Adriatik dənizi
sahillərində
Partizan "Mixaylo"nun son gülləsi
Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci ildə
Bakı şəhərində
anadan olub. Orta məktəbdə əlaçı
şagird, ali
məktəbdə müəllimlərin
sevimli tələbəsi
idi. Peşəkar rəssam kimi
də tanınıb.
Rus, alman, italyan, fransız dillərinin mükəmməl bilicisi olub. Əsgəri xidmətində isə
Mehdi əsl ölməzlik mücəssəməsi
idi.
1941-ci ildə Hitler Almaniyası
SSRİ-yə müharibə
elan edəndə M.Hüsüynzadə könüllü
olaraq orduya yollanır. Hərbi rütbəsi leytenant
olub. Çox keçmir ki,
1942-ci ildə əsir
düşür. Və gizli
şəkildə almanların
əsir düşərgəsindən
qaçaraq Yuqoslaviya-İtaliya
partizanlarına qoşulur.
Qısa zaman kəsiyində cəsarəti, zirəkliyi,
sönməz enerjisi sayəsində kəşfiyyatçılar
arasında fərqlənir.
Partizanlar sevimli qardaşlarına
"Mixaylo" adını
verirlər. Bu isim Mehdiyə uğur qazandırır.
Radio: ""Mixaylo" şəhərdədir"-deyəndə
alman zabitləri əl-ayağa düşürdülər.
Mehdi Hüseynzadə İtaliyanın
Adriatik dənizi sahil rayonlarındakı Adolf Hitlerin ordusunun sıralarının
pozulması işində
xüsusi canfəşanlıq
göstərib. Özünəməxsus kəşfiyyatçılıq
təcrübəsi uğurlarının
başında duran əsas keyfiyyətlərdən
olub. Partizan kimi Mehdi Hüseynzadənin ilk işləri
almanların kino-teatr binasının və Triyestdəki faşist yeməkxanasının partladılması
idi. Hər iki əməliyyatında
"Mixaylo" çoxlu
sayda düşmənin
canlı qüvvəsini
məhv edib. Daha sonra 1944-cü ildə Qoritsada hitlerçilərin
ehtiyyat neft və yanacaq dolu anbarı partlayır. Alman kəşfiyyatı
bu işin də altından Mehdi Hüseynzadəni çıxarır. Həmçinin Şimali İtaliyada faşistlərin əsir tutduqları sovet əsgərlərinin azad edilməsi Mehdinin cəsarəti, yenilməzliyi,
həmişəyaşar qələbə
ruhu və xüsusi taktikası sayəsində baş tutur. "Mixaylo"
əsirləri risk edərək
faşist libasında əsir düşərgəsinə
daxil olaraq xilas edib.
Tez-tez almanların hərbi libasında hitlerçilər
arasında görünən
Mehdi gələndə
özü ilə fəlakət gətirirdi. Alman zabitlərinin
gecə röyalarının
qorxunc kabusu "Mixaylo" idi. Gözlənilmədən ortaya çıxır,
yox edib qeyb olurdu. Gözləri atəş saçan əjdaha kimiydi, nəzərləri
dikilən yer od tutub
yanardı. Partizan almanların kazino,
restoran, teatr salonlarına daxil olur və oranı
tərk edib gedəndə arxasında qalaq-qalaq düşmən
meyidləri və xarabalıq buraxırdı.
Əfsanəvi kəşfiyyatçının
tez-tez yaratdığı
mənzərələrin ümumi
görüntüsü məhz
bu cürdü.
Ən maraqlı kəşfiyyat işini ömrünün
sonlarında-1944-cü ildə həyata keçirir. Heç kəsin
gözləmədiyi bir
anda içi alman dolu kazino
yerlə-yeksan olur.
Əlində çanta faşistlərin
kazinosuna daxil olan Mehdi əliboş
oranı tərk edəndə kazino fürerçilərlə birgə
havaya sovruldu. "Mixaylo" öz
işinin peşəkarı
olduğundan düşmənin
ondan şübhələnməməsi
üçün heç
bir səhvə yol vermirdi. Yalançı faşist obrazı
yaradaraq düşməni
içərisindən yox
etmək Mehdi Heseynzadənin uğurla tətbiq etdiyi ənənəvi üsulu
idi. Onun partizan kimi
son döyüşü İtaliyanın
Vitovle kəndində olur. Əsgəri andına sadiq
qalaraq axıradək vuruşur. Əsir düşməməkçün
sonuncu gülləsini
özünə sıxır.
Və Mehdi Hüseynzadə şəhid olur. Xalq qəhrəmanımız doğma
Xəzərindən uzaqda
Adriatik dənizi sahilində-Çepova kəndində
dəfn olunur. "Mixaylo"nun igidlik öyküləri isə sonsuz saydadır. Bu sadəcə Mehdi Hüseynzadənin yaratmış
olduğu qəhrəmanlıq
salnaməsinə ötəri
baxışdı.
Sovet Rusiyasının azər türklərinə olan qərəzli mövqeyi M.Hüseynzadəyə münasibətdə
də əks olunur. Ona Sovet İttifaqı Qəhrəmanı
adı ölümündən
on üç il sonra-1957-ci ilə verildi. O cümlədən,
əfsanəvi partizanın
adının əbədiləşdirilməsi
üçün Azərbaycan
kinomatoqrafçıları "Mixaylo" haqqında kino çəkirlər. "Uzaq sahillərdə" Azərbaycan filmi bir qəhrəmanın həyat hekayətidir.
Əntiqə Rəşid
Ədalət.- 2010.- 21 may.- S. 5.