yaz
günündə,
Sular kimi sellənir.
Bağçalara, bağlara
Həyat verib
şənlənir.
Fikrim sürət qatarı,
Raket qanadlarıdır,
Gözə görünməz:
İşıqdan,
səsdən iti.
Sözün
inadlarıdır:
Yer oxunun başına
365 günə,
Fikrim anda
dolanır.
heyrətimdən sanıram,
Mən uşağam, boynuma
Gürzə
ilan dolanır.
Bu gecə də fikirlər:
Qanadsız quşlar kimi
uça, qaça bilmirlər.
Yuxum məni unudub,
Yuxumu balıq bilib,
Balıqudanlar
udub.
Fikirlər qoşun-qoşun
Yapışıb
yaxasından
Buş oğlu bayquş
Buşun,
O Barak Obamanın,
Bağırır: ac
oğlu, ac,
Niyə içdin
qanını
Bu elin, bu
obanın?
Başına dəysin sənin
Qanlı "demokratiyan"
Bu, demokratiya yox,
İçi qır, altı
ocaq
Cəhənnəm
tiyanıdır.
Kişisənsə, bircə
an,
Bu tiyanda sən dayan.
Sənə nə, ərəb
oğlu
Öz elində, evində
Necə
gülür, yaşayır?
Fikrində nə
daşıyır?
Yolu harda qurtarır,
Ya harada
başlayır?
Yaxşı deyib atalar:
Ağlı olmayan insane
hey ağıldan dəm vurar,
Əxlaqsızlar əxlaqdan,
Yalançı
doğruluqdan.
Yığış, get
xarabana,
Ay donuz oğlu donuz,
Get, soxulma xırmana!
Götür
küçüklərini,
Rütbəcə
böyükləri,
Yaşca kiçiklərini,
Fələstindən,
İraqdan
İt!
Yoxdu gecəm,
gündüzüm,
Yer boyu
düzüm-düzüm
Fikirlər qanadında,
Fikirlər inadında
Gəzir
canım.
Ayağım qabar-qabar,
Dizlərim
şırım-şırım,
Ədalət! Deyə-deyə,
Dolanıram Yer şarın
16. 04. 10
Çoban
Eh, məni görəndə
sevinir çoban,
Deşilir sinəmi
ağrıdan çiban.
Nadan vəzifəli mənə
xor baxır,
Qardaşın olsa da nadandan
aman!
Çoban təbiətdi,
saflıq var onda,
Görünməz gah ala, gah
qara donda:
Əzib ilan başı,
canavar başı,
Haqqın
eşqi, gücü var çomağında.
16.03.10.
Anamın qəbri üstə
Ana, ana,
Bu yaşımda körpələndim,
Ana! Ana! Çağırıram.
Səsin gəlmir, hövl
edirəm,
Uşaq kimi
çığırıram.
Sən qəbirdə
köklü çinar,
Mən kölgənəm
qəbrin üstə.
Günəş -
Ölüm doğulunca,
Yaşayıram
səbrin üstə.
Gücüm mənə
çatmayanda,
Ətəyindən
yapışardım.
Qucağında
çiçək kimi
Anam, sənə
yaraşardım.
Gizlətmisən məni qəmdən,
İçindəki
gülüş kimi.
İşıq idin gecəmdə
də,
Axdın mənə
Günəş kimi.
Anam - canlı
torpağımsan,
Mən boy
atdım buğum-buğum.
Sən Ayladın,
ulduzladın,
Şölələndi
hissim, duyğum.
Can əmirdim - Can! - cücərən,
Yarpağ dilin bal
ucundan.
Səni mənə əridərdin,
Ölsən də
sən acından.
Əsdikcə vaxt, dağ
kimi
Azalırdın,
çoxalırdım.
Dəniz idin, göllənirdin,
Mən dəniztək
çalxanırdım.
Sən torpaqsan,
budağınam,
Əyilirəm
barlandıqca.
Çağırırsan
qucağına
Ana,
ömrüm varlandıqca.
17.04.10.
Günəş işığıyam
Günəş
işığıyam,
Ay işığıyam.
Nə olsun ki,
onlardan aşağıyam.
Günəş
uşağıyam
Ay uşağıyam,
Torpağa əyiləndə,
Otlar elə bilir ki,
Mən də
göy qurşağıyam.
Yeriyirəm göy baxır,
Sellənib mənə
axır.
Gözəlliyə qərq
edib,
Gözlərimi
aldadır.
Nə qatır ki, həyatda
Acısı da bal dadır:
Bağlanıram torpağag
* * *
Dərd məni
qoparırdı,
Qapısı, pəncərəsi
bağlı
Evimdən aparırdı:
Güman gəlməzə,
Günəş
gülməzə.
Dəniz olub dərd, məni
Dalğa-dalğa, ləpə-ləpə
Çırpırdı
nadanlığag
Tökülürdüm:
Ən dəcəl
uşaqların, -
Ədəbdən
uzaqların
Daş atıb
sındırdığı
Pəncərə
şüşəsitək.
Dərd yolumu azdırır,
Ağlımı
çaşdırırdı,
Tanrım sinirlərimi
Yad dildə
çaldırırdı,
Bu dünya küçələri,
Yolu, dağı
qarışıq
fırlanırdı başıma,
Deyirdi: Öl, yaşama!
Dərdlərin mənlik
deyil,
Sən
özün qazanmısan.
Bəsdi, hər gün
verdiyim
sevincə qızınmısan.
Nankor insan, mən sənə
Bil, ölməzlik
vermişdim,
O dünyanı - qəbiri
Sən özün
qazanmısan!..
18.04.10.
Paralelik
Sən mənim ürəyimdə
Səssiz, sözsüz nəğməsən,
Çırpınırsan
həmişə.
Bu dəniz ürəyimdə
pıçıldayan ləpəsən,
şahə qalxan dalğasan.
Çırpılırsan həmişə
Ömrümün
sahilinə.
Gah nahaqsan, gah
haqlısan.
Elə qala tikmisən;
İllər keçir,
Bir daşını, kərpicini
sökə bilmirəm.
Yarımçıq bürcləri
var,
tikə bilmirəm.
O qədər
ağırdı ki,
Ürəyimin
sağından soluna
çəkə bilmirəm.
Buludlarla müqavilə
bağlayıram,
Onların da yerinə
mən kövrəlib
ağlayıram.
Görən, gülən
olar deyə,
Göz yaşımın
selini
ürəyimə arxlayıram,
hamıdan gizli saxlayıram.
Bu sevgimlə həyatım,
həmişə paralel axan
çaylar kimidi:
Qovuşa
bilmirlər.
Aləmi sevindirib
güldürsələr də
Özləri
gülmürlər.
Yaxınlaşa,
bir ola bilmirlər.
Fəqət, deyə bilmərəm:
Gələcək
insanları
paklayan, sevindirən
Pir ola
bilmirlər.
Bilirəm: - bir zaman
Ziyarətimizə gələcəklər,
Yenə də bir yerdə
yox,
Qəbrimizi
parlel görəcəklər.
24.04.10.
Mən sözün torpağıyam
Mən sözün
torpağıyam
Palıd-palıd,
Çinar-çinar,
Nərgiz-nərgiz,
Lalə-lalə
Sözlər
ilə cücərirəm.
Nadanlığa,
Xəbisliyə
güc gəlirəm.
Palıd sözüm,
Çinar sözüm
Yarpağ-yarpağ
oxuyur.
Lalə sözüm,
Nərgiz sözüm
bal qoxuyur
Gecə-gündüz
yanıram:
Palıd
sözüm.
Palıd közüm
ürəkləri isidir.
Çinar sözüm
Yollarıma boylanır,
Budağ-budağ oynayır,
Yarpağ-yarpağ əl
çalır:
Gələni
alqışlayır,
Küləyi alqış
yayır!...
25.04.10.
Dünya mənim yerim deyil
Göyü söküb,
Yerə töküb,
Dili bağlı sözlərimlə,
Haray çəkib
qışqırıram.
Danışıram gözlərimlə,
Məni duyan, eşidən
yox:
Hər an rəngli bir don
geyir,
Dünya mənim
yerim deyil.
Adamları
ağac idi.
Doğranıblar,
odundular.
Qeybət qırır
kişiləri,
Elə bil ki,
qadındılar.
Hər an rəngli bir don
geyir,
Dünya mənim
yerim deyil.
Pusqudadır raketləri,
Yalan satır, günah
satır
Dükan-dükan
marketləri.
Dahi
güdür agentləri.
Hər an rəngli bir don
geyir,
Dünya mənim
yerim deyil.
Dimdiyimdə saman
çöpü,
Ev tikirəm,
yuvalanım.
Bulanmasın Yerim,
göyüm,
Səhərlərə
havalanım.
Yer genişdi. gedim, gəlim.
Zəhərlənib Yeri,
göyü,
Hər an rəngli bir don
geyir,
Dünya mənim
yerim deyil.
Mən gedirəm, gəlməyəcəm,
Bir də sizi görməyəcəm:
Nəyə görə
davalanım,
Dərd əlindən
havalanım?
Hər an rəngli bir don
geyir,
Dünya mənim
yerim deyil.
Sağı bilmir solu kimdir,
Ürəklərin
yazı kindir.
Öndə qanqal, sonda güldür,
Ocaq
sönüb, qalan küldür.
Hər an rəngli bir don
geyir,
Dünya mənim
yerim deyil.
Ağıl düşüb ağ atından,
İş
görülür əl altından.
İnsan bezib həyatından.
Hər an rəngli bir don
geyir,
Dünya mənim
yerim deyil.
25.04.10.
İsgəndər Etibar
Ədalət.- 2010.- 13 may.- S. 7.