ƏLİMDƏN
Mənim qapım
daha xeyrə döyülməz,
Hər qapını
açan gedər əlimdən.
Sevdiklərim üz
tutulmaz,
öyülməz,
Öpən gedər, qucan
gedər
əlimdən.
Bir zamanlar çiçək
obam,
gül obam,
Dörd yanından vurub
çıxar yel,
obam.
Atam, anam,
qardaşlarım,
el-obam,
Sıralanıb, uçar
gedər əlimdən.
Nə yaparsa azman yapar, dev
yapar,
Bardaş qurub bu dəhnədə
kef yapar.
Övladlarım cocuq
yapar, ev yapar,
Köçən gedər,
qaçan gedər əlimdən.
Sındırmaram əyrilərə,
pislərə,
Nəyim varsa yedirərəm,
bəslərəm.
Əzizlərəm,
ovudaram, süslərəm,
Durmaz yenə, bu can
gedər əlimdən.
Bu qədər ki məhkum
oldum
dərdə mən,
Daha çətin qərar
tutam
yerdə mən.
Kimim var ki, bir ruhumdu,
bir də mən,
O da bilməm haçan
gedər
əlimdən?..
DALINCA
Hər qazancın zəkatı
var,
Xərc var xərcinin
dalınca.
Hərə bir bürc
altda doğar,
Gedər
bürcünün dalınca.
Nə xan Kərəm, nə
xan Əsli,
Bom-bozmuş sevginin fəsli.
Leyli yox, küləklər
əsdi,
Əsdi Məcnunun
dalınca.
Bu azan səsi ərəbin,
Başında Əsir ərəbin.
.
Ölüb dəvəsi ərəbin,
Düşüb xurcunun
dalınca.
Ay Sarı kürkün
yiyəsi,
Yoxdumu Türkün yiyəsi?
Borc verib, bir gün yiyəsi,
Gələr borcunun
dalınca.
YAŞADIQCA
ÖL
Nə yurdun, nə yuvan
var,
Hər tərəf
işıqdı, öl...
Nə haqq var, nə divan
var,
Qanın bir
qaşıqdı, öl...
Hərə bir
oyundadı,
Püşkündə,
payındadı.
Dünya öz
hayındadı,
Başı
qarışıqdı, öl...
Nə Şuşa, nə
İrəvan,
Ay gor gəzən binəva.
Nə savaş var, nə
dava,
Hələ
barışıqdı, öl...
Şəbir olmaz bu boyda,
Ömür olmaz bu boyda.
Bu qamətdə, bu boyda,
Gəl bu yaraşıqda
öl...
Baş at balınca
yaşa,
Dön də gülühcə
yaşa.
Yaşa, ölüncə
yaşa,
Öl də,
yaşadıqca öl.
ÇƏKİLMƏZ
Mənim bu dünyada yolum
bəllidi,
Elə bəllidi ki, yolum,
çakilməz.
Sağım yerindədi,
solum bəllidi,
Sağım eşidilməz,
solum çəkilməz.
Saydılar, seçdilər,
seçimnən çəkdim,
Olmadı nizamnah, biçimnən,
çəkdim.
Vallah, nə keçdisə
içimdən çəkdim,
Nədən oldu belə
çölum çəkilməz?
Yanar o əldə ki,
Şuşa da yanar,
Toxunsa qayaya, daşa da
yanar.
Harda qalxıb belə ərşa
dayanar,
Çəkilməz o yerdə
zülüm çəkilrnəz.
Mən hara, adam tək yaşamaq
hara,
Axtar,
ömür boyu elə haqq ara...
Bu gündə-dirrikdə
yaşamaq haram,
Bu gündə-
dirrikdə ölüm çəkilməz.
Kəmaləddin Qədim
Ədalət.- 2010.- 21 may.- S. 7.