GECƏ GƏLDİM MƏN
Gözlərim
yada düşmədi,
Məni içimdən oydular.
Məni ürəyimdən
asıb,
Şeirlərimdən soydular.
Daşladılar sol-sağımı,
Yaxınımı, uzağımı,
Kölgəmi, əl-ayağımı,
Nə də yeməkdən doydular.
Tərpəndim, gücə
gəldim mən,
Bilmədim necə
gəldim mən,
Dünyaya necə
gəldim mən,
Adımı GÜNDÜZ qoydular.
FƏLƏSTİNLİ UŞAQ VƏ...
Dünyanın sonudu bura bəikə də,
Burda mələkiər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Bu qara ölkədə Allah axtarır.
Yeməyin üstündən
yarımçıq durub,
Dünyanı qırpız tək kəsib yeyəcək.
Bu uşağı
anasına verməyin,
Bu uşaq anasın basıb yeyəcək.
Oxşamaz üzünü
səhərin mehi,
Canında tikanlar ulduz sayıdı.
Bütün yetimlərin
uşaq talehi,
Nədənsə eynidi, əkiztayıdı.
Kəsir vücudunu
qışın sazağı,
Yatdığı yerdəcə
donur az qala.
Hardasa görmüşəm
mən bu uşağı,
Xocalı...
mən səni
tanıdım, bala!
DUR, GEDƏK BİZƏ!
Gecə bu küçəni nə hala salıb,
Küçənin qolları
uzalı qalıb...
Bu küçənin
dərdi mənim,
Bu küçənin
gecə dərdi mənə qənim...
Doğma küçə...
Gecə düşür
yenə də!
Hər gecə ürəyini torpaq-torpaq soyursan.
Axşam bişən
yeməklərin
qoxusundan doyursan.
Sən Tanrının
gözündən
düşən bir damla yaşsan.
Özündən qorxma
özün boyda vahiməsən, təlaşsan.
Doğma küçə...
Bu dünyanın
ağrısını,
acısını, dərdini
saplağından dəribsən.
Mənim kimi öz içində,
Öz evində
qəribsən...
Gecə düşür
yenə də,
İndi neyləyək, küçə?!
Bu dünya
özü boyda
yerləşər qəlbimizə.
Dur, yığış,
gedək, küçə!
Gedək bizə,
gedək, küçə!
BÜRÜNÜB
Dilim yükdən
əyilibdi,
Dilimə söz bürünüb.
Bu mən,
bu da dediyim
söz,
Tülə bir qız bürünüb.
Dərdim ağ rəngə boyanır,
Məni görən
özün damr...
Adım köz-köz
olub yanır,
İçimi buz bürüyüb.
Sözün dünyanı
az dəlsin,
Bir az üzü bizə gəlsin,
Əl çək,
dünyadan dincəlsin,
Dünyanı toz bürüyüb.
Ürəyimdən qan daşıma,
Burdan qan çıxmır, qaşıma...
Od yağır
göydən başıma,
Allahı köz bürüyüb.
Gündüz SEVİNDIK
Ədalət.- 2010.- 21 may.- S. 7.