NAZİM HİKMƏTƏ

 

Əzaba bax,

Nazim, əzaba,

Təzada bax,

Nazim, təzada

Sən bir ceviz ağacıs

Gülhanə parkında...

Mən bir qəm ağacıyam,

Bu yer üzündə...

Sən Bursadan gəldin,

Mən qarlı Sibiryadan

Əzaba bax, Nazim, əzaba,

Təzada bax, Nazim, təzada,

Sən Leninə sığındın,

Babam Atatürkə.

Sən Leninə şeir yazdın,

Mən Atatürkə

Əzaba bax,

Nazim əzaba,

Təzada bax,

Nazim təzada

Özün yazdın..

"sən yanmasan,

Mən yanmasam,

biz yanmasaq

Necə çıxar

qaranlıqlar aydınlığa"...

Yandm Nazim...

Yandım Nazim...

Kimlər çıxdı?,...

qarahlıqdan aydınliğa,

Kimlər?!... Nazim?!...

 

 

ÇIXART KÖYNƏYİNDƏN SAZI, ƏDALƏT

 

Bəlkə nəğmələrim könül oxşamır,

Bəlkə də kiminsə qəlbinə yatmır.

Al mənim əlimdən, al bu axşamı

Duyğusu sinəmə heç cürə yatmır

Çıxart köynəyindən sazı, Ədalət.

 

Sinəm göl yeridir nəmi qurumaz,

Köksümün altında qəm gejələyər.

Daha gözlərimin nəmi qurumaz,

Dindir sarı simi bir gejəliyə,

Çıxart köynəyindən sazı, Ədalət.

 

Bu könlümə o barmağın həyandı,

O barmağın ağrısını alım mən.

Bəlkə Vidadinin ruhu oyandı,

O barmaqdan qoy asılı qalim mən.

Çıxart köynəyindən sazı, Ədalət.

Duman gəlib yolu izi bağiayıb,

Ərzurumun gədiyində qar qalıb.

Bu torpağm anaları ağlayıb,

Bu torpağın sinəsində qor qalıb.

Çıxart köynəyindən sazı, Ədalət.

 

Kərəm köçdü, Əsli köçdü dünyadan,

Ərzurumun gədiyini qəm yuyur.

Neçə yurdun nəsli köçdü dünyadan,

Hələ çox dərd neçə daşda uyuyur...

Çıxart köynəyindən sazı, Ədalət.

 

Sən köçüb gedəli,

ay Məmməd Araz,

Dərdimi deməyə bir kimsə yoxdu.

Yenə ürəyimdə

söz düzüm-düzüm,

Dərd də dərd gətirir,

heç gülməz üzüm,

Məni kim anlayar,

ay canım-gözüm.

Sən köçüb gedəli,

ay Məmməd Araz,

Dərdimi deməyə bir kimsə yoxdu.

 

Sözün çəkisini aldılar, dədə,

Onu qiymətdan də saldılar, dədə,

Nadanlar dünyaya doldular, dədə.

Sən köçüb gedəli, ay Məmməd Araz,

Dərdimi demayə bir kimsə yoxdu.

 

Şair könlüm nə dincəldi, nə yatdı,

İndi sözlər söz ha deyil, boyatdı.

Hər sözün sinəmdə bir amanatdı,

Sən köçüb gedəli, ay Məhəmməd Araz,

Dərdimi deməyə bir kimsə yoxdu.

 

Nə o dövran, nə o çağlar qalıbdı,

Sən getdin, dərələr, dağlar qalıbdı...

"Buludlar qalıbdı, ağlar qalıbdı"...

Sən köçüb gedəli, äy Məmməd Araz,

Dərdimi deməyə bir kimsə yoxdu.

 

Dünya düzəlmir ki, düzəlmir, baba Məmməd Araz

Quşları per ikib çoxdan yuvadan,

Çoxdan tamarzıdı sudan, havadan.

Özülü əyridi başdan, binadan,

Bu dünya heç zaman düzəlməz, şair!

Bu dünya heç zaman düzəlan deyil.

 

Torpağı əyridi, daşı əyridi,;

Qurusu əyridi, yaşı əyridi.

Başsız başçıların başı əyridi,

Bu dünya heç zaman düzəlməz, şair!

Bu dünya heç zaman düzələn deyil.

 

 

DƏYİŞDİ...

 

Dəyişdi...

Zamana

yaman

dəyişdi...

Adamların qiyafəsi...

şeirin qafiyəsi.

Dəyişdi...

Zamana

yaman

dayişdi...

Çaylar ahəngini...

Quşlar rəngini...

Dəyışdi...

Zamana

yaman

dəyişdi...

Qadın kişi cildində...?

Kişi qadm cildində...?

Dəyişdi..

Zamana

yaman

dəyişdi.

Hələ dəyişəsi,

çox şey

qabaqda

Çox şey dəyişəcək

bu yer üzündə.

Hər şey dəyişərmiş,

hər şey,

bu yer üzündə...

Ey! ULU TANRIM!

Dəyişdi...

Zəmana

yaman

dəyişdi...

Bircə

sən dəyişmədin

Ey! ULU TANRİM!

 

 

HEÇ NƏ İSTƏMİRƏM

 

Heç nə istəmirəm dünyadan, heç nə

Bir misram dolanıb gəzə dünyanı.

Xəyalım qoşula durna köçünə,

Yenə öz səfinə düzə dünyanı.

 

Yolunu itirən qərib yolçunu

Misram ünvanma ötürə bilə.

Bu sirli dünyamn açıb puçunu

Gələn nəsilləra yetirə bilə.

 

Küləyin ətrinə bükülə sözüm,

Könüllər oxşayıb əsə bir axşam.

Şəfəq tək sinəmə tökülə sözüm

Qürubun gözündə küsə bir axşam.

 

Səsimi köksünə yazan qayalar

Əsrin dalğasma paylaya bir gün.

Adımı qəlbindən pozan qayalar

Məni haraylayıb, haylaya bir giin.

 

Heç nə istəmirəm...nəyimə gərək,

Yoxdur umajağım, umam dünyadan.

Əbədi bir nəğmə bitirə ürək,

Gözümü əbədi yumam dünyadan.

 

 

MƏN KÖÇÜB GEDƏNDƏ

 

Söz-söz, misra-misra göyərən qəmim

Bir gün çiçəkləyə, dərəm dünyada.

Mən köçüb gedəndə şerlərirndən,

Qalan olacaqmı görən dünyada.

 

Hər günüm belacə sual içində,

Yollarım yol alıb, yollanıb gedər.

Gah azar, gah itər dümanda, çəndə,

Xəyalım dağları dolahıb gedər.

 

Gecə pəncəfəmi qəfi! səs döyər,

Sehrinə düşərəm aldadar məni.

Üzümə, gözümə gizli əl dəyər,

Yarımçıq yüxular oyadar məni.

 

Gecə ulduzların qərib göz yaşı

Qəfil haraylayar, qəfil səsləyər.

Nəmli sükutumun göyərər daşı

Beləcə sinəmdə yaram simləyər.

 

Üzaqda ağafar yenə dan üzü,

Əllərim uzanar, uzalı qalar.

Məni içəridən yandıran sözüm

Elə içimdəcə yazılı qalar.

 

İllərə nə deyim, çapır atını,

Gəmisi qərq olrnüş dərya kimiyəm.

Hələ oxunmamışbir bayatının

Təzə kökiənəsi sarı simiyəm.

Söz-söz, misra-misra göyərən qəmim

Bir gün çiçəkləyə, dərəm dünyada.

Mən köçüb gedəndə şerlərimdən,

Qalan olacaqmı görən dünyada?...

 

 

BU KÖKSÜMÜN İÇİNDƏ

 

Bu dünyanın namərdini,

Görüb tapammaz mərdini,

Öz içində öz dərdini

Böldü bir Vəli, bir Vəli.

 

Yük, yükdü duz daşınnan,

Bir gün keçəf öz başınnan,

Öz içində göz yaşınnan

Göldü bir Vəli, bir Vəli.

 

Nə dünyadı bir gədə ki,

Onun önündə gedə ki,

Nə ağlayıb, eh, nə də ki,

Güldü bir Vəli, bir Vəli.

 

Bir karvanın köçündəjə,

Mən boyda, mən biçimdəjə,

Bu köksümün içindəjə

Öldü bir Vəli, bir Vəli.

 

 

GEDƏK BU ŞƏHƏRDƏN MƏNİM ÜRƏYİM

 

Kiminin bəxtinə güldü bu şəhər,

Kiminin bəxtinə küldü bu şəhər,

Mənim gözlərimdə öldü bu şəhər,

Gedək bu şəhərdən, mənim ürəyim,

Mənim bu şəhərdə nə ölümüm var.

 

Gah buzdu, gah da ki oddu bu şəhər,

İçimə, çölümə yaddı bu şəhər,

Gör məni haraya atdı bu şəhər,

Gedək bu şəhərdən, mənim ürəyim,

Mənim bu şəhərdə nə ölümüm var.

 

Adamı qarsıyır, sıxır havası,

Bu şəhər ömrümün qərib yuvası,

Hələ qarşıdadi mənlə davası,

Gedək bu şəhərdən, mənim ürəyim,

Mənim bu şəhərdə nə ölümüm var.

 

Burda gur işıqlar adam aldadı,

Burda igidlərin başi qaidadı,

Anamın qəbrinin gözü yoldadı,

Gedək bu şəhərdən, mənim ürəyim,

Mənim bu şəhərdə nə ölümüm var...

 

 

Vəli Xramçaylı

 

Ədalət.- 2010.- 15 may.- S. 20.