MİLLƏTİN XİLASKARI
(Poemadan bir parça)
O xalqına
ən vəfalı oğuldu,
Gülüşüylə qaranlıqlar
boğuldu,
Beş addımlıq
bir daxmada doğuldu,
Beş qitənin şöhrətinə
döndü o.
Qəlbi türkün
inanc yeri - Kəbədi,
Ömrü xalqın ömrü qədər əbədi.
Zəngin əməl
dünyasıdır yurdumun,
İlk azadlıq, müstəqillik
məbədi.
Bir mələkdir
daim ömür sürəsi,
Elə bir dağ görməyib yer kürəsi,
Varmı elə bir teleskop o dağın,
Görünməyən zirvəsini görəsi?
Zəka nuru neçə-neçə ölkədə,
Çox zəkanı
qoyar oldu kölgədə,
Kainatda ən işıqlı planet,
Onun ağıl dünyasıydı
bəlkə də.
Hər mərd
xalqı öz xalqı tək sevirdi,
Ayrılığı mehvərindən
devirdi,
Paytaxtımı İpək
Yollu otuz üç,
Məmləkətin paytaxtına çevirdi.
Cəngi çalın,
əl qaldırıb,
qol açaq,
Yer kürəsi artıq nurla dolubdur.
Nur məbədi
ulu Heydər atanın,
Şah əsəri Bakı-Ceyhan olubdur.
Sərkərdəydi - düşmən
boynu burası,
Dahi idi - yeni dünya qurası,
Beş qitəmiz
dönsəydi bir dövlətə,
O olardı
zirvəsində durası.
Paytaxtımız - köksündəki
zər ürək,
İş otağı
- altmış milyon ər ürək,
Heykəl yeri axtarmayın siz ona,
Heykəlinə pyedestaldır hər ürək.
Ayla Günəş
onun qoşa gözüdür,
Qəlbi Zərdüşt
ocağının közüdür,
Azərbaycan adi torpaq deyil, o,
Ulu Heydər atamızın özüdür.
* * *
Göy kişnər,
bulud ağlar,
Yol verin ulu dağlar,
Yol verin, Heydər gəlir.
Yol verin səhraları
Cənnətə döndərəcək
Kükrəyən çaydı gəlir.
Bir gözü
qızıl Günəş,
Bir gözu
zülmətlərə
Nur səpən Aydı gəlir.
Ürəyi buza dönmüş
Canlı aysberqləri,
Əridən yaydı gəlir.
Sevimli millətinə
O xoşbəxtlik,
səadət
Adında paydı gəlir.
* * *
Yad bayrağın
kölgəsində
Mürgü döyüb
yatanları,
Xankəndimi, Laçınımı,
Ağdamımı,
Təmənnalı, təmənnasız
Düşmənlərə satanları
Öz taxtından devirməyə
gəlirdi o.
Qoşqar oydu, Şahdağ oydu, Əlincə o.
Mənim ağlar
millətimin
Sevinc dolu qəhqəhəsi
Planeti silkələdi
Gəlincə o.
Hicran odu sönər oldu,
Azərbaycan Çənlibelə dönər
oldu.
Koroğlumuz Ata Heydər
Parçalanmış millətimi
Vahib birlik məkanında təpərlədi.
Qarı düşmən
orduları keçən
yolu
Atəşkəslə çəpərlədi.
O özünüdərkimizin,
Yadlaşmadan əbədilik
tərkimizin
Təməl daşı.
İslahatlar dünyamızın
Ən birinci əməldaşı.
Sanmayın ki,
O adi bir vətəndaş tək
Xalq içində yaşayandı.
Azərbaycan deyilən
bu məmləkəti
Xalqla birgə öz içində daşıyandı.
Müddətsiz bir məhəbbətdi,
Qızıl kimi qiymətini itirməyən
sədaqətdi,
Rütbəliyə, rütbəsizə
fərq qoymayan ədalətdi
Heydər ömrü.
Ərzə ətir
paylayırdı xoş
nəfəsi,
Dünya boyu pərvazlanan
Himnimizdi onun səsi.
Ürəyini məşəl
kimi qaldıraraq,
Zülmətə nur saçar oldu.
Zaman-zaman bağlı
qalmış
Azərbaycan qapısını
Bütün cahan qarşısında
O taybatay
açar oldu.
Ayrılığı öz taxtından devirdi o,
94-də paytaxtımı,
Ən möhtəşəm
paytaxtların
Paytaxtına çevirdi o.
Bəli, o vaxt,
Beş qitədə
sevinc təbli çaldırası,
Azərbaycan torpağını
Firəvanlıq zirvəsinə
qaldırası,
Müqəddəs bir müqavilə imzalandı.
Onu yanar ürəyilə
Möhürlədi Ata Heydər-
Saf əməllər
əməlçisi,
Azərbaycan dövlətinin
baş memarı,
Müstəqillik eramızın təməlçisi.
Xoşbəxliyə aratdı
o,
Yoxsulluğu öz taxtından
Əbədilik devirəsi,
Yurdumuzu dünyadakı
cənnətlərin
Paytaxtına çevirəsi
Bakı-Ceyhan yaratdı o.
Dörd əsrlik
ayrılığı
Ürəklərdən sovuşdurdu.
O, otuz üç məmləkəti,
O, otuz üç qardaş kimi,
İpək Yolu üzərində
Bir-birinə qovuşdurdu.
Düşmən idi, yağı idi,
O, günahsız
bölümlərə,
Haqlı, haqsız ölümlərə.
Dedi Allah yaradıbdır,
Canlı insan varlığının
360 əzasını.
İnsanların nə haqqı var,
Ulu tanrı
yaradana
Verə ölüm cəzasını.
Ölüm adlı
hökmün özü
Bəşəri bir cinayətdir.
O, Allaha xəyanətdir,
O bir xəta!
Belə deyib Heydər ata,
Qoca Şərqdə
o ilk dəfə imza atdı,
Ölüm adlı
rəzil hökmü ləğv eləyən
Müqəddəs bir bəyanata.
Ayrılığı ürəklərdən sovuşdurdu.
Ərzin yetmiş
ölkəsində,
Yetmiş bayraq kölgəsində
Ömr eləyən
millətimi
Milli mənlik,
milli birlik məkanında
Bir-birinə qovuşdurdu.
Bir həmlədə
ən alınmaz
Qalaları ala bilən,
Tək bircə
göz qırpımında,
Bircə ürək
çırpımında,
Daşnakstan üzərində
Zəfər təbli
çala bilən
Nəhəng ordu yaratdı o.
Dünya bizə
ilahi bir
Məbəd kimi baxır bu gün.
Ata Heydər
- Atabəyin
"Çıraq"
adlı ürəyindən,
Mərd "Azəri"
ürəyindən
Dünya boyu
Nur selləri axır bu gün.
Mənim qara qızılımın
Gür selləri axır bu gün.
Ayrılığın vüsal
adlı nidasıdır,
Yüz minlərlə
mütəxəssis övladımın
İşsizliyə vidasıdır
Heydər ömrü.
O elə
bir nəğmədir
ki,
Oxumağa
Bəm acizdir, zil acizdir.
O dahilər
dahisinin
Nəhəng əməl
dünyasını vəsf
etməyə
Qələm gücsüz, dil acizdir.
* * *
Dan yerindən qürubadək.
Əkindəyik, biçindəyik.
Biz sayrışan
ulduzlar tək,
Ata Heydər
adında bir
Kəhkəşanın içindəyik.
O işıqdır
gözümüzün qarasında,
Bircə bina göstərin siz
Milyon-milyon binaların
arasında,
O memarlar
memarının
Zəhmətilə ucalmasın
Bircə beyin göstərin siz,
O kişilik,
mərdanəlik,
Hünər, qeyrət
məbədindən
Güc almasın.
Şamanların ilk səcdəgah
şamıdır o,
Bütün ali peşələrin
Mükəmməli, tamıdır o.
Əkinçidən dahiyədək
Hamıdır o.
O bir ağıl dünyasıdır,
O bir nağıl dünyasıdır,
Sehirli bir kainatdır.
O sehirlər
dünyasını fəth
etməyə,
Hünərin var ömür çatdır.
Tövratdı o, İncildi
o, Qurandı o,
Yaradandı, qurandı
o
Hər sözünün
qılınc kimi kəsəri var,
Hər alimin, hər yazarın,
Neçə-neçə əsəri var.
Ulu Heydər
atamızsa,
Bir ömürdə
Bircə əsər
yaradıbdır:
Öz beyninin,
öz qəlbinin,
Öz eşqinin
bölgəsidir,
İlk müstəqil
Azərbaycan ölkəsidir
O əsərin
adı, qardaş.
İşıqlı gözləridir,
Hər sökülən danımız.
Onun damarlarından
Axan qandır qanımız.
Onun can mərkəzindən,
Qüvvət alır canımız.
Əsrim Heydər
əsridir,
İç dünyası
xalqımın
Mərdanəlik, kişilik,
Hünər, qeyrət qəsridir.
Əsrim Heydər əsridir.
Ən şirin
nəğmələrin
O, ilahi bəstəsi.
Dünya hökmdarları
Ordusunun əlləri,
Onun mərd
əllərində
Əlvan çiçək dəstəsi.
Mənim yaşıl
dünyamın
Günəşidir, Ayıdır.
Təkcə bir millətə yox,
Bütün bəşəriyyətə
Ulu tanrı
payıdır
Ata Heydər
-Atabəy.
Bəsirət gözlərinin
Qeyrət xəritəsində,
Bəşəri haqsızlığa
Heyrət xəritəsində
Təkcə şimalımın
yox,
Hicranlı şərqimin
də,
Cənubum, qərbimin
də
Hər bərə, hər bəndi var.
Zəngəzuru, Göyçəsi
İrəvanı, Təbrizi,
Borçalısı, Mərəndi,
Şuşası, Dərbəndi
var,
Hər bərə, hər bəndi var.
İtmiş torpaqlarımın,
Dirlik fəlsəfəsidir.
Qədim Azərbaycanın
Birlik fəlsəfəsidir
Ata Heydər
-Atabəy
Yollarımız dünya
boyu
Sağdan keçir, soldan keçir.
Bütün qeyrət
yollarımız,
Bütün zəfər
yollarımız,
Heydər adlı yoldan keçir.
Əfsanəvi simurğ
tək,
Ha alışıb,
ha yandı o.
Otuz dörd
il bu
millətin
Keşiyində dayandı o.
Ağ günlərə
çağırışdı
Məğrur səsi.
Tarix boyu bizimlədir,
Nəhəng zəhmət
ordumuzun
O xoşbəxtlik
sərkərdəsi.
Müqəddəs bir şəxsiyyətdi,
Bu millətin tarix boyu öyünəsi.
Sevgi dolu bir ürəkdi,
Altmış milyon sinə altda döyünəsi.
Heydər kimi bir dahisiz,
Vətən torpaq, vətən daşdır.
O xalqının
yaddaşında
Tarix boyu yaşayası.
İlahi bir vətəndaşdır.
O, əl
çatmaz, o, ün yetməz,
Qalibiyyət qalasıdır.
Millətimin ürəyində,
Millətimin özü
kimi
Əbədilik qalasıdır.
* * *
Sübh gəlmişdi, qürub getdi.
Azərbaycan dünyasında,
Azərbaycan adında
bir
Yeni dünya
qurub getdi
Gedən zaman
O bir oğul bəxş elədi xalqımıza.
Bir oğul
ki,
Oğulların gözüdür o.
Öz ağlıylə,
kamaliylə,
Öz müqəddəs
amaliylə,
Canlı Heydər
atamızın
Özüdür o.
Zeynal Vəfa
Ədalət.- 2010.- 8 may.- S. 20.