"Nəriman Əbdülrəhmanlı: İşıq adamı"

 

Bu günlərdə "Çinar-çap" nəşriyyatı tərəfindən 264 səhifədən ibarət olan "Nəriman Əbdülrəhmanlı: İşıq adamı" kitabı nəfis şəkildə çapdan çıxıb. Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fəlsəfə elmləri namizədi Sabir Bəşirovdu. Öncədən onu xatırladaq ki, kitabın müəllifi bu gün doğulduğu rayonda yaşayıb, işləyir onun ədəbi fəaliyyəti həmişə ölkə mətbuatının diqqət mərkəzində olubdu.

Son illərdə geniş ədəbi fəaliyyətlə məşğul olan və əyalətdə yaşaya-yaşaya ədəbi mühitə böyük maraq və diqqət yetirən, eyni zamanda bu prosesləri izləməklə onları təhlil edib, ədəbi tənqidə münasibət bildirən Sabir Bəşirov özünün bu işgüzarlığı, bu yaradıcılıq enirjisi ilə bir daha sübut edir ki, böyük şəhərlərdən kənarda da ədəbi ictimaiyyətin içərisində olmaq, ədəbi hadisələrə qiymət vermək mümkündür.

Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan və ədəbi nəsrimizin 80-ci illərinə aid edilən Nəriman Əbdülrəhmanlı bir naşir, publisist, tərcüməçi və kinodramaturq kimi özünü təsdiq etmiş müəlliflərdəndir. Onun yaradıcılığı dövrü mətbutda, ayrı-ayrı kitablarda, almanaxlarda, ədəbi-bədii jurnallarda həmişə diqqəti çəkmiş oxucu marağına səbəb olmuşdur. Elə Sabir Bəşirovu da Nəriman müəllim barəsində yazmağa, onun ədəbi fəaliyyətini açıb ortaya məhz bu həvəslədirmişdi. Kitab ön son sözlər daxil olmaqla 6 bölümdən ibarətdir. Hər bir bölümdə Nəriman Əbdülrəhmanlının yaradıcılığının ayrı-ayrı sahələri işıqlandırılmış, onun fəaliyyətinin müxtəlif məqamları oxucu diqqətinə təqdim edilmişdi. Bu kiitabda şəxsən mənim üçün ən maraqlı məqamlardan biri Nəriman Əbdülrəhmanlının əsərləri filimlərinin siyahısı, onun tərtib etdiyi kitablar, ssenarisi üzrə çəkilmiş sənədli bədii filmlər, redaktoru olduğu bədii sənədli filmlər, tərcümələri, çapa hazır kitabları bütövlükdə yaradıcılq laboratoriyasının geniş şəkildə təqdim edilməsidir. Məhz bu siyahı ilə tanış olandan Nəriman Əbdülrəhmanlının ömrünün hər anının qələmlə. Sözlə keçdiyinin şahidi olursan.

Xatırladaq kitab ədəbiyyat tarixçiləri, tənqidçiləri və kütləvi oxucular üçün nəzərdə tutulmuşdu. Bu kitabdakı şəkillər isə Nəriman Əbdülrəhmanlı ömrünün ayrıca bir məqamlarıdı. Oxuyub, tanış olanda şəkillərlə, fikirlər üst-üstə düşərək həyat reallığını, sözün gözəlliyini özəlliyini bir daha bizlərə xatırladacaq.

  

  

Əbülfət

 

Ədalət.- 2010.- 28 may.- S. 21.