HƏMİŞƏ XATIRLADIĞIM NƏRİMAN MÜƏLLİM

 

Hərdən mənə elə gəlir ki, bu dünyada deyəsən həddindən çox yaşayıram. Tanrıya acıq gəlməsin, gördüklərim, yola saldığım işıqlı insanlar barəsində düşünəndə yaşımın neçə olduğunu ağlıma sığışdıra bilmirəm. Çünki mən yaşı öz yaşadığım, öz doğulduğum doğum şəhadətnaməsində göstərilən günün, ilin sayı ilə paralel hesablayıram. bu mənada ömrüm iki hissəyə bölünür. Biri adi təqvim günləri, illəri, biri yaşadıqlarım...

Nikolay Ostrovskini Azərbaycan oxucuları yetərincə tanıyırlar. İndi deyə bilmərəm, Sovet dönəmində- bizim orta məktəbdə oxuduğumuz illərdə onun "Polad necə bərkidi" romanı xüsusi bir diqqətə, sevgiyə bürünmüşdü. Hətta bu romanın ssenarisi əsasında çəkilmiş filmə baxmaqdan adam doymurdu. Mövzuma dəxli olmasa da bir məqama da toxunum. Gəlin etiraf edək ki, Sovet filmləri, indi rus filmləri daha çox həyatidi, daha çox realdı, daha çox inandırıcıdı. Bu filmlərə baxanda, istər-istəməz hisslərə qapılıb, xəyalların qoynunda öz keçmişinə, öz dünəninə, hardan gəldiyinə qayıdırsan. Şəxsən mən sovet filmlərindəki inqilabi motivlərilə, kolxoz quruculuğunu da, Böyük Vətən müharibəsini mədəniyyət, elm, səhiyyə, bir sözlə həmin quruluşa həsr olunmuş, onu əks etdirən filimlərə baxanda özümdən asılı olmayaraq, uşaqlarıma həmin o gerçək mənzərəni danışıram. onlar da elə bilir ki, mən bu filmlərin hamısını ya əzbər bilirəm, ya da bunlar haqqında hardasa oxumuşam. Xeyir, bu belə deyil. Həqiqət odur ki, sovet cəmiyyətini yaşamış insanlar o ideologiyadan keçib gəliblər. Təəssüf ki, bu gün o ideologiya səviyyəsində nələrisə görə bilmirəm. isə...

Deməli, "Polad necə bərkidi" romanını oxuya-oxuya "Əsil insan haqqında povest"i mütaliyə edə-edə, "Gələcək gün"dən işıqlı sabahlara üz tuta-tuta böyüyürdük. Böyüməklə yanaşı, ürəyimizdəki arzular, isətəklər böyüyürdü. Çox maraqlıdır ki, həmin o böyünən uşaqların ədəbiyyata da, mətbuata da münasibəti fərqli idi. Şəxsən mən Dağlıq Qarabağın ucqar bir kəndi olan Tuğda o illərin bütün mətbu nümunələrini, qəzet jurnallarını alıb oxumağa, mütaliyə etməyə çalışırdım. Ailəmiz isə iki qəzetə adunə idi. "Kommunist" "Sovet kəndi" qəzetlərinə. Sonralar bu sıraya Stenakertdə nəşr olunan "Sovet Qarabağı" (Azərbaycan dilində) mənim istəyimlə "Azərbaycan gəncləri" qəzetləri əlavə olundu. Məktəbdən isə bizləri "Azərbaycan pioneri" qəzetinə abuna olmağı məsləhət görürdülər. Bu qəzetlərin, o cümlədən ədəbi jurnalların aurasında böyüyürdüm, onları oxuduqca ürəyim atlanırdı özümdən asılı olmayaraq, xoşuma gələn hər bir yazı ilə bağlı redaksiyaya məktub göndərirdim. Az qala bütün kənd bilirdi ki, mən bu gün hansı qəzetə hansı məktubu yazmışam. Çünki redaksiyadan gələn cavab məktublarını paçtalyonumuz xüsusi bir əda ilə ya məktəbdə, ya kəndin mərkəzində hamının yanında mənə verirdi. Bilirdim ki, bunu qəsdən edir. Çünki onunla aramızda çox isti bir münasibət var idi. Qəzet paylamasına yardım edirdim. isə...

Bax, həmin o illərdə tez-tez məktub yazdığım qəzetlərdən biri "Sovet kəndi" idi. Qəzetin son səhifəsindən bilirdim ki, onun redaktoru Nəriman Zeynalovdur. Bütün məktublarımı da birbaşa redaktora yazırdım. Təbii ki, redaksiyadan da cavablar gəlirdi. Hamısının da sonunda Nəriman müəllimin imzası olurdu. Çox sonralar bildim ki, bütün redaksiyalarda qəbul olunmuş bir qayda var, şöbə müdirlərin, baş redaktorların digərlərinin əvvəlcədən hazırlanmış xüsusi blanklarda imzaları olur az qala eyni məzmunlu cavablar məktub yazan bütün oxuculara göndərilir. Düzdür, bu bilgi məni bir balaca üzdü, amma hər halda mən Nəriman müəllimin mənə yazdığı cavablarla uzun zaman, elə bu gün öyünürəm.

Bakıda ali təhsil almağa başladığım günlərdə "Sovet kəndi"nin redaksiyasına da gedib-gəlməyə başladım. Redaktorun katibəsindən xahiş etdim ki, Nəriman müəllimə Tuğ kəndindən bir oxucusunun gəldiyini desin. Bir az özündənrazı, bir az da ədalı katibə məni ayaqdan başa süzüb, fikirləşdisə, xahişimi telefonla yox, içəri keçib birbaşa söylədi. qayıdıb:

- Nəriman müəllim, sizi gözləyir, keçin - dedi.

İçəri daxil oldum. Böyük bir otaq... Yuxarı başda gözlərində eynək, orta yaşlı nurlu çöhrəsi olan bir insan əyləşmişdi. Salam verərkən başını qaldırıb üzümə baxdı. bir az gülümsər görkəm alıb, yerindən ayağa durub:

- Yaxın gəl görüm, mən səni heç belə təsəvvür etmirdim - dedi.

Yaxınlaşıb əlini sıxdım. Yer göstərdi, əyləşdim. Xeyli söhbət etdik. işlə məşbul olduğumu soruşdu. Bildirdim ki, universitetin tələbəsiyəm. Fakültəmi deyən kimi, bir az maraqla gülümsəyib dedi:

- Olmaya mənim oğlumla bir yerdə oxuyursan. Adı Natiqdi.

Dərhal yadıma düşdü ki, bəli, bizim qrupda Natiq Zeynalov adlı orta boylu bir tələbə yoldaşımız da var. Bu tanışlıq mənim üçün sanki ikinci bir qapını da açdı. Nəriman müəllim düyməni basıb həmin illərdə qəzetin "mədəniyyət ədəbiyyat şöbəsinin" müdiri işləyən Vaqif Bəhmənlini otağa çağırdı.

- Vaqif, bu cavan oğlan mənim dostumdu. Qələmindən narazı deyiləm, onu sənə tapşırıram. Şərait yarat, tapşırıqlar ver, qoy yazsın.

Vaqif müəllim məni öncədən tanıdığından bu tapşırığı səmimiyyətlə qəbul etdi beləcə mənim "Sovet kəndi" qəzeti ilə əməkdaşlığım başladı. Əslində bu əməkdaşlıq yox, mənim üzərimdə Nəriman Zeynalovun haqqı-sayı, qayğısı idi. Dəfələrlə yazılarıma başqalarına nisbətən yazılan yüksək qonorar, redaksiyanın tapşırıqları, qəzet kollektivinin mənə isti münasibəti, ən vacibi isə Nəriman Zeynalovun hər görüşümüzdə "dərslərinə xüsüsi fikir ver, yazmaq heç vaxt gec deyil, istedadın varsa, içində deməyə sözün varsa, onu mütləq vaxt tapıb deyəcəksən. Bu gün sənin üçün əsas dərslərindi"- deyirdi.

İndi o illər məndən zaman baxımından çox-çox uzaqdadır Nəriman Zeynalov da Tanrı dərgahındadı. Amma hər dəfə "Azərbaycan" nəşriyyatının ikinci mərtəbəsinə yolum düşəndə, ümumiyyətlə, nəşriyyatın binasından içəri daxil olanda iki insanı, iki böyük xeyirxahımın sonsuz sevgilər ehtiramla xatırlayıram. Onlardan biri "Sovet kəndi" qəzetinin baş redaktoru Nəriman Zeynalov, o biri isə "Təşviqatçı"" jurnalının baş redaktoru yazıçı-publisist Əlisafa Məmmədovdur.

Bəli, insan nələrdən keçir-keçsin, hətta unutmağa çalışsa belə, onun içində bir yaddaş səhifəsi var. O səhifə vaxtlı-vaxtsız həmişə oxunur. Oxunduqcada dünənin, kimliyin kimlərlə təmasda olduğun yenidən gözlərin önündə canlanır. Mən Azərbaycan mətbuatının işıqlı simalarından söz düşəndə həmişə unudulmaz Nəriman Zeynalovu özümün mətbuatın qayğıkeşi olan bu nəcib insanı təkrar-təkrar xatırlayıram. Elə bu yazını da onun xeyirxah ruhuna, dostlarının, doğmalarının, oxucularının, tələbələrinin yaddaşında qalan xatirəsinə ehtiramla qələmə alıram. Bilirəm ki, o mənim ürəyimdə yaşadığı kimi, onun tanıyanların, ondan öyrənənlərin qəlbində yaşayır.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 27 may.- S. 7.