Ermənilərin "dağlarda
toy" əməliyyatı
Mayın 8-də Azərbaycanın
gözü, Qarabağın mirvarisi kimi xarakterizə olunun
Əslən
Laçınlı olan Azərbaycanın İşğal
olunmuş Ərazilərinin Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı İctimai
Birliyinin sədri Faiq İsmayılov deyir ki, o dövrdə azərbaycanlı
əhalini daim qorxu və vahimə içərisində
saxlamaq üçün R.Koçaryanın rəhbərliyi ilə
xarici ölkələrdən gətirilən muzdlu
döyüşçülər meşələrdə gizlənərək
azərbaycanlıların yaşayış yerlərinə qəfil
hücumlar təşkil edir, qətillər törədir, əhalini
qarət edirdilər. Belə gözlənilməz hücumlar,
tez - tez törədilən qətillər yerli əhali
arasında vahimə yaradırdı. Əhali hər
addımbaşı qəfil peyda olan bu muzdluları
"saqqallılar" adlandırırdı. "Saqqallılar"
gündüzlər gizlənir gecələr yollarda pusqular
qurur, insanlara hücumlar edirdilər. Bu cür müharibə
metodu ilə ciddi "irəlləyiş" əldə edə
bilməyən ermənilər Qarabağa sahib olmaq
üçün 1991-ci ilin payızından artıq
açıq müharibəyə hazırlaşırdılar:
"Ermənistanın
Şuşa üzərinə hücumu hələ 1990-cı
ildən planlaşdırılırdı. Şuşanın
işğal edilməsinin çətin olacağından xəbərdar
olan ermənilər, bütün gücləri ilə
Şuşadan diqqəti yayındırmaq, Qarabağın
içərilərində və ona bitişik digər ətraf
ərazilərdəki cəbhə xəttində manevrləri
genişləndirirdilər. Bu cür manevrlərlə onlar azərbaycanın
özünümüdafiə batalyonlarının mövqelərindəki
zəif yerləri taparaq güclü zərbələrə məruz
qoymağa çalışırdılar. Bununla da ermənilər
mümkün qədər azərbaycanlıların canlı
qüvvələrini məhv edərək cəbhə xəttindən
sıxışdırıb çıxarmağa
çalışırdılar. Eyni zamanda ermənilər bu
cür aldadıcı manevrlərlə Azərbaycanın
özünümüdafiə batalyonlarının
hücumlarını qabaqcadan müəyyən edilmiş
istiqamətdən yayındırmaqla döyüş mövqelərində
pərakəndəlik yaratmaq istəyirdilər. Əksəriyyəti
sovet zabitlərindən təşkil edilmiş nizami Ermənistan
ordusunun qarşısında Azərbaycanın tələsik təşkil
olunan hələ heç bir hərbi təlim keçməyən
özünümüdafiə batalyonlarının sona qədər
duruş gətirəcəyi mümkünsüz
görünürdü. Azərbaycanlılardan fərqli olaraq
mükəmməl hərbi təcrübəyə, hərbi savada
malik erməni hərbçiləri və muzdluları,
Rusiyanın Ermənistandakı və Qarabağdakı hərbi
bazaları tərəfindən hərbi sursatla və ərzaqla
tam təmin olunurdular. Lakin Azərbaycanın
könüllülərdən təşkil olunmuş əsgərlərə
qəlbən hakim olmuş vətənpərvərlik hissi və
döyüş ruhu onları nəinki nizami Sovet ordusuna
qarşı bərabər döyüş aparmağa sövq
edir hətta, onları bəzən geriyə oturtmağa da məcbur
edirdi".
Şuşaya çatmaqda "maneələr"
qaldırılmalı
Qarabağda vəziyyət
günbəgün ağırlaşdığını
öz həyatında da yaşayan F. İsmayılovun sözlərinə
görə bir çox kəndlərlə əlaqələr
də məhdudlaşdırılırdı: "Azərbaycanlıların
yaşayış məntəqələrinin üzərini
qara buludlar almışdı, onların hər an
boşaldılmaq təhlükəsi var idi. Erməni ordusu bu
yaşayış məntəqələri ətrafında
mühasirəni getdikcə daraltdığından, bir
çox kəndlərlə əlaqə tamamilə kəsilmişdi.
Nəhayət ilk qara xəbər 30 Oktyabr 1991-ci il tarixdə gəldi.
Belə ki, Hadrut rayonunun Tuğ kəndi Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edildi. 1991-ci
ilin oktyabr ayında Xankəndi şəhəri faktiki olaraq azərbaycanlılardan
tamamilə təmizlənmişdi. Xankəndi şəhərinin
şimalına bitişik olan Kərkicahan kəndi hər
gün intensiv top atəşləriinə tutulurdu. Kənd
milis bölmələrinin və özünü müdafiə
batalyonunun döyüşçüləri tərəfindən
müdafiə olunurdu. Kəndin bütün evləri top zərbələri
ilə demək olar ki tamamilə
dağıdılmışdı.
Kəndin
özünümüdafiə batalyounun və milis bölmələrinin
ciddi cəhdlərinə baxmayaraq, Xankəndi şəhərindən
bir neçə istiqamətdən başlanan ermənilərin
güclü artilleriya hücumları nəticəsində
yanvar ayının 19-20 -də Kərkicahan kəndini əldə
saxlamaq mümkün olmadı, kənd ermənilərə təslim
oldu. Beləliklə, Ermənistan ordusunun manevr imkanları
meşə massivi ilə Kosalar - Canhəsən istiqamətində
daha da genişləndi. Cəbhə xətti genişləndikcə
orduya daha çox hərbi sursat və ərzaq tələb
olunurdu. Lakin, Ermənistan ordusu Qarabağa yeritdiyi muzdlu
döyüşçülərə silah və digər hərbi
sursatları kifayət qədər artıra bilmirdi. Çünki
Ermənistandan Qarabağ istiqamətinə gələn
bütün yollar bağlanmışdı".
Xocalının işğalı həyat yolu idi
Bütün bunlara baxmayaraq,
hələlik Xocalı və
Şuşa: qələbəyə aparan yol
Birlik sədri bildirir ki,
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə
Xocalı şəhəri ermənilər tərəfindən
vəhşicəsinə dağıdıldıqdan dərhal
sonra ermənilər Şuşa rayonunun Malıbəyli,
Quşçular, Martuni rayonunun Qaradağlı və Füzuli
rayonunun Veysəlli kəndlərini dərhal işğal ediblər:
"Qarabağın işğalını başa
çatdırmaq üçün, Ermənistan Hərbi
Nazirliyi Qarabağa yerləşdirdiyi hərbiçilərindən
2520 nəfərini bölüşdürərək
Şuşa üzərinə hücum üçün
dörd müxtəlif istiqamətdə yerləşdirdi. Cinah
komandirləri Rusiyada xüsusi təlim keçmiş zabitlərdən
təyin edilmişdir. Belə ki, 26-cı bölmə
adlandırılan cinaha Valeri Çitçyan, Şuşa
cinahına Arkadii Karapetyan, Laçın cinahına Samvel
Babayan, Canhəsən-Kosalar cinahına isə azərbaycanlılara
qarşı xüsusi əzazilliyi ilə seçilən Yura
Ovanesyan təyin edildilər. Qarabağın işğalı
üçün həm İrəvanda həm də Xankəndində
bir-biri ilə sıx bağlı və əlaqəli olan iki hərbi
qərərgah yaradılmışdı. Qarabağdakı erməni
hərbi qərərgahına general Arkadi Ter-Tadevosyan, ideoloq
Zori Balayan, Robert Koçaryan, Georgi Petrosyan, Arkadii Qukasyan, Serj
Sarkisyan, Oleq Esyan, Samvel Babayan, Rus ordusunun mütəxəsisləri
Xristofor İvanov və Anatoli Zineviç daxil idilər. Ermənistandakı
qərərgaha isə İvan Qukasoviç Qukasov, Valerii
Voronov, Vazgen Sarkisyan, Feliks Qeoxlyan və digərləri daxil
idilər.
Aprel ayının
axırlarından ermənilərin hərbi qərərgahlarında
gərginlik yaşanırdı. Şuşanın
işğalı üçün nəzərdə tutulan 400
ton hərbi sursat və 1000 ədəd qrad raketlərinin Ermənistandan
Qarabağa gətirilməsi işləri ləng həyata
keçirilirdi. Belə ki, bu yüklərin yalnız hava yolu
ilə daşınması mümkün idi. Xocalı aereportu
iri həcmli təyyarələri qəbul edə bilmirdi. Ermənilər
yalnız Mİ-8 vertolyotlarından və YAK-40 təyyarələrindən
istifadə edirdilər ki, bu daşıyıcılara da
çox yük vurmaq olmurdu. Ermənilər ancaq nəqliyyat
vasitələrinin sayını artırmaqla bu işə tez
nail olmağa çalışırdılar".
"Dağlarda toy": Bakı isə ondan xəbərsiz
"4 may 1992-ci il tarixdə
Ordu komandanı Arkadi Ter-Tadevosyan
Bakıda yaşanan siyasi
böhrandan istifadə edən ermənilər Qarabağda qələbələrin
sayını günbəgün artırırdılar. Azərbaycanlı
döyüşçülər arasında hansısa bir
ümidsizlik sindromu yayılmağa başlayırdı. Burada
hər kəs boş vaxtlarında nəzərlərini
yaxınlıqdakı əl radiosuna dikərək bütün
varlığı ilə Bakıdan nikbin bir məlumatın
veriləcəyini gözləyirdi. Lakin bu baş vermirdi. Ermənilər
isə bütün cəbhə boyu üstünlüyü ələ
almışdılar, azərbaycanlı
döyüşçülər
sıxışdırılır, öldürülür və
geri oturdulurdular".
İranın vasitəçiliyinə hədiyyə
F.İsmayılov qeyd edir ki,
o zaman Arkadi Ter-Tadevosyan
Ermənilərin, birinci və
ikinci cinahlarla irəliləyən qoşun hissələrinin
döyüş tapşırığı, Şuşaya
istiqamətlənən yollardakı azərbaycanlıların
bütün atəş nöqtələrini susduraraq qala
divarlarına yaxınlaşmaq idi. Üçüncü
cinahın döyüşçüləri isə
Şuşa-Laçın yolunu atəş altında saxlayaraq,
Şuşanı mühasirəyə salmaqla,
Laçın-Qubadlı istiqamətindən Şuşaya
köməyə gələn azərbaycanlı
döyüşçülərin hərəkətinə
mane olmaqla, Zarıslı kəndini işğal edərək
orada möhkəmlənmək, Laçınla
Şuşanın əlaqəsini kəsmək əmri
almışdılar. Həmçinin də Canhəsən-Kosalar
istiqamətindəki döyüşçülərə
aldadıcı manevrlərlə azərbaycanlı
döyüşçülərin diqqətini bu manevrlərə
cəlb etmək tapşırılmışdı.
Məhz bundan sonra süni
yaradılmış vəziyyətdən istifadə edərək
Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri
təslim etmək olardı".
Ermənistan bayrağı Şuşa qalası üzərində
"Kərkicahan kəndindən
və Xankəndindəki rus hərbi bazasından
Üçüncü
cinahdakı erməni qoşun bölmələri
Laçın-Şuşa yoluna çıxdılar,
Şuşanın Laçınla əlaqəsi tamam kəsildi.
Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni
işğalının altına düşdü. May
ayının 7-dən Şuşaya daxil olmuş erməni
qoşun hissələri, küçə döyüşləri
ola biləcəyindən ehtiyatlanaraq küçələrdə
açıq şəkildə hərəkət etməyə
cürət etmirdilər. Nəhayət may ayının 9-da
gecə saat 4-də şəhərin boş olduğuna əmin
olan ermənilər Şuşa şəhəri üzərindəki
qələbələrini bayram etməyə başladılar.
9 may 1992-ci il tarixdə Ermənistan
Silahlı qüvvələrinin bir qrup yüksək rütbəli
zabitləri Şuşada qələbə bayramını qeyd
etmək üçün İrəvandan Xankəndinə gəlmişdilər.
Elə həmin gün səhər tezdən general Qurgen
Dalibaltayana məxsus "Niva" markalı maşında
Feliks Qzoyan, Robert Koçaryan və Anatoli Zineviç
qonaqlardan qabaq Şuşaya gəlmişdilər. Hərbi
paltarda olan Robert Koçaryan xeyli məmnun görünürdü".
Baronessa Koksun "humanistliyi"
Beləliklə, may
ayının 7-8-də
Şuşanın ardınca
isə artıq qara yellər Laçına tərəf əsməyə
başlamışdı...
Gültəkin Qəhrəmanlı
Ədalət.- 2010.- 15 may.- S. 9-10.